Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Əkrəm Əylisli istefa ərizəsindən danışdı, yazıçı Anarı topa tutdu: O, hər şeyi yalan danışır, gördü ki, məni öldürə bilmədi, buna görə...

Əkrəm Əylisli istefa ərizəsindən danışdı, yazıçı Anarı topa tutdu: O, hər şeyi yalan danışır, gördü ki, məni öldürə bilmədi, buna görə...

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Yazıçı Əkrəm Əylisli Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevin (Anar) onu yalançı adlandırmasına, “Tənha çinarın nağılı” əsərinin uydurma olması barədə fikirlərinə münasibət bildirib. 

Mia.az-ın məlumatına əsasən, Əylisli Pravda.az-a açıqlamasında deyib ki, Anarın özü təpədən-dırnağa yalandır:

“Onun hansı cümlənin sonunda nə deyəcəyini, hansı suala nə cavab verəcəyini əvvəldən bilirəm. Anar heç nəyə cavab vermir, yalnız cavabdan yayındırır. Adamların diqqətini yayındırır ki, guya haqq bunun tərəfindədir. Bu adam Azərbaycan ədəbiyyatında elə bir vəziyyət yaradıb ki, onlarla istedadlı adamın məhvinə səbəb olub. Bunu bilərəkdən, ya bilməyərəkdən edib, deyə bilmərəm, amma faktdır. Onun bu cəhətindən xoşum gəlmir. Biz əvvəllər ədəbiyyata bir yerdə xidmət etmişik. Mən “Azərbaycan”, o isə “Qobustan” jurnalında olub. Keçmiş Azərbaycan Yazıçılar İttifaqında (indiki AYB-red) vəzifəni əlinə keçirəndən sonra elə sifətlər göstərdi ki, mənim üçün hədsiz dərəcədə gözlənilməz idi”. 

Anarın “APA”ya müsahibəsində Ə.Əylisinin Yazıçılar Birliyindən istefa ilə əlaqədar yazdığı ərizənin fərqli təqdim edildiyini bildirməsi də cavabsız qalmayıb: “İstefa ərizəmi başqa cür yazmışamsa, Anarda nüsxəsi qalırsa, göstəsin ki, nə yazmışam. “Ərizə məndə qalır” deməklə olmur, elə sözlər yazmamışamsa, ortaya çıxarsın, hansı məzmunda yazdığımı desin. Kədərli, ağır sözdür, amma bu yaşda bir-birimizə belə şeylər deməyə məcbur oluruq. Bu adam Azərbaycan ədəbiyyatında müsbət rol oynamayıb. AYB-ni ələ keçirib və ədəbiyyatda konservativ, çox çirkin bir mühit yaradıb. Mən də bunu belə görmüşəm, belə demişəm. Ayrı cür görsəydim, qəsdən belə desəydim... Bilmirəm, “Tənha çinarın nağılı”nda başqa nəyi yalan demişəm? Heç nəyi yalan deməmişəm”. 

O, Yazıçılar İttifaqının katibi vəzifəsi ilə bağlı təklifi geri çevirdiyi vaxt Anarın kövrəldiyini də inkar etməsinə münasibət bildirib: “And olsun bizi yaradana, o adamın gözləri yaşardı. Məni də təəccübləndirən elə bu oldu. O, hər şeyi kefi istəyən vaxt, istədiyi kimi yalan danışır. Məsələ burasındadır, elementar həqiqətləri, təəssüf ki, bizim dövrdə heç kim demək istəmir. Mən elə də böyük həqiqətləri deməmişəm, Yazıçılar Birliyində yaranmış vəziyyət barədə çox elementar, sadə həqiqətləri demişəm. Əgər bu adam həmin həqiqətləri qəbul etmirsə... Məlum məsələdir ki, qəbul etmir. Fakt budur ki, bu vəzifəyə Anarı şəxsən o vaxtkı Mərkəzi Komitənin birinci katibi Bağırov qoydu, o da yapışdı İttifaqdan, əl çəkmədi. Yanındakı Çingiz Abdullayevi də Yazıçılar İttifaqına Mütəllibov göndərmişdi. İndi, bəlkə, bunu da danar ki, mən etiraz etdim, birbaşa yuxarıdan adamı katib göndərmirlər... Heç İttifaqın üzvü deyildi, o vaxtdan Mütəllibovun göndərdiyi kadrdır, oturub... Anarın İttifaqda yaratdığı yenilik nədən ibarətdir?

Anar İttifaqda heç nə etməyib. Əksinə, elə bir mühit yaradıb ki, yeni talantlar yetişməsin. Məncə, Anar özünü talantı bitmiş adam hesab edir.

Onun istedadı bitib. Bilirsiniz nə vaxt? “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni yazanda. Azərbaycanda sevimli əsərdir, halbuki çox bayağı, naqis, çürük, mənasız yazıdır. Bununla camaatın zövqünü korlamağı lazım bilirsə, qoy bundan sonra da nə qədər istəyir, korlasın. Mənim üçün şərtdir ki, bütün sənət növləri insanların zövqünü, ruhunu saflaşdırsın, şüurunu aydınlatsın. Anar əksini edirsə, mən də bunu belə görürəmsə, niyə deməməliyəm?” 

Ə.Əylisli “Daş yuxular” əsərinə görə tənqid olunduğu vaxt Anarın onun haqqında müsbət yazı dərc etməsi barədə açıqlamasını da qəbul etməyib: “Bu da bir nağıldır. “Daş yuxular” yeni hay-küyə düşəndə, insanlar əsərin əleyhinə qalxanda Anar həmin dövrdə bir bəyanat yaydı. Azərbaycan Yazıçılar Birliyinin katibi adından yazılmış bəyanat! O bəyanatı oxuyan hər kəs - kor da olsa, görər ki, bu adam illər boyu içində mənə qarşı nə qədər kin-küdurət yığıb. Gördü ki, məni öldürə bilmədi, buna görə də “Azərbaycan” jurnalında məqalə dərc etdi. Öldürmək istədi, ya öldürdü - bunun mənim üçün fərqi yoxdur. Mənim üçün “öldürmək istədi” elə öldürmək deməkdir. O bəyənatda deyilənlər 1937-ci il hadisələrində Məmməd Rahimin Müşfiq haqqında yazdığı böhtanlardan da artıqdır. Anar da həmin böhtanları mənə qarşı yazıb. Zaman dəyişməli, yeni mərhələli mövsüm, mənəvi həyat yaranmalı idi. O yaranmadı deyə Anar kimilər hakimiyyəti yenidən əllərində saxladılar köhnəni, atalarının həyatının məzmununu yaşatmaq üçün. “Lenin” poemasının müəllifi (Rəsul Rza – red.) Azərbaycanın uşaq ədəbiyyatında böyük fiqurlardan biri hesab olunur. Belə olmamalı idi. Çox danışmaq istəmirəm.

Fakt budur ki, Anar nə yazırsa, yalan, saxta yazır. Bu adam təpəsindən dırnağına qədər saxtadır! Elə bilir ki, yazılarını tənqid etməklə ədalətsizlik etmişəm. “Beş mərtəbəli evin altıncı mrətəbəsi”ni o vaxt Rusiyada heç bir nəşriyyat götürmədi. Azərbaycan ədəbiyyatına kömək etməyə çalışan “Molodaya qvardiya” nəşriyyatının ədəbiyyat şöbəsinin müdiri mənə bildirdi ki, “Anara deyə bilərsənmi, bundan sonra yazmasın, bizə “bulvar” əsər göndərib”. Mən sonradan bildim ki, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni deyirmiş. “Bulvar” əsərlər yazıb, millətin zövqünü korlayan, guya böyük işlər gördüyünü bəyan edən adamları heç vaxt qəbul etməmişəm, etməyəcəyəm.

O, “Tənha çinarın nağılı”nı oxuyanda xəcalət çəkməli idi ki, Yazıçılar İttifaqının üzvləri ətrafında o qədər düşük söhbətlər gedib. Biz dünyada yaşayırıq, təkcə Azərbaycanda yox. Belə bir psixoloji vəziyyət yaranıb - bir qrup adam hökumətin rəğbətindən o qədər arxayınlaşıb ki, elə bilirlər, hər şey, hətta gələcək də - ədəbiyyatın, millətin gələcəyi bunların əlindədir. Buna görə də belə hökmlə danışırlar. Anarı Mərkəzi Komitənin birinci katibi vəzifəyə qoyub, az qaldı sübut etsin ki, guya bunu millət seçib. Millət ölürdü ki, Anar Yazıçılar İttifaqının sədri olsun...

MİA.AZ

Bütün bunlar mənim gözümün qabağında olub axı. Onun yeni yaratdıqlarının hamısı öz vəzifələrini saxlamağa xidmət edir ki, vəzifədə çox otursunlar. Bunları görüb, İttifaqdan tüpürüb getmişəm. Mən Anara nə etmişəm? Deyir ki, “mənə xəyanət etdi”. Bilir ki, millətin zəif  damarı hansıdır. Tez-tez “xəyanət” sözünü deyir. Mən də cavabını verəcəyəm. Hələ ki nəfəsim gəlir, bu cür alçaq şeylərə təslim olan deyiləm...” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://mia.az
archiveBu xəbər 02 Yanvar 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri