Icma.az
close
up
RU
“Qorxdum ki, akula məni yeyər”

“Qorxdum ki, akula məni yeyər”

Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qorxdum ki, akula məni yeyər”

Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyeva ilə yollandığı tətillərdən və paylaşımlardan danışıb.

OLAY yazır ki, bu barədə o, “Pərvizə görə”də açıqlama verib. Haşımova deyib ki, tətil planları olsa da, səhhətinə görə təxirə düşüb:

“Aynişanla tətilə gedəndə, paylaşanda, başqa səhifələr də paylaşırlar. Mən bu məsələlərdə çox mühafizəkaram. Aynişan deyir ki, izləyicilərim sənin üçün darıxıb. Həmişə səhnədə oxuduğum əsərə görə davranıram. Deyir, ay ana, camaat elə bilir ki, gülmürsən. Sonra bu tərəfini görəndə hamı məəttəl qaldı. Deyir, maraqlıdır, gülmürsən, amma güldürürsən. Özüm o qədər şövqlə deyirəm ki, qəlbən doluram. Plan var, gedəcəyik. Sadəcə bu aralar təzyiq məsələm meydana gəldi. Özümü qorumaq məcburiyyətindəyəm. İstəyirəm Ayni ilə gözəl səfərə gedək. Maldivdə oğlana Azərbaycan dilində mahnı oxutdurdum. Sevə-sevə oxuyurdum, o da bir oxudu ki… Sevinirdi. Dedim, səni Bakıya apararam. Nömrəmi götürüb, mənə votsapda yazır, başa düşmürəm, mən də ona ürəklə göndərirəm. Adı da Baujandır, adına bax… Deyirəm, nədir kərtənkələləri doldurmusunuz bura, elə qorxurdum ki, bağrım çatlayırdı. Dedim, buradayıq, bir təhər vəziyyətdən çıxmaq lazımdır. Hərdən ora üçün darıxıram. Deməli, çatmışıq. Mən də dənizdən qorxuram, sadəcə baxmağı sevirəm. Düz, hotelə çatmışıq, Aynişan deyir ki, ana bu yaxınlarda buranı su basacaq xəbərin var? Dedim, a bala, qoyardın Bakıya qayıdardıq, sonra deyərdin, indi mən yazıq gecə yata bilməyəcəm. Görəsən, adanı su nə vaxt basacaq? Hər gün də yağış yağırdı, tut ucundan çıx göyə. Robinzonun evindən qayıdırdıq, Aynişana dedim, denən saxlasın. Deyir, okeanın ortasındadır, necə saxlasın? Necə yekədir ora, dedim, yol bitməyəcək, ürəyim dayanmışdı az qala. Dedim, mən ölərəm, deyir, ölməzsən, babam 90 yaşında ölüb. Dedim, dədəmi bura mindirsəydilər, çoxdan ölmüşdü. Mən qorxudan öldüm. Dedim, indi akula çıxar, məni yeyər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://olay.az
archiveBu xəbər 15 Aprel 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri