Icma.az
close
up
RU
Ekspert: Azərbaycan etik və insan mərkəzli rəqəmsal transformasiya üçün bütün ilkin şərtlərə malikdir MÜSAHİBƏ

Ekspert: Azərbaycan etik və insan mərkəzli rəqəmsal transformasiya üçün bütün ilkin şərtlərə malikdir MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 23 dekabr, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycanda elektron hökumətin tətbiqindən, “ağıllı şəhər”lərin inkişafından tutmuş təhsil, dövlət idarəçiliyində süni intellektdən istifadəyədək rəqəmsal transformasiyanın fəal şəkildə həyata keçirilməsi fonunda təkcə nəyi tətbiq etməyi deyil, həm də bunun nə üçün və necə həyata keçirilməsinin aktuallığı getdikcə artır. Texnoloji tərəqqi iqtisadiyyat və cəmiyyət üçün yeni imkanlar açsa da, eyni zamanda dövlətlər qarşısında mürəkkəb etik və fəlsəfi çağırışlar qoyur. Bu kontekstdə texnoloji düşüncəni humanitar baxışla birləşdirə bilən ekspertlərin mövqeyi xüsusilə dəyərlidir.

AZƏRTAC-a müsahibəsində innovasiyalar və rəqəmsal transformasiya sahəsində ekspert Alexandro de Leon Moreno fəlsəfi təhsilin, texnologiyaların cəmiyyətə təsirini daha dərindən anlamağa necə kömək etdiyini, Azərbaycanın rəqəmsal siyasətinin hansı prinsiplər üzərində qurulmalı olduğunu və rəqəmsal dövrdə gənc nəslin hansı bacarıqlarının həlledici olacağını şərh edir.

– Fəlsəfi təhsil rəqəmsal transformasiyanın çağırışlarını və imkanlarını anlamağınıza necə kömək edir?

– Fəlsəfi təhsil mənə texnologiyaları təkcə səmərəlilik alətləri kimi deyil, həm də insan münasibətlərini, yaradıcılığı və əməyin özünün necə dərk edildiyini dəyişən amillər kimi görməyə imkan verir. Süni intellektin rolunun artması ilə bağlı narahatlıqlar tam əsaslıdır; maşınlardan həddindən artıq asılı düşüncə səy və yaradıcılıq bacarıqlarını zəiflədə bilər. Eyni zamanda, fəlsəfə tarixi perspektiv təqdim edir. Çap dəzgahından internetə qədər hər bir texnoloji inqilab əvvəlcə qorxu doğurub, sonradan isə yeni inkişaf formalarının mənbəyinə çevrilib. Rəqəmsal transformasiya mütləq təhlükə olmaq məcburiyyətində deyil, belə ki, məsuliyyətlə istifadə olunduqda, o insanlar, bazarlar və ideyalar arasında körpüyə çevrilə bilər. Əsas nəticə sadədir: texnologiya özü-özlüyündə neytraldır. Hər şeyi insanın niyyəti müəyyən edir. Əsl çağırış rəqəmsal dəyişikliklərlə mübarizə aparmaq deyil, onları elə idarə etməkdir ki, insana xidmət etsin, onu əvəz etməsin.

– Azərbaycanın rəqəmsal siyasətinin əsasını hansı fəlsəfi prinsiplər təşkil etməlidir?

– Mən sürətli texnoloji dəyişikliklər dövründə xüsusilə aktual olan stoisizmin praktik prinsiplərinə söykənərdim. Birinci prinsip qaçılmaz olanın üzərində deyil, reaksiyalar üzərində nəzarətdir. Texnoloji tərəqqini dayandırmaq mümkün deyil, lakin onu cəmiyyətin maraqları naminə istiqamətləndirmək olar. Siyasət innovasiyaları ləngitməməli, onlara etik istiqamət verməlidir. İkinci prinsip təmkinlik və balansdır. Məlumatlardan, avtomatlaşdırmadan və süni intellektdən istifadə insan düşüncəsini gücləndirməli, onu sıxışdırmamalıdır. Səmərəlilik məxfilik, etimad və ləyaqət hesabına əldə edilə bilməz. Üçüncü prinsip praktik müdriklikdir. Rəqəmsal həllər şəffaf, inklüziv və dayanıqlı olmalıdır. Texnologiyalar vətəndaşların imkanlarını genişləndirməli, sosial bərabərsizliyi dərinləşdirməməlidir. Etik rəqəmsal siyasət fəlsəfi təməl olmadan mümkün deyil. Bu təməl olmadıqda innovasiyalar mənasını və istiqamətini itirir.

– Rəqəmsal transformasiyanın hansı etik məsələləri Azərbaycan üçün daha aktualdır?

– İnkişaf edən iqtisadiyyatlar üçün əsas etik məsələlər hakimiyyət, hesabatlılıq və faydaların ədalətli bölüşdürülməsi ilə bağlıdır. Rəqəmsal texnologiyalar dövlətin və iri platformaların təsirini artırır, buna görə də şəffaflıq, məlumatların qorunması, rəqəmsal suverenlik və imkanlara bərabər çıxış xüsusi əhəmiyyət kəsb edir. Əgər rəqəmsal transformasiya bu prinsiplər olmadan qurularsa, mövcud sosial və iqtisadi uçurumların daha da dərinləşməsi riski yaranır.

– Azərbaycanın gənc peşəkarları və liderləri üçün hansı bacarıqlar kritik əhəmiyyət daşıyacaq?

– Rəqəmsal dövrdə təkcə texniki deyil, həm də insani bacarıqlar həlledici olur. Mənim təcrübəmə görə, uğuru müəyyən edən amillər dürüstlük və məsuliyyət, təşəbbüskarlıq və ambisiya, davamlı öyrənməyə və uyğunlaşmağa hazırlıqdır. Texnologiyalar istənilən tədris proqramından daha sürətlə dəyişir, buna görə də maraqlı olan və dəyişiklikləri təhlükə deyil, imkan kimi qəbul edən insanlar qalib gəlir. Kommunikasiya və emosional intellekt də az əhəmiyyət daşımır. Belə ki, beynəlxalq mühitdə işləmək, müxtəlif dillərdə danışmaq, ictimai çıxış etmək və etimad qurmaq bacarığı mühümdür. Texnologiyalar insanları qlobal miqyasda birləşdirir, lakin bu birləşməni real əməkdaşlığa çevirən məhz empatiyadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri