Eksbaşçının xalası oğlunun karxanasından 103 minlik oğurluq edən şəxsə hökm oxundu
Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xəyal Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Xəyal Səfərov zərərçəkmiş Ziya Əkbərova (şərti) məxsus Siyəzən rayonu Yenikənd kəndi ərazisində yerləşən qum-çınqıl qırmadaş karxanasından ümumilikdə 102 708 manatlıq oğurluq edib.
Zərərçəkmiş ifadəsində bildirib ki, Xəyalı xalası oğlu vasitəsi ilə tanıyıb. Xalası oğlu da əvvəllər Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Kamal Məmmədov

Tanışının şirkətinə qarşı 40 minlik dələduzluq edən şəxsə hökm oxundu
10 Dekabr 2024 11:15
Tanışının şirkətinə qarşı 40 minlik dələduzluq edən şəxsə HÖKM OXUNDU
10 Dekabr 2024 10:08
Azyaşlıya qarşı quldurluq edən şəxsə hökm oxundu
22 Fevral 2025 13:09
Taksi sürücüsünü qarət edən şəxsə hökm oxundu
05 Noyabr 2024 18:26

