Icma.az
close
up
RU
Ekonom taksilərdə kondisioner davası: sürücü haqlıdır, yoxsa sərnişin?

Ekonom taksilərdə kondisioner davası: sürücü haqlıdır, yoxsa sərnişin?

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tez-tez sosial şəbəkələrdə ekonom taksi sürücüləri ilə sərnişinlər arasında kondisioner üstündə yaranan mübahisələrin videogörüntülərinə rast gəlinir. Bu mövzu bəzən müştərinin rahatlığı, bəzən isə sürücünün əlavə xərc narahatlığı ilə bağlı müzakirələrə səbəb olur.

Bəs kim haqlıdır, sürücü, yoxsa müştəri?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, qaydalara görə daşıyıcı sərnişinin komfortlu və təhlükəsiz daşınmasını təmin etməlidir:

"Bu, yalnız sərnişinin mənzil başına vaxtında çatdırılması ilə bitmir, həm də yolboyu rahatlığın qorunması ilə bağlıdır. Məhz bu səbəbdən də taksinin hansı sinifə aid olmasının heç bir fərqi yoxdur. İstər ekonom klass olsun, istərsə də biznes klass sərnişin eyni dərəcədə xidmət keyfiyyəti gözləmək hüququna malikdir. Yay aylarında kondisionerin işlək vəziyyətdə olması, sərnişinə normal hava şəraiti yaradılması, qış aylarında isə isitmə sisteminin işləməsi zəruridir. Bu tələblər sərnişinin yalnız komfortu üçün deyil, həm də sağlamlığının qorunması baxımından mühüm rol oynayır. Çünki bəzən isti havada kondisionerin işləməməsi və ya soyuq mövsümdə maşında isinmə şəraitinin olmaması həm uşaqlar, həm yaşlılar, həm də sağlamlıq problemi olan insanlar üçün əlavə risklər yarada bilər. Buna görə də sürücü hər bir halda sərnişinin rahat və təhlükəsiz gedişini təmin etməli, minimum şəraitin yaradılmasına xüsusi diqqət göstərməlidir".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Sentyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri