Əks yola çıxan sürücü piyadaları görməzdən gələrək keçidin üzərindən keçdi VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxtın Xətai rayonu, Ukrayna dairəsində qaydaları kobud şəkildə pozan sürücü görüntülənib.
Bu barədə Avtosfer.az-a izləyicilərdən biri məlumat verib və videogörüntünü redaksiyamıza göndərib. Kadrlarda 77-LF-708 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsünün əks istiqamətli yola çıxaraq hərəkət etdiyi aydın görünür.
İzləyicinin məlumatına görə, hadisə pik saatlarda – nəqliyyatın sıx olduğu vaxtda baş verib. Belə ki, sürücü tıxacdan yayınmaq məqsədilə, qarşı istiqamətə daxil olub və bu zaman həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb. Eyni zamanda o, yolu keçən piyadalara əhəmiyyət vermədən keçidin üzəriylə sürüb.
Videoda görünür ki, o, axına qarşı hərəkət etdiyi üçün digər avtomobillər dayanmağa məcbur olub, nəticədə dairə ətrafında sıxlıq yaranıb. Daha sonra sürücü sola manevr edərək hərəkətini davam etdirib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 08 Oktyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















