Icma.az
close
up
RU
Əkrəm Həsənov: “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur”

Əkrəm Həsənov: “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur”

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sahil Babayevdən gözləntim qanunçuluqdur. Bu adam bütün hökumət üzvlərindən daha çox qanunauyğun fəaliyyət göstərir. Demirəm ki, həmişə... Azərbaycan şəraitində bu, tam mümkün deyil. Yəqin, səhvləri, qüsurları da var. Heç kəs demir ki, yoxdur. Sadəcə, bizdə insanlar bəzən qanunauyğun fəaliyyət göstərməklə siyasəti qarışdırırlar. Nazir icraçıdır. Qanunu isə Milli Məclis qəbul edir. Qanunauyğun fəaliyyət göstərmək budur ki, adam qanunlara riayət edir. Sahil Babayev də rəhbərlik etdiyi sahədə, yəni əmək və əhalinin sosial müdafiəsi sahəsi, pensiyaların verilməsi, Dövlət Sosial Müdaifə Fondunda imkanı daxilində digər nazirlərə baxanda qanunlara riayət etmə baxımından əslində inqilab etdi. Bilirik də, pensiya sahəsi necə bərbad idi.  Hamı özünə pulla pensiya düzəldirdi. Sahil Babayev bu sahəni dəyişdi. Demək olar, pensiya sahəsində korrupsiya yoxdur. Yəqin ki, yenə kimsə nələrsə edir, amma ümumən sistemi dəyişdi. Bəziləri deyilər ki, “Sahil Babayev pensiyamızı kəsdi”. Ona görə kəsdi ki, sizin pensiyanız qanuna uyğun verilmirdi. Ola bilər ki, qanun özü düzgün deyil. Bəli, bunu istisna etmirəm”.

Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

“Əlilliklə bağlı narazılıqlarla doğrudan da razıyam. Qanunu dəyişdirin, deputatınızdan tələb edin də. Deyin ki, qanun düzgün deyil, dəyişmək lazımdır. Sahil Babayevdən əvvəl bu sahəyə rəhbərlik edən şəxslər nə edirdilər? Pulla pensiya verirdilər və hətta dövlət orqanlarında da çox adam bu haldan razı idi.  Bu dəqiqə elə məmurlar var ki, qanunsuz olaraq çox yüksək pensiya alırlar. Məhkəmə də bu işlərə yardımçı olurdu. Kimsə Fonda gəlib deyirdi ki, mənə pensiya ver, Fond isə imtina verirdi. Həmin adam məhkəməyə müraciət edirdi. Məhkəmədə hamısı əlbir olurdular - vətəndaş, Fond, məhkəmə. Məhkəmə sonda vətəndaşın iddiasını təmin edirdi, çox yüksək pensiya verirdi. İndi isə həmin məhkəmə qərarlarını dəyişmək olmur. Vəziyyət belə idi və hamı bundan sui-istifadə edirdi. O demək deyil ki, hamı qanunsuz pensiya alırdı. Kim ki korrupsiya yolu ilə pensiya əldə edib, əsasən də, məmurlar - onları nəzərdə tuturam. Sahil Babayev bu sistemi dağıtdı. Təbii ki, dağıdanda həm dövlət məmurları arasında, yüksək səviyyələrdə düşmənləri çoxaldı, həm də xalq arasında. İnsanlar düşünürdülər ki, pulumu verirəm, yaxşı pensiya alıram. Amma qanunsuz alırsan! Axı düzgün deyil, sən camaatın haqqına girirsən. Yenə deyirəm, qanun pisdir, onda gəlin, qanunu dəyişək. Sahil Babayevə buna görə qiymət verirəm. Yoxsa təbii ki, sosial sahədə də xeyli pozuntu var. Dəfələrlə demişəm”, - o bildirib.

Hüquqşünasın sözlərinə görə, pensiya kartlarının “Beynəlxalq Bank” və “Kapital Bank” vasitəsilə verilməsi qanunsuzdur: “Düzdür, “Sosial sığorta haqqında” qanunda yazıblar ki, DSMF hansı yolla pensiya verilməsini özü müəyyən edir. Halbuki bu, qanunsuzdur. Mülki Məcəlləyə görə, bank hər müştəri ilə könüllü müqavilə bağlamalıdır. “Beynəlxalq Bank”, “Kapital Bank”, yaxud DSMF kimdir ki, hamıya öz istədiyi kartı paylayır, insanları zorla həmin bankların müştərisi edir? Sahil Babayev bu qanunsuzluğu dəyişə bilmədi. Özündən asılı idi, ya deyildi, hər halda bu sistemi dəyişə bilmədi. Həm də bunun nəticəsidir ki, “Beynəlxalq Bank” və “Kapital Bank” bu gün ölkənin ən böyük banklarıdır. Gəlin, digər sahələrə də baxaq. Hansı sahələrimizdə belə kəskin dəyişikliklər olub? Heç birində. Nazirləri nə qədər dəyişiblər? Ədliyyə Nazirliyini götürək. Artıq 1 ildir, nazir dəyişib. İcra məmurları arasında korrupsiya var. Biabırçılıq. Həbsxanalardakı vəziyyət və s. Dəyişiklik olmur. Sabah Ədliyyə naziri korrupsiya olmaması üçün həbsxanalarda qaydaları dəyişməyə başlasa, yəqin, onu da kiməsə şikayət edəcəklər. “Bu nədir, pulumuzu verirdik, özümüzə yaxşı şərait yaradırdıq, nazir gəldi, qoymadı”, “İcra məmuruna pul verirdik...” Hazırda isə bu yoxdur”.

“Sahil Babayevdən gözləntim budur - maliyyə sahəsində maliyyə intizamını gücləndirəcək ki, qanuni olsun, oğurluq olmasın. Bu, işin qanunçuluq tərəfidir. Bəli, dövlət büdcəsinin icrasında problemlər var. Parlamentin spikeri büdcəni təsdiq edən deputatları danışmağa qoymur. Ölkənin büdcəsini elə parlament təsdiqləməlidir də. Buna maliyyə nazirinin aidiyyatı yoxdur, o, işini görür. Layihəni verdi, təsdiqlətdi və icrasına da nəzarət edir. İstəyirəm ki, insanlarımızda dəyişiklik olsun, başa düşsünlər. Kimsə qanunla işləyirsə, əlbəttə, çoxları ondan narazı olacaq. Qanunvericilik sahəsində siyasəti müəyyən edən deputatlardır. Onların yaxasından yapışın, Prezidentə müraciət edin. Hansısa nazirdən yapışmaq düzgün deyil. Maliyyə sahəsində xeyli problemlər var idi, yəqin ki, hələ də olacaq. Hər şey müqayisədə görünür. Sahil Babayevi ömrümdə bir dəfə görmüşəm. 12 il bundan əvvəl iclasda. Son təyin olunan elə nazirlər var ki, yaxşı münasibətlərim var, şəxsi... Bir yerdə işləmişəm. Amma hələ ki onların fəaliyyətlərini Sahil Babayev kimi qiymətləndirmirəm. İnsan gərək adil olsun, vəssalam”, - o bildirib.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Fevral 2025 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see143

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see141

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see140

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see137

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see131

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see128

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see126

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see124

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see123

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see120

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see118

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see117

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see116

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see114

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see113

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see109

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see108

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri