Icma.az
close
up
RU
Müəllimlərin direktor müavini olmaq uğrunda davası belə nəticələndi 1000 manat CƏRİMƏ

Müəllimlərin direktor müavini olmaq uğrunda davası belə nəticələndi 1000 manat CƏRİMƏ

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda müəllim barəsində məhkəməyə edilmiş xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.

Redaktor.az-ın “Qafqazinfo"ya istinadla məlumatına görə, söhbət Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi 57 yaşlı Lətifə Qəhrəmanovadan gedir.

Belə ki, 200 saylı orta məktəbin kimya müəllimi Gülnar Muradzadə Lətifə Qəhrəmanovanın Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə cəzalandırılmasını tələb edib.

Şikayətçi bildirib ki, 20 noyabr 2023-cü il tarixdə təlim-tərbiyə işləri üzrə direktor müavini imtahanında bal toplayaraq uğur qazanıb. 2024-cü ilin fevralında imtahanda uğur qazanan namizədləri müsahibə mərhələsinə dəvət ediblər. O, müsahibədə yetərincə bal toplaya bilmədiyi üçün təkrar müsahibəyə dəvət olunmaq məqsədilə 18 nömrəli məktəbdə təşkil edilmiş təlimlərə cəlb edilib.

G.Muradzadə təkrar müsahibədə uğur qazandığından Bakı şəhəri üzrə Təhsil İdarəsinə çağırılıb. Ona 240 saylı məktəbə direktor müavini təyin olunduğu bildirilib: “İdarə tərəfindən vatsapda qrup yaradıldı və imtahanda uğur qazanmış namizədləri ora əlavə etdilər. Qrup üzvlərinin 18 aprel 2024-cü il saat 14:00-da “Zoom” platforması üzərindən görüşü təşkil edildi. Görüş İdarənin rəsmisi tərəfindən keçirildi və lazım olan təlimatlar verildi. Aprelin 19-u kurator qrupda bildirdi ki, 22 aprelə qədər zəruri sənədləri İdarəyə təqdim etməliyik. Deyilən tarixdə sənədləri İdarəyə təqdim etməklə, eyni zamanda 240 saylı məktəbə direktor müavini təyin olunmaq üçün ərizə yazdım”.

Gülnar Muradzadə elə həmin gün tanışlarına təyinatı barəsində məlumat verdiyini söyləyib: “Bu hadisədən bir gün sonra tanımadığım və heç bir zaman ünsiyyətdə olmadığım Lətifə Qəhrəmanova videoçəkiliş edərək barəmdə mediada və sosial şəbəkələrdə təhqir və böhtanlar səsləndirdi. Guya mən ona demişəm ki, test mərhələsini və tələb olunan limitləri keçə bilməmişəm. O, videomüraciətlərdə mənim imtahandan keçmək üçün İdarəyə pul verdiyimi, savadsız olduğumu deyərək təhqir edib. Avqustun əvvəlində rəsmi qəbula gedərək təyinatım barədə soruşdum, mənə imtahandan keçmədiyim bildirildi. İmtahandan keçmədiyim halda 240 saylı məktəbə direktor müavini təyin olunmağım barədə ərizənin məndən alınmasının səbəbini soruşduqda isə konkret cavab verilmədi. Təyinatımın verilməməsində Lətifə Qəhrəmanova günahkardır. Çünki bütün bunlar onun videomüraciətindən sonra  baş verib, karyerama ziyan dəyib”.

Şikayətçi L.Qəhrəmanovanın həbs edilməsini tələb edib.

34 ildir ki, müəllim çalışan Lətifə Qəhrəmanova isə deyib ki, Bakı şəhərində keçirilən ümumtəhsil məktəbləri üzrə direktor müavinlərinin işə qəbul imtahanlarında iştirak edib və uğur qazanıb. Lakin imtahanın müsahibə mərhələsində haqsızlıqla qarşılaşdığını, kəsildiyini iddia edib. O, imtahanın müsahibə mərhələsinə rəhbərlik edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəsmisinin onun müsahibədən keçməsinə əngəl törətdiyini, rüşvət müqabilində G. Muradzadəni direktor müavini təyin etdiyini deyib.

Şəhid bacısı olan təqsirləndirilən şəxs, həmçinin Gülnar Muradzadənin özünün ona imtahandan yetərincə bal toplaya bilmədiyini dediyini söyləyib.

Binəqədi Rayon Məhkəməsində keçirilən prosesin yekununda L. Qəhrəmanovaya Cinayət Məcəlləsinin 147.2-ci, yəni böhtan maddəsi üzrə bəraət verilib. Lakin o, 148-ci (Təhqir) maddəsi üzrə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Aprel 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri