Bakıda Seneqal nömrəsi ilə taksi xidməti Yango dan AÇIQLAMA FOTO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan paytaxtında Seneqalı xatırladan bir obyekt var: metronun Neftçilər stansiyasının üstündəki Dakar meydanı. 2 şəhər 1967-ci ildə qardaşlaşıb. 1987-ci ildə Dakarın 100 illiyi münasibəti ilə Bakıda eyni adlı meydan açılıb. Amma sözümün canı başqadır.
Bazar günü “Yango” taksi xidmətinə sifariş verdikdən sonra telefonumdakı vatsap tətbiqinə səfərlə bağlı məlumat gəldi. Burada taksinin çatma vaxtı və avtomobilin markası, nömrəsi əks olunurdu. Müasir taksi xidmətləri üçün tam normal haldır.
Lakin mənə təəccüblü gələn bildirişin məzmunu deyil, bildirişin yollandığı nömrə oldu. Vatsap tətbiqi nömrənin mənşəyinin Seneqal olduğunu göstərirdi. Bəli, səhv duymadınız: +221 78 580 72 93. +221 prefiksi uzaq Afrikadakı Seneqala aiddir. Fransızdilli saytlarda axtarış verdikdə məlum oldu ki, 78 prefiksi Seneqalın “Orange” mobil operatoruna aiddir.
Şirkətin ünvanı isə Niderlandın paytaxtı Amsterdamdakı Sxiphol bulvarı 291 kimi göstərilir.
Doğrudur, indi kiminsə mobil telefonunu 10 min kilometr uzaqda istifadə edə bilməsi təəccüblü deyil. Lakin məsələnin başqa tərəfi var. Azərbaycanda 3 mobil operator olduğu halda nə üçün taksi xidməti başqa ölkənin mobil operatorunun xidmətindən istifadə etməlidir? Azercell, Backcell və ya Nar yerli taksi operatoruna telefon xidməti göstərməkdən imtina edib? İnandırıcı deyil. Bəs onda səbəb nədir?
Əslində bu məsələyə bəlkə də ciddi fikir verməmək olar. Amma nəzərə alaq ki, taksi sifarişimiz data hesab olunur. Bu sifarişlər vasitəsi ilə bizim hərəkətimiz izlənilə bilər. buna görə də belə bir strateji işin xarici operatora həvalə edilməsi başadüşülən deyil.
"Yango" Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müştərinin aldığı bildiriş beynəlxalq platforma tərəfindən müxtəlif ölkələrdə istifadəçilərə xidmət göstərmək üçün istifadə olunan "Yango"nun rəsmi xidmət nömrəsindən göndərilib.
Vüqar
Oxunub 188
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 12 Yanvar 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















