Icma.az
close
up
RU
BDUda “Eko məkan” yaradılıb

BDUda “Eko məkan” yaradılıb

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Dövlət Universiteti yeni layihə çərçivəsində “Eko məkan” yaradıb. 

“Sherg.az” xəbər verir ki, “Eko məkan”ın açılışında iştirak edən BDU rektoru Elçin Babayev bildirib ki, bu gün Azərbaycan qlobal enerji və ekoloji təhlükəsizliyin təmin edilməsi və “yaşıl iqtisadiyyat”a keçid üçün strateji mexanizmlərin işlənib hazırlanması məsələlərində fəal mövqe tutur. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” beş əsas prioritetdən biri götürülüb.  

Son illərdə BDU-da ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə istiqamətində aparılan elmi-tədqiqiat işləri genişlənir, ekoloji maarifləndirmə və ekoloji məsuliyyətin artırılması üçün müxtəlif layihələr həyata keçirilir. BDU-nun alim və müəllimləri, yaradıcı tələbələri bu sahələr üzrə elm və təhsil platformasında birləşərək ekoloji problemlərin araşdırılması və həlli yollarının axtarılmasında fəal iştirak edirlər. Elm, innovasiya və təhsil ocağı kimi Universitet tələbə təşəbbüslərinin və “yaşıl iqtisadiyyat” sahəsində gənclər hərəkatının inkubasiya və akselerasiya mərkəzinə çevrilməyi qarşısına hədəf kimi qoyub. BDU dayanıqlı inkişaf üzrə ideyaların təşviqində fəal iştirak edir, Universitetdə ekoloji təhsil və tədqiqata, habelə ekoloji mədəniyyətin təşviqinə əsaslanan yeni təhsil proqramları yaradılır, enerji və resurs qənaətinə əsaslanan həllər tətbiq olunur, innovativ konsepsiyalı eko-məkan və sahələrin yaradılması yolu ilə müxtəlif dəyişikliklər həyata keçirilir. 

E.Babayev qeyd edib ki, “Eko məkan” yeni innovativ texnologiya və metodlarla “yaşıl enerji” ilə “yaşıl qida” istehsalı, “yaşıl atmosfer”in formalaşdırılması yollarının tələbələrə öyrədilməsi, həmçinin ictimaiyyətin maarfifləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. BDU-nun ərazisində təqribən 1000 kv.m sahədə yaradılmış “Eko məkan” müasir texnologiyaları və ekoloji həlləri xüsusi bir yanaşma ilə bir araya gətirir. Burada ətraf mühitin müxtəlif ekoloji aspektlərini təhlil etmək və elmi biliklərin praktiki tətbiqinə şərait yaratmaq məqsədilə xüsusi sahələr yaradılıb.

Məkanda yaradılmış Akvaponik sistem (“Aquaponics system”) müasir aqrar texnologiyalardan biri olaraq, suyun təkrar dövriyyəsi üsulu ilə (az su sərf etməklə) yüksək məhsuldarlığa nail olmaq imkanını laboratoriya şəraitində nümayiş etdirir. İnnovativ üsullarla bitki və balıq yetişdirilməsini özündə birləşdirən tsiklik sistem “Dayanıqlı Kənd Təsərrüfatı” yanaşmasını ehtiva edir.

Mikroorqanizmlər və ya biokimyəvi proseslər vasitəsilə bioloji maddələrin istehsalını təmin edən bioreaktorlar sənaye miqyasında müxtəlif bioloji proseslərin, o cümlədən biokütlə, fermentlər, antikorlar, peyvəndlər, bioloji yanacaqlar və digər biotexnoloji məhsulların istehsalı üçün geniş istifadə olunur. Bioreaktorlar əsasən qapalı sistemdə işləyir və müəyyən bir temperatur, pH, oksigen miqdarı, qarışdırma sürəti və qida maddələri kimi parametrləri tənzimləyərək mikroorqanizmlərin böyümə mühitini optimallaşdırır. “Eko məkan”da quraşdırılmış mikroyosun Bioreaktoru fotosintez yolu ilə karbon qazından oksigenin alınmasını təmin edir və bioyanacaq, heyvan yemi, bioloji məhsul və s. kimi müxtəlif məqsədlər üçün istifadə edilə bilən biokütlənin formalaşması prosesinin laboratoriya şəraitində izlənilməsinə şərait yaradır.

“Eko məkan”da enerji səmərəliliyini təmin etmək və bərpa olunan enerji infrastrukturunu qurmaq üçün fotovoltaik çeviricilərdən (“solar panel”) istifadə olunur. Məkanın enerji təchizatı (xüsusi işıqlandırma, müxtəlif elektron ölçmə cihazlarının enerji təminatı, mobil qurğuların enerji qidalandırılması və s.) əsasən fotovoltaik çeviricilərin bazasında hazırlanmış enerji mənbələrinə əsaslanır. Bu, Universitetin ekoloji prinsiplərə uyğun fəaliyyəti ilə yanaşı, tələbələrə enerji səmərəliliyi və ekoloji təmiz enerji texnologiyalarının tətbiqi barədə biliklər verəcək.

“Eko məkan”da ətraf mühitə dair məlumatların rəqəmsal şəkildə alınaraq təhlil edilməsi və tədqiqatların nəticələrinin rəqəmsal platformalar üzərindən paylaşılması məqsədilə rəqəmsal eko-informasiya sistemi quraşdırılıb.  

Məkandakı “AQMesh” - Hava Keyfiyyətinin Rəqəmsal Monitorinqi Sistemi müxtəlif tipli sensorlar vasitəsilə atmosferdə müxtəlif qazların, o cümlədən azot dioksidi (NO₂), karbon dioksidi (CO₂), ozon (O₃), kükürd dioksidi (SO₂) və digər zərərli maddələrin miqdarını təyin edir, atmosferin çirklilik səviyyəsini anında izləməyə imkan verir. 

“Davis Vantage Pro2” - Rəqəmsal Hava Məlumatı Sistemi küləyin sürəti və istiqaməti, külək vasitəsilə havanın soyuma və qızma indeksi, temperatur, rütubətlik, təzyiq və şeh nöqtəsi kimi parametrləri ölçməyə və xüsusi ekranda və mobil tətbiqlər vasitəsilə paylaşmağa imkan verir.

Ekoloji problemlərin həlli, iqlim dəyişikliyi və təbii resursların qorunması mövzularında gənclərin məlumatlandırılması, Universitetin elmi potensialı ilə ekologiya sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatları arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi layihənin əsas məqsədlərindən biridir. İnteraktiv seminar və təlim sahəsində tələbə və müəllimlərin iştirakı ilə “Eko məkan”da müxtəlif ekoloji maarifləndirmə tədbirləri, təlimlər və praktiki seminarlar keçiriləcək. Qeyd edək ki, “Eko məkan” BDU-nun bir sıra beynəlxalq uğurlara imza atmış Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin tabeliyində fəaliyyət göstərəcək. Bu Mərkəzdə tələbə və müəllimlər üçün təbiətə həsr olunmuş ekoturlar, təbiət yürüşləri və ətraf mühitin müxtəlif ekosistemlərinin öyrənilməsi üzrə tədbirlər də təşkil ediləcək, tələbələrin birbaşa iştirakı ilə ekoloji mövzularda elmi-tədqiqat layihələri və təcrübə proqramları, tələbələr arasında ekoloji layihələr üzrə müsabiqələr təşkil olunacaq, ekoloji məsələlərə dair innovativ həll yolları təqdim ediləcək.

Layihə çərçivəsində həyata keçiriləcək tədbirlər yalnız BDU-nun tələbələri üçün deyil, ölkənin ümumtəhsil məktəblərinin şagirdləri və digər ali təhsil müəssisələrinin tələbələri, ümumilikdə geniş ictimaiyyət üçün nəzərdə tutulub. “Eko məkan”da həyata keçiriləcək tədbirlər sayəsində ətraf mühitin qorunması mövzusunda geniş ictimai maarifləndirmə işləri aparılacaq, BDU-nun sosial fəaliyyəti daha da gücləndiriləcək.

“Eko məkan”ın yaşıl sahələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi Hirkan şümşadı (“Buxus hyrcana”), Oleandr (“Nerium Oleander”), Avropa ərgəvanı (“Cercis siliquastrum”), Yapon birgözü (“Ligustrum japonicum texanum”), Budaqlı danaya (“Danae racemosa”), Həmişəyaşıl başınağacı (“Viburnum tinus”), Qərb tuyası (“Thuja occidentalis”) və s. kimi nadir bitkilər də əkilib, xüsusi milli dizaynlı oturacaqlar quraşdırılıb. 

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) (Sustainable Development Goals - SDG) dəstək olacaq “Eko məkan” gənclər və geniş ictimaiyyət arasında ekoloji təhsilin təşviqi, təbiətin qorunmasının vacibliyi barədə məlumatların çatdırılması baxımından SDG-4 (Keyfiyyətli təhsil), şəhər ərazilərində yaşıl sahələrin artırılması və şəhərlərin ekoloji cəhətdən dayanıqlı olması baxımından SDG-11 (Dayanıqlı şəhərlər və icmalar), iqlim dəyişmələrinin təsirlərinin azaldılması, bu dəyişmələrə uyğunlaşmaq, davamlı enerjidən və təbii resurslardan səmərəli istifadə üçün tədbirlərin həyata keçirilməsi baxımından SDG-13 (İqlim dəyişikliyi ilə mübarizə), təbiətin və yerüstü ekosistemlərin və bioloji müxtəlifliyin qorunması və bərpası, xüsusilə nadir və məhv olmaq təhlükəsi ilə üzləşən bitki növlərinin mühafizəsi baxımından SDG-15 (Yerüstü ekosistemlərin qorunması), və müxtəlif təşkilatlar, yerli və beynəlxalq tərəfdaşlar ilə birgə əməkdaşlıq çərçivəsində resursların və təcrübələrin paylaşılması, habelə ekoloji sahədə yeni təşəbbüslərin inkişafı baxımından SDG-17 (Məqsədlər üçün tərəfdaşlıq) məqsədlərinə uyğun fəaliyyət göstərəcək. Layihə DİM-lərə nail olmaq üçün ekoloji təhsil ilə yanaşı, biomüxtəlifliyin və ekosistemlərin davamlılığını təmin etmək üçün əhəmiyyətli nümunə hesab edilə bilər.

Layihə çərçivəsində BDU yalnız yerli ekoloji təşkilatlarla deyil, beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq etmək niyyətindədir. Bu əməkdaşlıq sayəsində ətraf mühitin qorunması mövzusunda qabaqcıl təcrübələrin Azərbaycana gətirilməsi və yerli ekoloji təşkilatların fəaliyyətlərinin beynəlxalq səviyyədə tanınması üçün zəmin yaradılacaq. Təşkil olunacaq könüllülük proqramları əsasında tələbələrin yerli və beynəlxalq ekoloji fəaliyyətlərə cəlb olunması planlaşdırılır:”

Ölkənin şagird, tələbə və gənc tədqiqatçıları arasında yaşıl texnologiyalardan daha geniş istifadənin və elmi tədqiqatlarda ekoloji yanaşmaların tətbiqinin təşviqi, habelə Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsi istiqamətində gənclər arasında əlaqələrin genişləndirilməsi baxımından “Eko məkan”ın çöxşaxəli fəaliyyətinə inanırıq.

Qeyd edək ki, Eko məkan dövlət-özəl tərəfdaşlığı çərçivəsində BDU ilə "Bayramli Group”, həmçinin "LU-MUN Holding" və "Azecolab" şirkətləri ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi layihəyə xüsusi dəstək verib. Davamlı inkişaf prinsiplərini dəstəkləyən bu tərəfdaşlıq çərçivəsində hər bir tərəf öz resursları və imkanları hesabına “Eko məkan” layihəsinin inkişafına dəstək verəcək, layihənin uzunmüddətli istifadəsinə və cəmiyyət üçün faydasının artırılmasına xidmət edəcək”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see379

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see289

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see278

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see257

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see242

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see235

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see232

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see197

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see183

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see183

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see179

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see170

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see167

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see167

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see165

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see163

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see162

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see161

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see159

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri