Icma.az
close
up
RU
Ehramları qullar yox, başqaları tikib Misirdə yeni tədqiqatlar

Ehramları qullar yox, başqaları tikib Misirdə yeni tədqiqatlar

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Misir ehramlarının inşaatçıları barədə söz açan, onların nə yediklərindən, həmçinin çalışanların iş qrafiki ilə bağlı tamamilə yeni məlumatlar təqdim edən misirşünas məşhur mifləri təkzib edib. Beləliklə, məlum olur ki, bu ehramları indiyə qədər düşünüldüyü kimi qullar deyil, başqaları tikib.

News24.az Medianews.az-a istinadən xəbər verir ki, qədim Misir ehramlarını kimin tikməsi ilə bağlı mübahisələr arxeologiya elm sahəsi kimi mövcud olan gündən səngiməyib. Bəziləri onların insan əli ilə inşa edildiyini iddia edir, lakin digərləri də bildirirlər ki, onlar 4500 il əvvəl insanların bu cür işlər bacaracağına inanmırlar. Hal-hazırda isə arxeoloqlar Misirin ən böyük ehramının içərisində qədim yazılar aşkarlayıblar və görünür ki, bu yazılar bütün suallara tam cavab verəcək.

Ehramları qullar yox, başqaları tikib – Misirdə yeni tədqiqatlar

Qədim Yunanıstan dünyanın ən inkişaf etmiş sivilizasiyası hesab olunanda, eləcə də dünyanın elmi bilikləri əsasən yunan alimlərinin mətnlərində əksini tapanda, belə bir stereotip formalaşmışdı ki, guya bu ehramları 100 min qul 20 il ərzində və hər biri üç aylıq növbələrlə inşa edib. Lakin Gizədəki böyük ehramın içərisində tapılanlar, üzə çıxan yeni kəşflər göstərir ki, bu piramidanı fasiləsiz çalışan, üstəlik, hər on gündən bir istirahət edən peşəkar muzdlu işçilər tikib.

Misirşünas alim və Misirin keçmiş qədim abidələr naziri Zahi Həvvasın “Limitless” podkastında dediyinə görə, o və komandası ehramın dar sahələrində işçi briqadalar tərəfindən qoyulmuş qədim izlər aşkara çıxarıblar. Bundan əlavə, həm də həmin ehramların cənubunda aparılan qazıntıların nəticəsində yüksək ixtisaslı işçilərin dəfn olunduğu məzarlar da üzə çıxıb. Tapılmış yeni məzarların içərisində daş daşıyan işçiləri təsvir edən heykəllər, “nəzarətçi” və “sənətkar” kimi 21 heroqlif başlıq yer aldığı məlum olub. “Bu kəşflər isə sübut edir ki, inşaatçılar qul olmayıb” – deyə Həvvas əminliklə bildirib və daha sonra isə o, əlavə edib ki, “Əgər onlar qul olsaydı, heç vaxt ehramların kölgəsində dəfn edilməzdilər”.

Ehramları qullar yox, başqaları tikib – Misirdə yeni tədqiqatlar

Zahi Həvass vurğulayıb: “Qullar özlərinə belə “əbədi həyat” üçün məzarlar hazırlamazdılar, bu, yalnız hökmdarların etdikləri bir ritualdır”. Belə məlum olur ki, Həvvas və onun arxeoloji qazıntılar aparan komandası məzarların içində çaxmaqdaşı alətlər, işçilərin Böyük Ehramın tikintisində istifadə edə biləcəyi qırıq daşlar da aşkar ediblər. Beləliklə də, arxeoloqların yeni araşdırmaları göstərib ki, ehram tikintisində istifadə edilən, çox lazım olan əhəngdaşı tikilidən cəmi 300 metr məsafədə yerləşən bir karxanadan gətirilib. Daşlar xüsusi rampa vasitəsilə tikinti sahəsinə daşınıb, həmin rampanın qalıqları isə abidənin cənub-qərbindəki sahədə aşkarlanıb.

Bəlli olub ki, işçilər vəzifə bölgüsü olan briqadalarla çalışıblar və onların bəziləri daşları kəsib, digərləri də daşları formaya salıb, qalanları isə taxta xizəklər üzərində materialı qum üzərində daşıyıblar. Sonra daşlar rampalar vasitəsilə qaldırılıb.

Ehramları qullar yox, başqaları tikib – Misirdə yeni tədqiqatlar

Arxeoloqlar ehramın şərq hissəsində də qazıntılar aparıblar və “işçilər şəhəri”ni, həmçinin duzlu balıq saxlamaq üçün inşa edilmiş anbarları, böyük çörək zavodunu, kazarmaları, eyni zamanda, piramidanın tikintisində çalışan işçilərin yaşadıqları bir kəndi aşkarlayıblar.

Zahi Həvvas digər bir mövzuya da toxunub və o, vurğulayıb ki, “işçilərin yalnız sarımsaqla, soğanla və çörəklə qidalandığı haqqında məşhur mif də var, lakin qazıntılar aparılan sahələrdə minlərlə heyvan sümüyü tapmışıq”. Alim deyib: “Çikaqo Universitetindən olan bir ekspert həmin sümükləri analiz etdi və məlum oldu ki, işçiləri qidalandırmaqdan ötrü gündə 11 inək və 33 keçi kəsilirmiş. Bu rasion gündə təxminən 10 min nəfəri doyurmaq üçün kifayət edirdi.”.

Bundan əvvəl aparılmış elmi araşdırmalar zamanı alimlər sübut etmişdilər ki, qədim Misir ehramları təkcə fironlar üçün deyil, başqa şəxslər üçün də məzar yeri olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 İyul 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri