Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Ekoloji tarazlığın qorunması həyati əhəmiyyətli vəzifəyə çevrilib

Ekoloji tarazlığın qorunması həyati əhəmiyyətli vəzifəyə çevrilib

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İndiki dövrdə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması bütün dünya ölkələrinin qarşısında duran əsas məsələlərdən biridir. Azərbaycanda bu sahəyə xüsusi diqqət yetirilir. Yaşıllıqların salınması və artırılması həm ekoloji baxımdan, həm də şəhərsalma və insanların sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır.

Yaşıllıqlar atmosferin oksigenlə zənginləşdirilməsində, tozun və zərərli qazların udulmasında mühüm rol oynayır. Şəhərlərdə ağacların və parkların salınması havanın keyfiyyətini artırır, temperatur fərqlərini azaldır və səs-küyün qarşısını alır. Bakı kimi böyük şəhərlərdə yaşıllıqlar həm də istilik adalarının təsirini azaltmağa kömək edir.

Azərbaycan dövləti yaşıllıqların artırılması və ətraf mühitin qorunması istiqamətində bir sıra proqramlar həyata keçirir. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində ətraf mühitin qorunması və yaşıllıqların genişləndirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi olaraq ağacəkmə aksiyaları keçirilir. Eyni zamanda, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ölkə üzrə müxtəlif bölgələrdə yaşıllaşdırma layihələri həyata keçirilir.

Yaşıllıqlar yalnız ekoloji deyil, həm də estetik və sosial baxımdan dəyərlidir. Parklar, xiyabanlar, bağlar şəhər sakinlərinin istirahət etməsi, fiziki aktivliyi və sosial ünsiyyəti üçün şərait yaradır. Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə yeni parkların salınması və mövcud yaşıllıq ərazilərinin bərpası bu istiqamətdə mühüm addımlardır.

Bununla belə, bəzi hallarda yaşıllıq ərazilərinin tikinti məqsədilə məhv edilməsi, ağacların qanunsuz kəsilməsi kimi neqativ hallara da rast gəlinir. Bu cür hallar ictimai narazılıq doğurur və ekoloji fəsadlara səbəb olur. Ona görə də, yaşıllıqların qorunması yalnız dövlətin deyil, cəmiyyətin də üzərinə düşən məsuliyyətdir.

Azərbaycanda yaşıllıqların salınması ekoloji tarazlığın qorunması, iqlim dəyişikliyi ilə mübarizə, şəhər həyatının keyfiyyətinin yüksəldilməsi baxımından həyati əhəmiyyətə malikdir. Bu sahədə həyata keçirilən dövlət siyasəti, ictimai təşəbbüslər və fərdi məsuliyyət birgə şəkildə davam etdirilərsə, ölkəmiz daha yaşıl, sağlam və dayanıqlı bir gələcəyə doğru irəliləyəcəkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, 2027-ci ilədək dənizkənarı sahil parklarının 266,8 ha, 2040-cı ilə qədər 985,9 ha, hibrid "yaşıl dəhliz"lərin 2027-ci ilə kimi 303,9 ha, 2040-cı ilə kimi isə 361,6 hektara çatdırılması planlaşdırılır. Ümumiyyətlə, Bakı şəhərinin gələcək inkişaf mənzərəsi geniş, təbii və açıq yaşıl məkanları, mühəndis kommunikasiya infrastrukturu obyektlərini özündə ehtiva edən çoxfunksiyalı hibrid "yaşıl dəhliz"lər vasitəsilə mərkəzlər arasında qarşılıqlı əlaqənin yaradılmasını özündə ehtiva edir. Bu baxımdan həm şəhərdaxili, həm də şəhərxarici hibrid dəhlizlərin yaradılması nəzərdə tutulur.

Hibrid "yaşıl dəhliz"lər gəzinti məsafəsində yerləşən ictimai yaşıllıqların sayını artırmaq və yaşıllıqların az olduğu ərazilərdə yaşıl məkanların sahəsini genişləndirmək üçün tətbiq olunan vasitədir. Bu, eyni zamanda piyada gəzinti, velosiped və digər aşağı sürətli mobillik vasitələri (məsələn, elektron skuterlər) ilə hərəkəti təşviq edən yaşıl zolaqlar şəbəkəsi yaratmaqla şəhərdə əlaqələndirmənin gücləndirilməsi üçün tətbiq olunur. Bu dəhlizlər ictimai nəqliyyat - avtobuslar və tramvay xətləri ilə inteqrasiya olunaraq şəhər daxilində  nəqliyyatın əlçatanlığının artırılmasına da müsbət təsir göstərə bilər. Hibrid "yaşıl dəhliz"lər, həmçinin hibrid parklar Bakını sosialyönümlü bir şəhərə çevirməyə imkan verəcək.

Paytaxtda uzun illər müəyyən ərazilərdə kəskin, pis qoxulara səbəb olan bataqlıqlara çevrilmiş göllər ətrafında da müxtəlif yaşıllaşdırma layihələri nəzərdə tutulub.

Məsələn, Xocəsən gölü və Xocəsən Nəbatat Parkının bərpası təklifinin davamı kimi Xocəsən-Lökbatan hibrid "yaşıl dəhliz"inin inkişafı nəzərdə tutulur.

Eyni zamanda Bibiheybət ərazisi daxil olmaqla Bakı bulvarının uzunmüddətli perspektivdə uzadılması, Böyükşor, Xocəsən, Zığ və Bülbülə göllərinin ətrafının yaşıl istirahət zonalarına çevrilməsi də planlaşdırılır. Şəhərdə əlçatan yaşıllıqların sayının artırılması hədəfinə və baş planın təkliflərinə uyğun olaraq, Xocəsən gölü ətrafında təxminən 500 ha ərazidə geniş ictimai parkın salınması ətrafda sıx məskunlaşmış yaşayış məntəqələrinə xidmət edəcək və gölün ekoloji təmizlənməsinə təkan verəcək. Uzunmüddətli perspektivdə Lökbatan ilə Xəzər dənizi arasındakı bataqlıq əraziləri daxil etməklə park cənuba doğru genişləndirilə bilər. Baş plan çərçivəsində nəzərdə tutulan xüsusi ehtiyat zonalar 2040-cı ildən sonrakı dövrdə Bakı şəhəri ərazisində keyfiyyətli ictimai yaşıllıqların yaradılmasını təmin edəcək. Buna nümunə olaraq, Bakı hipodromunu misal gətirmək olar. Bakının mərkəzində yerləşən bu ərazi aktiv istifadədən çıxdığı zaman ictimai yaşıllığa çevrilə bilər.

Ümumilikdə baş plan çərçivəsində ekoloji vəziyyətin və ətraf mühitin sağlamlaşdırılması ilə bağlı  üçmərhələli yanaşmanın tətbiqi təklif olunur. Bunlar Bakı göllərinin yenidən fəal istifadəsi, şəhər və region daxilində yaşıllıqların və açıq məkanların, əlaqələndirici "yaşıl dəhliz"lərin artırılması, Abşeron yarımadasının mədəni landşaftının qorunması və aktivləşdirilməsidir. Bakının davam edən iqlim dəyişikliyinə qarşı dayanıqlılığını artırmaq üçün "Mədəni Landşaftların Mühafizə Zonası"nın yaradılması da təklif olunur.

Baş planda həmçinin Bakının şəhər ərazisində yaşıllıqların bərabər paylanmasına da xüsusi diqqət yetirilib. Planda mümkün qədər çox əhalinin (əhalinin ən azı 80 faizi) 500 m piyada gəzinti məsafəsində ictimai yaşıllıqlara çıxışının olması hədəflənib. Mövcud yaşıllıqların qorunması ilə yanaşı, bu hədəfə nail olmaq üçün yaşayış məntəqələri və yeni inkişaf əraziləri daxilində yeni yaşıllıqların müəyyən edilməsi üçün dördmərhələli yanaşmanın tətbiqi tövsiyə olunur.

Bakının baş planında paytaxtda görüləcək yaşıllaşdırma işləri çərçivəsində müxtəlif tipli parkların salınması, həmçinin yeni element olan hibrid "yaşıl dəhliz"lərin yaradılması böyük əhəmiyyətə malikdir. Hər şeydən öncə, sağlam həyat naminə bu faktorlar önəmlidir. Bununla yanaşı, Bakıda qanunsuz ağac kəsilmələrinin qarşısının alınması ilə bağlı tədbirlərin gücləndirilməsi, cəzaların sərtləşdirilməsi də labüddür. Ekspertlər də qeyd edirlər ki, ümumilikdə yaşıllıqların azalmasında xüsusən antropogen amillərin rolu böyükdür. Bu baxımdan meşələrin, yaşıllıqların ətraf mühiti sağlamlaşdırmaqla insan orqanizminə müsbət təsirini unutmayaraq, aidiyyəti qurumlar Bakının baş planında nəzərdə tutulan layihələr çərçivəsində üzərlərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirərək, Bakını yaşıl şəhərə çevirməyi məqsəd kimi qarşılarına qoymalıdırlar.

Nazirlikdən bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşələrin qırılması, ağacların qanunsuz kəsilməsinin qarşısını almaq üçün sərt tədbirlər görülür: "Meşələrin qanunsuz kəsilməsinin qarşısının alınması, meşələrə və yaşıllıqlara qəddar münasibət, yanğın təhlükəsizliyi tələblərinə riayət olunması üçün daim müvafiq tədbirlər həyata keçirilir. Meşələrə amansız münasibət göstərən, ağacları əsassız qıran şəxslərə qarşı nazirlik tərəfindən qəti tədbirlər görülür. Ciddi ictimai nəzarətin həyata keçirilməsi üçün aidiyyəti şəxslərə və qurumlara tövsiyələr verilir. Biznes məqsədilə meşələrdə ağacların qanunsuz kəsilməsi və oğurlanması hallarının qarşısının tam şəkildə alınması üçün ictimai nəzarət və ictimai mühafizə təşkil olunur. Hazırda qanunsuz ağac kəsmə faktı ilə bağlı başlanmış cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bütün fiziki və hüquqi şəxslərə qanunsuz ağac kəsilməsi hallarına yol verməmələri tövsiyə edilir və bu kimi hallara yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada ən ciddi cəza tədbirləri görüləcək".

Azərbaycanda meşələrin ümumi sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini əhatə edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da ölkə ərazisinin 11,8 faizi deməkdir. Ölkənin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. Ekoloji mühitin əsas tərkib hissələrindən hesab olunan meşələr qlobal ekoloji problemlərdən hesab olunan iqlim dəyişmələrinin, səhralaşma proseslərinin genişlənməsinin, bioloji müxtəlifliyinin azalmasının, atmosferdə qaz balansının pozulmasının qarşısının alınmasında əvəzsiz əhəmiyyət kəsb edir.

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:322
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Avqust 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri