Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Ekspert: 15 20 ildən sonra şirin su ehtiyatları daha çox azala bilər

Ekspert: 15 20 ildən sonra şirin su ehtiyatları daha çox azala bilər

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 31 yanvar, AZƏRTAC

Hazırda su ehtiyatlarının azalacağı və artacağı barədə proqnoz vermək çox çətindir. Çünki bu proses təbiətdə baş verən yağıntıların normasından asılıdır. Yer üzündə su ehtiyatlarının 2 faizə qədəri şirin sulardır ki, bunun da yalnız 0,3 faizindən istifadə etmək mümkündür. 15-20 ildən sonra şirin su ehtiyatları daha çox azala bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri dosent Ənvər Əliyev deyib.

“Belə ki, əhalinin sayı artdıqça su balansına təsir də artır. Çünki əhali hər doğulan uşağa sanitar-gigyenik normaya uyğun hər gün 250 litrədək su israf edir. Nəzərə alsaq ki, Azərbaycanın 10 milyondan çox əhalisi var, su israfında bu rəqəm kifayət qədər böyük alınır. Ancaq buna baxmayaraq, içməli sudan daha səmərəli istifadə etsək, fikrimcə, planetimizdə su balansımız kifayət qədərdir. Azərbaycanda da, elə planetimizdə də kifayət qədər su ehtiyyatları var, bu, bizim ehtiyacımızı ödəyəcək qədərdir. Bu sahədə problemimiz olmamalıdır”, - deyə alim qeyd edib.

Ölkəmizdə su hövzələri və su ehtiyatları barədə məlumat verən Ə.Əliyev bildirib ki, Azərbaycan ərazisi çox maraqlı iqlim qurşağında yerləşir. Suyun formalaşmasında isə iqlimin çox böyük rolu var: “Bizim yerləşdiyimiz iqlim qurşağının təxminən 65 faizi suptropik qurşaqda, qalan 35 faizi isə mülayim qurşaqdadır, bu isə nisbətən normal su təyinatlı zona hesab olunur. Ölkənin yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Yerüstü şirin su ehtiyatları əsasən çaylarda cəmlənib. Azərbaycan ərazisində formalaşan su ehtiyatları Böyük və Kiçik Qafqazın hündür zirvələrində yerləşən qar örtüyündən və yağış sularından formalaşan bulaqlardır. Azərbaycanın yerüstü su ehtiyatları 40-45 milyard kubmetr təşkil edir. Böyük Qafqazın şimal-şərq yamaclarından axan çaylardakı bu sular keyfiyyətinə görə o qədər də yaxşı sayılmır. Bu suların keyfiyyətini yaxşılaşdırmaq üçün onlara xüsusi maddə vurulur. Hazırda Bakının içməli su təchizatı Azərbaycanın ən uzunömürlü, həm də nadir su kəməri olan Şollar su kəməri, eləcə də Oğuz-Qəbələ su kəməri ilə təmin olunur. Bu sularda mənim şəxsi yoxlamalarıma əsasən 8,9- 9.2 pH var. Burada göstərici 7-7.5 pH olmalıdır.

Digər bir su ehtiyatı isə Girdiman çay ilə Göyçay çayı arasında çökəklidə yerləşən, şimalda Böyük Qafqaz dağları cənubda isə Qaraməryəm yaylası adlanan ərazidədir. Bu sulardan biz ancaq Kürdəmir, Zərdab, Ağsu və digər ərazilərdə istifadə edirik. Digər su ehtiyatlarımız Kiçik Qafqazda yerləşir, Naxçıvan da daxil olmaqla burada çox gözəl keyfiyyətli sular var. Cənubda isə istifadə olunan daha çox kəhriz və bulaq sularıdır. Yeraltı sular da burada çoxdur. Şimal zonasında təxminən 600-dan çox kəhriz, içməli şirin sularımız var. Kəhrizlərin təxminən 361-də hazırda təmir işləri gedir. Bu zona Laçından Fizuliyədək uzanır. Digər su ehtiyatlarımız Kür çökəkliyində yerləşir. Biz bu su ehtiyatlardan düzgün istifadə etsək, onların insan orqanizminə heç bir ziyanı yoxdur. Misal üçün, Norveç və Kanada kimi ölkələrdə su ehtiyatları çoxdur və onlar ən yüksək keyfiyyət olan 7 Ph-a malik içməli sulardır. Buna görə Norveçdə su ödənişsizdir. Lakin bu ölkələrdə əhali su ehtiyatlarını qoruyur, israfçılığa yol vermir. Bizim ölkədə də su ehtiyatlarını qorusaq, daha yaxşı olar”, - deyə Ə.Əliyev əlavə edib.

Yarana biləcək su qıtlığı və quraqlıqdan danışan Ə.Əliyev qeyd edib ki, hazırda ölkəmizdə su ehtiyatları kifayət qədərdir. “15-20 ildən sonra ola bilsin ki, planetin tamam başqa, daha yağıntılı və daha isti havası olacaq. Bu, təbii ki, suyun keyfiyyətinə xeyli təsir göstərəcək. Çünki planetin, Azərbaycan da daxil olmaqla, son 25-30 illik dövrü çox quralıq olub. İndi növbəti 30-40 ildə yağıntılı dövr olmalıdır. Ötən il ölkəmizdə yağıntıların miqdarında ən böyük göstərici müşahidə olunub. Apardığım araşdırmalara görə, hazırda Kür və Araz çayları üzərində olan su anbarlarında təxminən 34-35 milyard kubmetr su var. Su anbarları doludur, bu, ən keyfiyyətli sudur. Düşünürəm ki, biz Kiçik Qafqazın sularını Bakıya gətirməliyik”, - deyə Ə.Əliyev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see688

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see489

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see283

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see281

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see267

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see264

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see257

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see252

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see251

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see250

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see249

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see239

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see234

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see230

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see229

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see225

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see225

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see218

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see217

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri