Əhməd Oruc partiyası ilə bağlı məhkəmə iddiasından xəbərsizdir
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ədliyyə Nazirliyi Azad Demokratlar (AD) və Azadlıq Partiyası (AP) haqqında məhkəmə iddiası qaldırıb.
Hurriyyet.az xəbər verir ki, iddia hər iki partiyalarının ləğv edilməsi ilə əlaqədar qaldırılıb.
Azadlıq Partiyasının (AP) sədri Əhməd Oruc məhkəmə prosesindən xəbərsiz olduğunu deyib:
"Çox pis xəbərdir, məlumatı sizdən eşidirəm. Gözləmirdim. Məhkəmə yolu ilə partiyanın ləğv etmək istəyirlər. Bizə heç bir məlumat verilməyib. Biz üzvlərimizlə bağlı siyahı təqdim etdik, onlar düzəliş üçün geri göndərdi. Siyahının üzərində işlədik və yenidən nazirliyə ünvanladıq. Bu, 2023-cü ilin avqustunda olub. Ondan sonra bizə heç bir məlumat verilməyib. Daha nə edə bilərik ki? Artıq qərar verilib".
Qeyd edək ki, 2023-cü il yanvarın 11-də qüvvəyə minən "Siyasi partiyalar haqqında” yeni qanunda siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün ən azı 5000 üzv tələbi var. Azad Demokratlar və Azadlıq Partiyası 5 000 üzv ilə bağlı tələbi yerinə yetirmədiyi üçün bu partiyaların fəaliyyətinin dayandırılması məhkəmə qərarı ilə baş tutacaq.
Qaynarinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 30 Noyabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















