Icma.az
close
up
RU
79 yaşını paradla qeyd etmək İSTƏYİR Ancaq etirazlar var

79 yaşını paradla qeyd etmək İSTƏYİR Ancaq etirazlar var

Modern.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Donald Tramp 79 illiyini təmtəraqlı hərbi paradla qeyd etməyi planlaşdırır. Onun doğum günü – 14 iyun tarixi ABŞ ordusunun yaradılmasının 250 illiyinə təsadüf edir.

Modern.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Tramp həmin gün Arlinqtondan Vaşinqtona qədər, təxminən 6.4 kilometrlik hərbi yürüş təşkil etməyi düşünür.

Ağ Ev bu xəbəri rəsmi olaraq təkzib edib və bildirib ki, “heç bir parad planlaşdırılmayıb”, ancaq ABŞ ordusunun nümayəndələri ehtiyatla danışıblar. Polkovnik Devid Batler bildirib ki, hələlik paradın olub-olmayacağını demək tezdir: "Lakin biz tədbirin milli səviyyədə qeyd olunması üçün bir neçə dövlət agentliyi ilə əməkdaşlıq edirik”.

Vaşinqton və Arlinqton yerli rəhbərləri isə Trampın bu planlarına etiraz ediblər. Vaşinqton meri Müril Bouzer mətbuat konfransında qeyd edib ki, bu cür tədbir yolların ciddi şəkildə zədələnməsinə səbəb ola bilər. “Küçələrimizdə tanklara ehtiyac yoxdur”, – deyə Bouzer vurğulayıb.

Arlinqton dairəsi şurasının sədri Takis Karantonis isə bildirib ki, hərbi paradın təmtərağı ilə ölkədəki sosial qeyri-müəyyənlik arasında balans qorunmalıdır. O, federal hökumətin Tramp və onun idarəetməsindəki Elon Mask tərəfindən başladılan ixtisarlar səbəbindən iş yerlərini itirən hərbçilər və veteranların durumunu nəzərə almalı olduğunu bildirib.

CNN kanalı da Trampın planını tənqid edib. Aparıcı Erin Bernett bu tipli paradların daha çox Çin, Rusiya və Şimali Koreya kimi ölkələrdə müşahidə olunduğunu qeyd edib. Onun sözlərinə görə, paradda tanklar, taktiki maşınlar və canlı hərbi qüvvənin iştirakı gözlənilir.

Xatırladaq ki, Tramp prezidentliyinin ilk dövründə də oxşar təşəbbüslə çıxış edib. 2017-ci ildə Fransada Bastiliya Günündə keçirilən hərbi paraddan ilhamlanan Tramp ABŞ-da da bənzər tədbir keçirmək istəsə də, yüksək xərclər səbəbilə bu ideyasını gerçəkləşdirə bilməyib. Həmin vaxt tədbirin dəyəri minimum 21.6 milyon, maksimum isə 92 milyon dollar olaraq qiymətləndirilmişdi.

"Böyük hərbi parad üçün bizdən istənilən vəsait o qədər gülünc dərəcədə yüksək idi ki, tədbiri ləğv etdim", Tramp bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:268
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Aprel 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri