Ekol TV ilə bağlı istintaq başladıldı Mənsimovun da adı daxil edildi
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə ötən ay bağlanan Ekol TV barəsində istintaq başladılıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən kanalla bağlı çirkli pulların yuyulması və qanunsuz mərc ittihamları ilə başlanan istintaq genişləndirilib.
Məlumata görə, istintaq çərçivəsində Ekol TV-nin baş redaktoru Emrah Doğru, “mərc oyunları baronu” kimi tanınan Veysel Şahin, iş adamı Mübariz Mənsimov, İdarə Heyətinin üzvü Arif Çetin və vəkil Ersan Şenin də adı istintaq materiallarına daxil edilib.
Ümumilikdə 12 şübhəlinin adının hallandığı istintaq materialları kifayət qədər dəlil olmadığı üçün İstanbul Baş Prokurorluğuna göndərilib.
Qeyd edək ki, təxminən iki ildir efirdə olan Ekol TV son iqtisadi çətinlikləri əsas gətirərək, yayımını 22 dekabr 2025-ci ildə dayandırmaq qərarına gəlib.
Baxış sayı:63
Bu xəbər 09 Yanvar 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















