Əhməd Oruc insult keçirdi vəziyyəti ağırdır
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Azadlıq Partiyasının sabiq sədri Əhməd Oruc insult keçirib.
Bu barədə Lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib.
Onun sözlərinə görə, Əhməd Oruc dünən günorta saatlarında ürəyində ağrılarla bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. İnstitutda olarkən o, insult keçirib.
Oğlu deyib ki, hazırda atasının vəziyyəti ağırdır, reanimasiyadadır.
Qeyd edək ki, bir neçə ay əvvəl Əhməd Orucun oğlu Günxan qəfil ölüb.
Günxan Oruc işlədiyi şirkətdə yıxılaraq çanaq sümüyündən xəsarət alıb, Mərkəzi Gömrük Hospitalında əməliyyat olunduqdan sonra ona gips qoyulub. 20 gün sonra həkim gipsi açıb və Günxan Oruc şok keçirərək həyatını itirib.
Bu mövzuda digər xəbərlər:Ləğv olunmuş Azadlıq partiyasnın sədri Əhməd Oruc insult keçirib
17 Noyabr 2025 17:12
Partiyası ləğv edilən Əhməd Oruc HİRSLƏNDİ AÇIQLAMA
06 Dekabr 2024 13:26
Əhməd Oruc partiyası ilə bağlı məhkəmə iddiasından xəbərsizdir
30 Noyabr 2024 13:55
İlber Ortaylı infarkt keçirdi, vəziyyəti ağırdır
03 Oktyabr 2025 01:17
Baxış sayı:106
Bu xəbər 17 Noyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















