Icma.az
close
up
RU
Sülh gündəliyi: Azərbaycanın haqlı mövqeyi dəyişməzdir! ŞƏRH

Sülh gündəliyi: Azərbaycanın haqlı mövqeyi dəyişməzdir! ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Artıq məğlub Ermənistanın savaşdan beş il ötməsinə baxmayaraq hələ də sülh müqaviləsinin imzalaanmasından boyun qaçırması, vaxt udaraq gizli şəkildə silahlanması Azərbaycanı daha diqqətli olmaca sövq edir. Çünki tarixin bütün zamanlarında Azərbaycan xalqı erməni hiyləsinin, erməni məkrinin qurbanı olub. İndii isə zaman dəyişib və bu gün diktə edən Azərbaycandır. Və onu da vurğulamaq istərdim ki, bu gün Ermənistan hakimiyyətinin sülh əvəzinə hərbi təxribatlara meyl göstərməsi, bölgədəki maraqları üçün hazırkı Ermənistan rəhbərliyini alətə çevirmiş Qərb dövlətlərinin iki ölkə arasında sülh sazişinin imzalanmasına hər vəchlə mane olmasıdır. Belə bir şəraitdə sülh müqaviləsinin imzalanmasının özü ciddi sual altındadır. Çünki 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan bu günədək olan müddətdə Ermənistan tərəfi öz üzərinə götürdüyü öhdəliklərin heç birini könüllü şəkildə yerinə yetirməyib. İşğalçı Ermənistanın Fransa, Hindistan və digər dövlətlər tərəfindən durmadan, davamlı şəkildə silahlandırılması isə həm sülh danışıqlarının gələcəyi, həm də regional təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqlar yaradır. Xüsusilə qeyd edilməlidir ki, Ermənistan rəhbərliyi bir tərəfdən sülh barədə bəyanatlar verir, digər bir tərəfdən isə sürətlə silahlanma yarışına çıxır.

Sülh müqaviləsi üçün konkret addımlar atmayan rəsmi İrəvanın yenidən müharibəyə təhrik edilməsi isə bu ölkə rəhbərliyinə heç bir inam qalmadığını da ortaya çıxarır. Heç vaxt verdiyi vədləri yerinə yetirməyən Nikol Paşinyanın sülh müqaviləsinin şərtlərini yerinə yetirməməsi, hazırkı Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq-aşkar işğalçı müddəaların qüvvədə olması sülh sazişinə olan ümidləri də azaldır. Bu bir faktdır ki, Ermənistanın öz konstitusiyasında dəyişikliklər etməsi zəruridir.

Ən maraqlısı odur ki, Ermənistanın konstitusiyasında həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiasının olduğunu baş nazir N.Paşinyan da etiraf edib. O da bildirib ki, Ermənistana yeni Konstitusiya lazımdır. Yeni geosiyasi və regional şərait nəzərə alınaraq yeni ana qanunun hazırlanması vacibdir. Bu məsələdə olduqca incə məqamlar var. Çünki Ermənistandakı proseslər göstərir ki, bu gün hər hansı sülh müqaviləsi imzalansa belə, revanşist qüvvələr sonradan bunu qəbul etməyə bilərlər. Ona görə Azərbaycan haqlı olaraq hesab edir ki, sülh üçün Ermənistan öz konstitusiyasında dəyişiklik etməlidir. Dövlətimizin başçının da söylədiyi kimi, onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər. Məsələ burasındadır ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir.

Digər vacib bir məqam - kommunikasiyaların bərpası barədə danışaq. Məsələ burasındadır ki, Ermənistanın Azərbaycanla nəqliyyat və rabitə əlaqələrinin açılmasına razılaşmaması iki ölkə arasında sülhə nail olunması və iqtisadi inkişaf baxımından ciddi maneələr yaradır. Kommunikasiyaların bərpası həm regional sabitlik, həm də iqtisadi inteqrasiya üçün əhəmiyyətli bir addım olardı. Azərbaycan və Ermənistan arasında nəqliyyat dəhlizlərinin açılması, xüsusilə Zəngəzur dəhlizi kimi strateji layihələrin həyata keçirilməsi, regiondakı ölkələr arasında iqtisadi əlaqələrin inkişafına və ticarətin genişlənməsinə gətirib çıxaracaq. Bu isə uzunmüddətli sülhün təməlini qoymağa yardım edən vacib məsələlərdəndir. Bu məsələ barədə də Ermənistan rəhbərliyindən səs-soraq yoxdur. Bu yaxınlarda Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında sülh müqaviləsi barədə fikirlərini açıqlayıb. SİTAT: “Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir.

İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsinin imzalanması üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğrudan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.

Bəli, Azərbaycan Prezidentinin bu qətiyyətli, aydın və konkret mövqeyi həm də sülh müqaviləsi üçün aydın perspektivi də ortaya qoyur. Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Ermənistan rəhbərliyi revanşist xəstə təxəyyüldən xilas olmalı, real və qaçılmaz olan yeni siyasi reallıqları qəbul etməli, xarici qüvvələrin əl maşası olmaqdan imtina edib Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır. Çünki bunun tamamilə əksi Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altına qoyur. Ermənistan rəhbərliyi unutmamalıdır ki, istənilən qanlı təxribata cavab vermək üçün DƏMİR YUMRUQ yerindədir!

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri