Icma.az
close
up
RU
Əkrəm Əylisli: Rus sektorlarının bağlanmasının qəti əleyhinəyəm...

Əkrəm Əylisli: Rus sektorlarının bağlanmasının qəti əleyhinəyəm...

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Rus dilinin bizə verdiyi xeyri unuda bilmirəm. Ədəbiyyatı çıxardıb dünya ədəbiyyatına. Bu dilin Azərbaycan ədəbiyyatına xidmətlərini yaddaşımdan çıxarda və unuda bilmərəm. Ona görə də "rus sektorlarının" bağlanmasının qəti əleyhinəyəm..."
Bu sözləri Kulis.az-ın "Rus sektorları" bağlanmalıdırmı?" sualına cavab verən yazıçı Əkrəm Əylisli deyib.

"Mən belə fikirləşirəm ki, hər şeyi bağlamaq asandır. Qapıları bağlamaq asandır, darvazaları bağlamaq asandır, hər şeyi bağlamaq asandır. Açmaq çətindir. Bilirsən, ziyanı nə ola bilər... Məsələ budur ki, mən bir vaxtlar Maqsud İbrahimbəyovla qanlı-bıçaqlı davada idim rus dilində yazdığı üçün. Rus dilində yazanlarla dalaşırdım. Deyirdim, heç olmasa utanın ki, Tolostoy var. Tolostoy da yazıb o dildə. Siz də yazırsız. Heç olmasa biraz sıxıntı çəkin bundan. Amma sonra gördüm ki, bu dildə yazanlar əgər Azərbaycan həyatından, Azərbaycan xalqının taleyindən yazırlarsa, bu da məqbuldur. Rus dilində yazsın, hansı dildə yazır yazsın. Məqbuldur. Rus dilini guya Azərbaycan dilindən zəif hesab edənlər də var. Bu əxlaqın sahibləri, sadəcə, millətimizi gözdən salır".

Onun sözlərinə görə, rus dilində təhsil alanlar folkloru, xalqın mənəviyyatını duya bilmirlər.


"Mən bu fikirdəyəm ki, Rusiya ilə əlaqələrimizin müsbət tərəflərini saxlamalıyıq. Məsələn, rusca oxuyan uşaq Azərbaycan həyatına azərbaycanca oxuyan uşaq qədər bağlı ola bilməz. Mənim üçün insanın ali keyfiyyətlərindən biri də onun xalq ədəbiyyatına bağlı olmağıdır. Rusca təhsil alanlar heçvaxt folklora, xalqın dərin mənəviyyatına bağlı ola bilmir. Demək, burada böyük bir problem yaranır. Faktiki problemdir..."

Yazıçı "Dediniz, rusca təhsil alanlar Azərbaycan mədəniyyətini, folklorunu duymur. O zaman "rus sektoru" bağlansa daha yaxşı olmazmı? Belə olsa, öz mədəniyyətimizə, öz kökümüzə bağlı adamlar yetişər, yox?" sualına isə belə cavab verib:

"Yəni, folklordan uzaqlaşan adam zamanla Azərbaycan mənəviyyatından da uzaqlaşmış olur. Amma unutmayaq, axı o həm də nəsə qazanır... Onun qazandıqlarını faydalı istiqamətdə istifadə etməyi üçün çalışmaq lazımdır. Mən Azərbaycan dilində təhsil almışam. Sonradan - Moskvada Ədəbiyyat İnstitutunda Rus dilini kamil öyrəndim. Rusdilli əsərlərlə, bir növ, dialoq qurmağa başladım, onlarla ünsiyyətə girdim, "nə var, nə yox?" öyrəndim. Çox şey qazandım, oxudum, yazdım. Öyrəndiklərim mənə ilham verdi ki, Azərbaycan dilində gözəl mətnlər yaradım. Ancaq folklorumuzdan, mahiyyətimizdən uzaqlaşmadım. Yəni, folklordan uzaqlaşan adam zamanla Azərbaycan mənəviyyatından uzaqlaşır, amma həm də nəsə qazanır... Onun qazandıqlarını faydalı istiqamətdə istifadə etməyi üçün çalışmaq lazımdır".

"Ssenaristin əlifbası" təliminin vaxtı uzadılır Qəndlə başlayıb qanla bitən illər - Daşqın Məmmədovun hekayəsi Kirkorova qadağa ilə bağlı tələb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Fevral 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri