Icma.az
close
up
RU
Eko hədə: ABŞ iqlim danışıqlarından niyə uzaqlaşır?

Eko hədə: ABŞ iqlim danışıqlarından niyə uzaqlaşır?

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İndiyə qədər aparılan ən əhatəli qlobal ətraf mühit qiymətləndirməsi dünya ölkələrinin qarşısına belə bir öhdəlik qoyur: 1 milyondan çox bitki və heyvan növünün məhv olma təhlükəsi yaradan iqlim dəyişikliyi və biomüxtəlifliyin itirilməsi də daxil olmaqla ən aktual ətraf mühit problemlərini həll etmək üçün hamılıqla çalışmaq lazımdır. Lakin dünya ölkələrini qalıq yanacağın istifadəsindən çəkindirən Amerika özü bu danışıqlarda iştirakdan imtina edir, beynəlxalq ekoloji sazişlərdən geri çəkilir.

BMT Ətraf Mühit Assambleyası ötən ay 83 ölkədən olan təxminən 300 alim tərəfindən yeni hesabat hazırladı. BMT Ətraf Mühit Proqramının Qlobal Ətraf Mühit Baxışının müəllifləri bildiriblər ki, torpaqların deqradasiyası və çirklənməsi də daxil olmaqla, bütün ekoloji məsələlər bir-biri ilə ayrılmaz şəkildə bağlıdır. Artan xərclər və qazıntı yanacaqlarından uzaqlaşmaq, davamlı kənd təsərrüfatı təcrübələrini təşviq etmək, çirklənmənin qarşısını almaq və tullantıları məhdudlaşdırmaq üçün maliyyə stimullarını əhatə edən həll yolları tapmaq zəruridir.

Britaniyalı iqlim alimi Bob Vatson deyib: "Biomüxtəliflik, torpaqların deqradasiyası və çirklənməsi haqqında düşünmədən iqlim dəyişikliyi barədə düşünə bilməzsiniz. İqlim dəyişikliyinin və çirklənmənin nəticələri barədə düşünmədən biomüxtəlifliyin itirilməsi haqqında düşünə bilməzsiniz."

Mütəxəssislər xəbərdarlıq ediblər ki, dünya iqlim dəyişikliyi, canlı növlər, torpaq itkisi və digər zərərlər baxımından dönüş nöqtəsinə yaxınlaşır. Lakin onlar bildiriblər ki, bu problemlərin həlli üçün səylər əsasən fərdi razılaşmalar vasitəsilə həyata keçirilib və bu da demək olar ki, kifayət qədər irəliləyiş əldə etməyib. Əvəzində, onlar hökumətin hər bir sahəsini, maliyyə sektorunu, sənayeni və vətəndaşları əhatə edən yanaşmanı və təbii sərvətlərin məhdud olduğunu qəbul edən dairəvi iqtisadiyyatı müdafiə edirlər. "Dediyimiz odur ki, biz daha dayanıqlı ola bilərik, lakin bu sistemləri dəyişdirmək üçün misli görünməmiş dəyişikliklər tələb olunacaq. Bu, indi sürətlə edilməlidir, çünki vaxtımız tükənir." - deyə Vatson bildirib.

Hesabatda, dünya hazırkı yolunda davam edərsə, gələcəyin pis olacağı açıqca göstərilir. Bildirilir ki, istiliyi saxlayan istixana qazlarının tullantıları - əsasən kömür, qaz və neft kimi qalıq yanacaqların yandırılmasına görə ölkələr arasında tullantıların azaldılması üçün onilliklər boyu aparılan danışıqlara baxmayaraq, 2024-cü ildə yüksək həddə çatdı. On il əvvəl, iqlim dəyişikliyinin ən fəlakətli təsirlərindən qaçmaq və ya azaltmaq üçün sənayeləşmədən əvvəlki dövrlərdən bəri gələcək istiləşməni 1,5 dərəcə Selsi səviyyəsindən çox olmayan səviyyədə məhdudlaşdırmaq məqsədi ilə təxminən 200 ölkə Paris Sazişini imzaladı. Lakin bu gözlənilən effekti vermədi. "Hazırkı trayektoriyada iqlim 2100-cü ilə qədər 2,4 dərəcə Selsi istiləşə bilər" deyə Uotson bildirib.

Alimlər, iqlim dəyişikliyinin daha şiddətli fırtınalar, quraqlıq, isti hava və meşə yanğınları da daxil olmaqla daha ekstremal hava şəraitinə səbəb olduğunu bildirirlər. Bundan əlavə, hesabata qatılmayan Amerikanın Texas Texnologiya Universitetinin iqlimşünası və Təbiəti Mühafizə Təşkilatının baş elmi işçisi Ketrin Heyho bildirib ki, iqlim dəyişikliyi təhlükəni artıran amildir, yəni torpaqların deqradasiyası, meşələrin qırılması və biomüxtəlifliyin itirilməsi kimi vəziyyətləri daha da pisləşdirir. "İqlim dəyişikliyini həll etməsək, bu digər problemləri də həll edə bilməyəcəyik" Heyho deyib. Lakin, maraqlı burasıdır ki, dünyaya diqtə etdiyi ekoloji tədbirləri Amerika hökuməti özü yerinə yetirmir.

Hesabatda yer alan digər çətinliklər arasında qlobal miqyasda torpaq sahəsi ilə bağlıdır. Bildirilir ki, dünyada torpaqların 40%-ə qədəri deqradasiyaya uğrayır və çirklənmə ildə təxminən 9 milyon insanın ölümünə səbəb olur. Hesabatda deyilir ki, 2050-ci ilə qədər xalis sıfır emissiya məqsədinə çatmaq və biomüxtəlifliyi bərpa etmək üçün hər il qlobal investisiyaya təxminən 8 trilyon dollar lazımdır. Lakin 2050-ci ildən başlayaraq iqtisadi fayda xərclərdən çox olacaq və 2070-ci ilə qədər ildə 20 trilyon dollara, sonra isə ildə 100 trilyon dollara çatacaq.

Vatsonun sözlərinə görə, ətraf mühit məsələləri bir-biri ilə əlaqəli olduğu üçün hökumətlər, qeyri-kommersiya təşkilatları, sənaye və maliyyə sektoru da bərpa olunan enerji və davamlı kənd təsərrüfatı təcrübələri üçün təşviqlərin və maliyyələşdirmənin olmasını birgə təmin etməlidirlər.

Hesabatın təcili tədbir görülməsi barədə çağırışına baxmayaraq, alimlər deyirlər ki, beynəlxalq əməkdaşlıq heç də zəmanətli deyil. Xüsusən də ABŞ prezidenti Donald Tramp bir çox müzakirələrdə iştirak etməkdən imtina etdiyi üçün əməkdaşlıqlar getdikcə zəifləyir. ABŞ-ı Paris Sazişindən çıxaran Tramp iqlim dəyişikliyini saxtakarlıq adlandırıb. O, qalıq yanacaq istifadəsini təşviq edib, bərpa olunan enerji üçün icazələri ləğv edib və avtomobil yanacağının səmərəliliyi standartlarından imtina edir. "Beynəlxalq tədbirlər və sazişlər getdikcə daha da çətinləşir", - deyə Vatson bildirib və qeyd edib ki, bu il Braziliyada keçirilən BMT-nin iqlim konfransı istixana qazı tullantılarının azaldılması və digər məsələlər üzrə daha güclü öhdəliklərlə lazım olan istiqamətdə irəliləyə bilmədi.

Qeyd edək ki, bu yay Cenevrədə plastik çirklənmə ilə bağlı müqavilə üzrə danışıqlar razılaşma olmadan başa çatdı, baxmayaraq ki, ilin əvvəlində keçirilən BMT konfransı qlobal biomüxtəlifliyin qorunması üçün maliyyələşdirmə öhdəlikləri götürmüşdü. Vatson bildirib ki, ABŞ, Nayrobidə keçirilən hökumətlərarası görüşdə iştirak etməyib, lakin son gün müzakirələrə qoşulub və hesabatdakı heç bir şeylə razılaşmadıqlarını bildirib. Vatson deyib: "Bəzi ölkələr deyə bilər ki, ABŞ bu istiqamətdə heç nə etmək istəmirsə, biz niyə etməliyik?".

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Fevral 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see409

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see352

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see247

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see236

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see212

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see211

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see209

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see207

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see203

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see197

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see185

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see184

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see181

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see174

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see172

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see168

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see166

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see165

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see164

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri