Icma.az
close
up
RU
Suvarma texnologiyalarında və əkinə qulluqda ciddi problemlər var FAKTLAR AÇIQLANDI

Suvarma texnologiyalarında və əkinə qulluqda ciddi problemlər var FAKTLAR AÇIQLANDI

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Azərbaycanda kənd təsərrüfatı məhsuldarlığının artırılmasının qarşısını alan əsas maneələr kifayət qədərdir. İlk növbədə bu sahədə əsas məsuliyyət daşıyan qurum – Kənd Təsərrüfatı Nazirliyidir. Hazırda bu nazirlik məhsuldarlığın artmasına yalnız mane olmaqla kifayətlənmir, eyni zamanda artırılması üçün heç bir ciddi tədbir də görmür. Məhsuldarlığın artırılması üçün ən vacib məsələlərdən biri kənd təsərrüfatı məhsullarının beynəlxalq satış kanallarının yaradılmasıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan fermerləri öz məhsullarını xaricə satmaq üçün kanalları özləri tapırlar: "Halbuki dünyanın bir çox ölkəsində dövlət fermerlər üçün ixrac və satış kanalları yaradır, bu istiqamətdə onlara dəstək verir. Azərbaycanda isə vəziyyət fərqlidir. Məsələn, Şəmkir fermerlərinin Rusiya ilə şəxsi əlaqələri var deyə, pomidor və digər məhsulları ora sata bilirlər. Bu prosesdə dövlətin heç bir rolu yoxdur. Halbuki bu fermerlər ciddi risklərlə üzləşirlər. Rusiya bazarında qiymətlər aşağıdır, halbuki ərəb ölkələri, Avropa və digər alternativ bazarlarda qiymətlər daha yüksəkdir. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İraq kimi bazarlar daha əlverişlidir. Amma bu istiqamətlərdə satış kanalları mövcud deyil.

Ərəb ölkələrinə ixrac üçün tələblər nisbətən asandır və dövlət tərəfindən təşəbbüs göstərilsə, uğurlu nəticələr əldə etmək mümkündür. Avropa ölkələrinə ixrac üçün tələblər daha çətindir, amma mümkünsüz deyil. Bəzi fermerlər öz gücləri ilə çalışır, amma bu proses sistemli deyil, fraqmentar xarakter daşıyır. Əgər satış təmin olunsa, fermerlər özləri istehsalı təkmilləşdirəcək, məhsulun keyfiyyətini bazar tələblərinə uyğunlaşdıracaq, həm də kəmiyyətini artıracaqlar. Yəni əvvəl satış kanalları qurulmalı, sonra digər mərhələlər formalaşmalıdır.

Kənd təsərrüfatı əslində qida sektorunun əsas xammal bazasıdır. Bizim kənd təsərrüfatı məhsulları da bu sahəyə ya birbaşa qida kimi, ya da emal üçün xammal kimi daxil olur. Yumurtadan müxtəlif məhsullar hazırlanır, süddən pendir, meyvələrdən mürəbbə və turşu istehsal edilir. Əsas məsələ dəyər zəncirinin fraqmentar deyil, bütöv şəkildə formalaşdırılmasıdır. Bu zəncir düzgün qurularsa, fermer məhsulu yalnız ixrac üçün deyil, həm də yerli bazarda fəaliyyət göstərən qida sənayesi müəssisələrinə sata bilər. Bu isə kənd təsərrüfatı ilə qida sənayesi arasında sağlam qarşılıqlı əlaqənin yaranmasına səbəb olar.

Dəyər zəncirinin yuxarı hissəsində kənd təsərrüfatını dəstəkləyən xidmətlər – aqronomik xidmətlər formalaşdırılmalıdır. Hazırda bu sahədə ciddi boşluqlar var. Bu xidmətlər özəl əsaslarla inkişaf etdirilməli, fermerlərə real dəstək göstərilməlidir. Bundan başqa, sığorta sistemi də effektiv işləməlidir. Təəssüf ki, mövcud kənd təsərrüfatı sığorta sistemi ya işləmir, ya da əksinə, fermer üçün əlavə əngələ çevrilir. Bu da riskləri artırır və məhsuldarlığın artmasına mane olur.

Digər problemlər də mövcuddur. Məsələn, bəzi məmur monopoliyaları su ehtiyatlarını yalnız öz sahələrinə yönəldir, nəticədə fermerlər zərər görür. Məhsulları batır, ya da əkinçilikdən imtina edirlər. Bəzən isə suya ehtiyacı olmayan bitkilər əkilir və bu, məhsuldarlığı daha da aşağı salır. Torpaq islahatları da tam başa çatmayıb, torpaq sahələri çox kiçikdir və böyük təsərrüfat sahələri azlıq təşkil edir. Azərbaycanda aqronom xidmətləri sahəsində texnologiyalar da zəif inkişaf edib. Fermerlərə lazımi məsləhətlər verilmir, nəticədə bu sahədə gerilik yaranır.

Suvarma texnologiyalarında və əkinə qulluqda da ciddi problemlər var. Gəncə Dövlət Aqrar Universitetinin təhsil səviyyəsi də çox aşağıdır. Təhsil formal xarakter daşıyır, hətta diplomların satılması halları mövcuddur. Universitet hər il minlərlə məzun versə də, real iş bacarığı olan aqronomlar yetişmir. Nəticədə Azərbaycanda aqronom çatışmazlığı var və bu sahədə Türkiyə, İsrail, Hollandiya, hətta ABŞ-dan mütəxəssislər gətirilir. Bu isə ölkə üçün əlavə maliyyə yükü yaradır və daxili potensialın istifadəsinə imkan vermir.

Qida sənayesində müəyyən irəliləyişlər olsa da, bu sahə yeni formalaşır. Saxlama və emal strukturları, soyuducu anbarlar mövcuddur, amma sayı çox azdır. Halbuki belə infrastruktur fermerlər üçün bir növ sığorta rolunu oynayır, məhsulun dəyərini qoruyur. İqlim dəyişikliyi, torpaq eroziyası və deqradasiya kimi məsələlər bütün dünyada mövcuddur, bu baxımdan əsas zəif tərəfimiz deyil. Əsas problem dövlət idarəçiliyindəki səriştəsizlikdir.

Kənd təsərrüfatında çox şey şou xarakteri daşıyır. Məsələn, əkin subsidiyaları şəffaf deyil və əsasən kiminsə maraqlarına uyğun şəkildə verilir. Hansısa rayonda hansısa məhsula subsidiya ayrılır, amma real ehtiyac nəzərə alınmır. Bu isə yalançı əkinçilik və büdcə itkisi yaradır. Hətta subsidiyalar səbəbindən iqtisadi cəhətdən səmərəsiz məhsullar əkilir, sonra isə çıxarılır. Bu isə həm fermerə, həm də dövlət büdcəsinə ziyan vurur.

Əsas səbəb Kənd Təsərrüfatı Nazirliyinin səriştəsizliyi və primitiv yanaşmasıdır. Nazirlik sadə məqamları belə dərk etmir. Nəticədə kənd təsərrüfatı inkişaf etmir, əksinə, tənəzzülə uğrayır. Çıxış yolu isə sadədir: ilk növbədə satış kanalları qurulmalıdır. Daha sonra kənd təsərrüfatı sektorunda inteqrasiya, yəni defragmentasiya həyata keçirilməlidir. Dəyər zəncirləri formalaşdırılmalı, aqronom xidmətləri gücləndirilməli, texnoloji həllər tətbiq olunmalı, məhsulun saxlanması və emalı təmin edilməlidir.

Mütərəqqi suvarma sistemləri tətbiq olunmalı, amma nə əkilməsi məsələsi fermerin ixtiyarına buraxılmalıdır. Bu sistemlərdən istifadə edən fermerlərə subsidiya birbaşa ayrılmalıdır, vasitəçi şirkətlərə yox. Torpaqların kadastr qeydiyyatı və dəqiq xəritələnməsi aparılmalı, subsidiyalar köklü şəkildə dəyişdirilməli və ya tamamilə ləğv edilməlidir. Aqrar təhsil sistemi yenilənməli, özəl sektorun sifarişi ilə qurulmalı, peşə təhsili və qısamüddətli kurslarla aqronom hazırlığı təşkil edilməlidir.

Əgər bu addımlar atılarsa, fermerlər keyfiyyətli məhsul istehsal edəcək, rəqəmsallaşmış və texnoloji kənd təsərrüfatı sisteminə keçid mümkün olacaq. Hazırda isə bu imkanların olmaması Azərbaycanın beynəlxalq rəqabətdə geri qalmasına səbəb olur. Qeyri-neft sektorunda əmək məhsuldarlığı qonşu ölkələrlə müqayisədə bir neçə dəfə aşağıdır və bu, olduqca ciddi problemdir. Əgər mövcud siyasət bu şəkildə davam edərsə, bu tələdən çıxmaq getdikcə daha da çətinləşəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Sentyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri