Icma.az
close
up
RU
Əkin yerlərini yandıranlar cərimələnəcək

Əkin yerlərini yandıranlar cərimələnəcək

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir.

“Cebheinfo.az” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciətində bildirib.

Qurum bəyan edib ki, bu addım həm ekoloji, həm də aqrotexniki baxımdan olduqca zərərlidir. Yanğın nəinki əkinəyararlı torpaqları, eləcə də meşə, meşəmühafizə zolaqlarını və əhalinin yaşadığı əraziləri əhatə edərək ciddi ekoloji problemlərə yol açır.

Torpağın münbitliyinə və bioloji strukturuna vurulan ziyan

Bitki qalıqları torpağın münbitliyini artıran, strukturunu və rütubət tutumunu yaxşılaşdıran ən vacib üzvi resurslardan biridir.

Təəssüf ki, kənd təsərrüfatı məhsul istehsalçılarının az bir hissəsi hələ də əlavə əmək xərcləri tələb etdiyindən bitki qalıqları haqqında yanlış təsəvvürlərə malikdir. 

Kövşənliyin və samanın yandırılması torpağa bərpaolunmaz ziyan vurur

Faydalı mikroorqanizmlərin məhv olması: Normalda 1 qram torpaqda 2000-20000 azotobakter hüceyrəsi ola bilər. Hər il orta hesabla hər hektarda 20-40 kq azot sərbəst yaşayan, 200 kq azot isə simbiotik bakteriyalar tərəfindən mənimsənilir. Yanğın milyon illər ərzində formalaşmış bu faydalı mikrofloranı məhv edir və onun bərpası uzun müddət tələb edir.

Kritik elementlərin və humusun itirilməsi: Yüksək temperaturun (360°C-yə qədər) təsiri ilə torpağın 0-5 sm qatında humus yanır, 10 sm qatında isə su buxarlanır. Humus itkisi hektara 1,3 ton təşkil edir. Səmərəli maddələrin məhvi nəticəsində toxumanın quru maddəsinin təxminən 95%-ni təşkil edən orqanogen elementlər (C, O, H, N) qaz halında itir.

Maddi itkilər və məhsuldarlığın aşağı düşməsi: Bir hektarda 1 ton samanın yandırılması ilə 4,0-4,5 kq azot, 2,0-2,5 kq fosfor itirilir, 8-10 kq kalium isə yararsız hala keçir. 

Bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməlidir. Halbuki, 1 ton buğda samanında dəyəri 12-35 manat olan qida maddələri var. Sahənin yandırılması növbəti ilin məhsuldarlığını 20-30% azaldır.

Zərərvericilərlə səhv mübarizə: Bitki qalıqlarının yandırılması zərərvericilərə qarşı effektiv vasitə deyil. Çünki dənli bitkilərin əksər zərərvericiləri yanğın zamanı torpağın dərin qatlarında gizlənə bilsələr də, faydalı həşəratlar (məsələn, inkişafı dövründə 400-2000 mənənə məhv edən parabüzənlər) yanaraq tələf olur.

Alternativ və səmərəli idarəetmə üsulları

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə samanı doğrayıb mulça şəklində sahəyə səpməyi, yaxud biçindən dərhal sonra samanı sahədən daşıyıb çıxarmağı tövsiyə edir.

Daha sonra becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum, 10-12 sm diskləmə və ya torpağın sıfır becərməsi aparılmalı, sahə aralıq bitkilərin səpininə hazırlanmalıdır. 

Kövşənlikdə birbaşa səpinin aparılması torpaqqoruyucu qat yaradaraq su və külək eroziyasının qarşısını alır, rütubəti qoruyur, alaq otlarının inkişafına mane olur və ümumi məhsuldarlığı yüksəldir.

Qanunvericilik və cərimələr

Məhsulu biçilmiş əkin sahələrinin yandırılması ciddi qanun pozuntusudur. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən əkin yerlərinin yandırılması qəti qadağandır.

Bu qaydanı pozan fərdlər və qurumlar İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən aşağıdakı məbləğlərdə cərimə olunurlar:

Fiziki şəxslər: 400 manatdan 600 manatadək
Vəzifəli şəxslər: 1500 manatdan 2000 manatadək
Hüquqi şəxslər: 5000 manatdan 6000 manatadək

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyul 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri