Icma.az
close
up
RU
Əkinə yararlı torpaqlarımızın 1/3 ni itirmişik, süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər

Əkinə yararlı torpaqlarımızın 1/3 ni itirmişik, süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda süni yağışların yağdırılması üçün müasir texnologiyanın tətbiq olunacağı ilə bağlı xəbərlər yayılıb.Süni yağışlar nədir və necə tətbiq olunur?Hansı səbəbdən və hansı ərazilər üçün süni yağışa ehtiyac duyulur?Süni yağışların yağdırılmasının maliyyəti nə qədərdir?

Bizimyol.info xəbər portalına açıqlamasında Coğrafiya İnstitununun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev bu suallara cavab olaraq bildirib ki, ölkəmizdə normal rütubət və normal yağıntılar var: “Süni yağışların yaranması üçün buludlara gümüş yodid (Silver lodide AgL) vururlar. Bu da havadakı hissəcikləri kondensasiya edir, topalayır, yəni damcı şəklinə çevirir. Necə ki, su qazanda qaynayanda qapağa damcılar yığılır, buxar damcıya çevrilir. Bu proses kondensasiya adlanır. Kondensasiya olunmaqla, süni yağışlar yağdırırlar. Bunun bizə heç bir dəxli yoxdur. Bizim ölkəmizdə normal rütubət, normal yağıntılar var. Balakənçaydan, Qusarçaya qədər Böyük Qafqazda 20-yə yaxın dağ çayımız var. Bunların suları bizə kifayət edir. Vaxtlı-vaxtında su sərvətlərimizdən istifadə etməyi bacarmırıq. Onlardan birmənalı şəkildə istifadə edə bilsək, balıqçılıq üçün, suvarmalar üçün, içməli üçün ayrı müasir tələblərə uyğun suvarma sistemlərimiz, kanallarımız, sututarlarımız olmalıdır”.

Coğrafiya İnstitununun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev

Ənvər Əliyev qeyd edib ki, ölkənin var-dövlətini başqa yerə axıdırlar: “Biz sadəcə olaraq Allahın bizə verdiyi bu bərəkətdən istifadə edə bilmirik. Kim nə deyirsə, bizi aldadır. Ortalığa bu söhbəti salan adamlar ölkənin var-dövlətini başqa yerə axıdır. Baxmayaraq ki, biz mülayim və subtropik qurşaqda yerləşirik, amma mülayim qurşağımız çoxdur, çoxlu yağıntılı ərazilərimiz var. Bu ərazilərdəki yağıntılarımızdan istifadə edə bilsək, bizim heç nəyə ehtiyacımız yoxdur.

Mən inanıram ki, bu məsələ, ancaq özünü göstərmək və pul qoparmaq məqsədi güdür. Süni yağış təklifi Azərbaycanın sərvətindən istifadə etmək qabiliyyəti olmayanların, ölkənin var-dövlətini talan etmək düçüncəsi ilə yaşayanların fırıldaqlarıdır. Yerüstü səth sularından normal istifadə etməyi bilmək lazımdır. Elmi cəhətdən işlənmiş və hesablanmış 44-ə qədər sututarlar var. Onlar həm içməli, həm heyvandarlıqda, həm əkinçilikdə, həm də məişətdə istifadə etməyə yararlı sudur”.

Coğrafiyaçı alim vurğulayıb ki, əkinə yararlı torpaqlarımızın 1/3-ni itirmişik: “Bizimlə eyni iqlim qurşağında yerləşənlərin hansı birində belə problemləri, çətinlikləri var? Biz sudan istifadə edə bilməmək qabiliyyətsizliyimiz ucbatından əkinə yararlı torpaqlarımızın 1/3-ni itirmişik. Sularımızdan normal istifadə etmədiyimizə görə, artıq heç yerdə əkin səhələrimiz yoxdur. Vaxtilə 275 min hektarlıq üzüm sahələrimiz, pambıq sahələrimiz vardı. 600 min ton pambıq yığırdıq. Eləcə də, 100 minlərlə hektar tütünçülüyümüz, bostançılığımız, əkinçiliyimiz, yem bitkilərimiz vardı. Hamısını suvarırdıq. Təəssüf ki, məsuliyyətsizlik və kənd təsərrüfatına olan tamamilə yarıtmaz münasibət, torpaq islahatlarında biabırçılıqlar bizi bu günə qoyub. Gürcüstanın iqlimi bizə nisbətən bir az rütubətlidir, amma hər halda o qədər də pis vəziyyətdə deyilik. Biz problemi daxildə axtarmalıyıq”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Sentyabr 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri