Mehmet Ali Erbil qanunsuz mərc reklamına görə həbs cəzasına məhkum edildi
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məşhur türkiyəli aparıcı və aktyor Mehmet Ali Erbilə reklam və qanunsuz mərc oynamağa təşviq etdiyi üçün mühakimə olunduğu iş üzrə 10 ay həbs cəzası təyin edilib. Məhkəmə cəzanın təxirə salınmasına qərar verib.
Oxu.Az xəbər verir ki, "Haber Global" məlumat verib.
Qeyd olunub ki, prokurorluq Erbilə "reklam etməklə və başqa üsullarla insanları idman yarışlarına əsaslanan müəyyən əmsallar və ya qarşılıqlı mərc oyunları və ya şans oyunları oynamağı təşviq etmək" ittihamı ilə 3 ilə qədər həbs cəzası istəyib. İstintaq prosesinin sonunda məhkəmə cinayətin sübuta yetirildiyinə əsaslanaraq, ona 10 ay həbs cəzası verib, lakin hökmün elan olunmasını gecikdirərək, cəzanı təxirə salıb.
Qərardan sonra Erbil həbsxanaya getməyəcək, lakin oxşar cinayətdə əli olduğu halda ona şərti cəza tətbiq oluna bilər.
Baxış sayı:65
Bu xəbər 15 Aprel 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















