Icma.az
close
up
RU
Əksər siyasi partiyalar Əli Kərimli düşüncəsində olsa da, ..

Əksər siyasi partiyalar Əli Kərimli düşüncəsində olsa da, ..

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Siyasət çox mürəkkəb, həm də müqəddəs bir sənətdir. Mürəkkəbdir ona görə ki, insanların, qrupların, dövlətlərin maraqları və istəkləri daim toqquşur. Verilən qərarlar həm daxili, həm də beynəlxalq faktorların təsirləri ilə formalaşır və bu formalaşan qərarlar dövlətçiliyə xidmət etməlidir.
Çoxsaylı dəyişən amillərin düzgün hesablanması və idarə olunması tələb olunur. Həm hüquqi, həm iqtisadi, həm tarixi balanslar nəzərə alınır və s. Həqiqətən çox mürəkkəb prosesdir. Burada emosiyaya qətiyyən yer yoxdur, hisslərlə yaşamaq olmaz. Müqəddəsdir ona görə ki, dövlətin taleyinə, cəmiyyətin rifahına, insanların təhlükəsizliyinə, gələcək nəsillərin həyatına təsir edən ən məsuliyyətli bir peşə, sahədir. Düzgün siyasət aparılanda xalqlar sabitlik, inkişaf və ədalət görür.Siyasət yalnız qaydalar və qanunlar deyil, intuisiyanın, zəkanın, təcrübənin, uzaqgörənliyin unikal birləşməsidir.
Siyasət həm də dövlətçilik mədəniyyəti, elm, məktəb, məsuliyyət sənəti olduğu üçün müqəddəsdir.Dövlət başçısı bu siyasi və mənəvi elementləri özündə birləşdirməlidir ki, xalq ona etimad göstərsin, dünya onunla hesablaşsın, beynəlxalq münasibətlərin incə tənzimlənməsində üstünlük qazansın. Biz Xankəndinə bayrağımızı sancmaqla həm də region üçün böyük fəlakət gətirə biləcək “Böyük Ermənistan” xülyasını, erməni və onların havadarlarının qaniçən ideologiyasını siyasi külə çevirdik. O zaman hamının yadındadır: Xankəndi və digər ərazilərimiz hələ tam azad olunmadan rus sülhməramlıları razılaşma ilə orada fəaliyyət göstərəndə əksər siyasətçilər hakimiyyətin bu siyasi taktikasını anlamadı, dərk etmədi və tənqid etdilər. Mahiyyət bundan ibarət idi: “Ruslara təslim etdilər, bu nəticə deyil, yarımçıq qələbədir”. Anlayıram, emosional davranışla guya hakimiyyəti, siyasi rəhbərliyi qınamaqla özlərini Azərbaycanın siyasi həyatında önəmli siyasi xadim və vətənpərvər kimi təqdim etməyə cəhd edirdilər. Lakin böyük və ağıllı düşüncə onların kim olduğunu, sifətlərini açıq şəkildə cəmiyyətə göstərdi. 15 oktyabrda Xankəndimizə bayrağı sancmaqla bu maskalar tam düşdü. Amma onlar bu utancdan siyasətdən getmək əvəzinə cırılmış maskaları ilə özlərini daha böyük bataqlığa sürüklədilər. İndi elə bataqlıqdadırlar ki, oradan çıxmaq mümkün deyil. Daha doğrusu, öz ağılları ilə mümkün deyil. Hökumət humanistlik edib dartıb onları çıxarmasa, olduğu yerdəcə qalacaqlar.
Yaddaş üçün: o zaman da, bu gün də biz bu hakimiyyətə sona qədər qələbəmizin təminatı üçün inandıq və etimad göstərdik. Rəhbəri olduğum təşkilatla birlikdə bu gün etimadımız xalqımızın etimadı ilə eyni səviyyədə yüksəkdir ki, biz daha böyük uğurlara imza ataq.
Lakin Azərbaycanda elə siyasətçilər var idi ki, hətta deyirdilər: “İlham Əliyev razılaşıb ki, Qarabağla Ermənistanı birləşdirən ərazi, üstəlik Laçın da daxil olmaqla, Rusiyanın nəzarətinə verilir”. Hətta bir az da irəli gedərək: “Rusiyadan icazə alarıq, biz özümüz də…” deyirdilər. Gördünüzmü necə böyük strateji səhv buraxılırdı? İlham Əliyev Ali Baş Komandan kimi, ləyaqətli lider kimi Xankəndinə gedərək nəyi nə vaxt etmək lazım olduğunu göstərdi. Əməlləri ilə isbat etdi ki, “Mən strateji düşünürəm və dövlət kimi düşünürəm. Sizin təfəkkürünüz hələ o səviyyədə inkişaf etməyib ki, məni anlayasınız.” Strateji düşünənlər gündəlik qısamüddətli eyforik siyasi qazanc üçün deyil, 20–30 illik perspektivlə qərar verirlər. Dövlət institutlarının güclənməsi, idarəetmənin təkmilləşməsi, milli maraqların qorunması kimi məsələlər məhz bu planlama ilə həyata keçirilir. Strateji yürüyüşlər sizin düşüncə tərziniz üçün deyildi, ona görə dərk edə bilmədiniz.
İlham Əliyev dövlətlidir o düşünür, populizmdən uzaqdır, analitik, hüquqi və institusional yanaşma ilə strateji düşünür. Milli geosiyasi balansı nəzərə alaraq ölkənin beynəlxalq münasibətlərdə manevr imkanlarını, təhlükəsizlik balansını, diplomatik resurslarını mükəmməl şəkildə tətbiq etdi və strateji addımlar atdı.
İlham Əliyev dövlət sirrini, dövlətin ləyaqətini bilən, dövlət ənənələrinə hörmət qoyan, sistemli, fundamental idarəetməyə üstünlük verən strateji dövlət adamı, böyük siyasi liderdir.İndi bu sözləri deyən Əli Kərimliyə və digər “siyasətçi” adlandırılan partiya sədrinin düşüncələrinə baxın. Ölkənin 200 ildən çox altındakı siyasi ləkəni birdəfəlik aradan qaldıran strateji düşüncəli liderin gördüyü işlərə fikir verin. Təbii ki, xalq buna görə yüksək etimada layiq olan liderinin arxasındadır. O dövrdə əksər siyasi partiyalar Əli Kərimli düşüncəsində olsa da, düşdükləri siyasi bataqlıqdan dövlət baba onları çıxartdı. Bu da böyüklüyün, cəmiyyətə və dövlətə hörmətin, humanizmin təzahürü idi. Amma onların çoxu daxildə olmasa da, üzdə özünə çəki-düzən verdi, səmimi dialoq prosesinə, həmrəylik dalğasına qoşuldu. Bundan sonra humanizm, məncə, lazım deyil. Artıq biz yeni reallıqlarla yeni mərhələyə qədəm qoymuşuq. Dövlət anlayışını dərk edənlər bu prosesdə daha önəmlidir.
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Noyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri