Icma.az
close
up
RU
Menu

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

Ekspert: ECO platforması regional əməkdaşlıq üçün böyük potensiala malikdir MÜSAHİBƏ

Ekspert: ECO platforması regional əməkdaşlıq üçün böyük potensiala malikdir MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 16 iyul, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC beynəlxalq münasibətlər üzrə pakistanlı ekspert, “Regional Rapport” adlı analitik platforma və informasiya-tədqiqat mərkəzinin (İslamabad) icraçı direktoru Almas Hayder Nakvi ilə müsahibəni təqdim edir.

- Azərbaycan və Pakistan ənənəvi olaraq sıx siyasi əlaqələrə malikdir. Sizin fikrinizcə, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığa əlavə təkan verə biləcək addımlar hansılardır?

- Pakistan və Azərbaycanı uzun illərdir davam edən siyasi və mədəni əlaqələr birləşdirir. Bu münasibətlər, xüsusən də, iki ölkənin əsas məsələlər üzrə qarşılıqlı dəstəyi ilə özünü göstərir: Pakistan üçün Kəşmir və Azərbaycan üçün Qarabağ məsələsində. Lakin bu cür siyasi yaxınlıq həm ikitərəfli, həm də İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində konkret iqtisadi əməkdaşlıqla dəstəklənməlidir. Siyasi həmrəyliyi davamlı iqtisadi əməkdaşlığa çevirmək çərçivəsində bir sıra - ticarətin asanlaşdırılması, güzəştli ticarət sazişlərinin imzalanması, konkret sahələr üzrə əməkdaşlıq, biznes şuraları və forumlarının təşkili, eləcə də nəqliyyat, logistika və enerji sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi kimi addımlar atılmalıdır. Ticarətin asanlaşdırılması üçün iki və ya çoxtərəfli güzəştli ticarət sazişləri üzrə danışıqlara başlamaq vacibdir. Bu sazişlərin məqsədi əsas ixrac məhsullarına tətbiq edilən tariflərin azaldılması və qeyri-tarif maneələrinin aradan qaldırılması olmalıdır. Eyni zamanda, hər iki ölkənin müqayisəli üstünlüklərə malik olduğu sahələrdə – məsələn, tekstil və farmasevtika sənayesi, enerji və aqrar emal kimi sahələrdə sahəvi əməkdaşlığa xüsusi diqqət yetirilməlidir.

ECO çərçivəsində Pakistan–Azərbaycan Biznes Şurasının yaradılması və ya fəaliyyətinin gücləndirilməsi iki ölkənin işgüzar dairələri arasında (B2B) əməkdaşlığı stimullaşdıra bilər. Nəqliyyat və logistika sahəsində birgə investisiyalar Cənubi Asiya ilə Xəzər regionu arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Xüsusilə enerji sektoru əməkdaşlıq üçün mühüm potensiala malikdir. Bu sahədə mayeləşdirilmiş təbii qaz (LNG) təchizat zəncirlərinin qurulması və neft-qaz hasilatı üzrə birgə layihələr həyata keçirilə bilər. ECO ölkələri geniş iqtisadi inteqrasiyanın hədəflərinə çatmaq və ticarət-investisiya sahəsindəki istifadə olunmamış potensialı reallaşdırmaq üçün bu istiqamətdə səylərini artırmalıdır.

- Son illərdə Azərbaycan dayanıqlı logistika, yaşıl iqtisadiyyat və rəqəmsallaşma ideyalarını fəal şəkildə təşviq edir. Bu istiqamətlər Bakı və İslamabad arasında regional layihələr çərçivəsində necə birgə əməkdaşlıq sahələrinə çevrilə bilər?

- Hər iki ölkə regional əlaqəlilik məsələlərinə oxşar baxışlara malik olduğu üçün dayanıqlı logistika, yaşıl iqtisadiyyat və rəqəmsallaşma sahələri Azərbaycan və Pakistan arasında yaxınlaşma və birgə təşəbbüslər üçün yüksək potensiala malikdir. Dayanıqlı logistika sahəsində Azərbaycan və Pakistanın əməkdaşlıq üçün geniş imkanları mövcuddur — buraya nəqliyyat dəhlizlərinin birgə modernləşdirilməsi, liman infrastrukturunun inkişafı, yükdaşımalar zamanı ekoloji standartların tətbiqi, eləcə də karbon izinin azaldılması məqsədilə multimodal logistika mərkəzlərinə investisiyalar daxildir. Yaşıl iqtisadiyyat sahəsində isə hər iki ölkə bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı oxşar ambisiyalara sahibdir. Bu da regional yaşıl enerji təşəbbüslərinin genişləndirilməsi üçün birgə layihələr, texnologiya mübadiləsi və ekspert biliklərinin paylaşılması baxımından möhkəm əsas yaradır.

Rəqəmsallaşma da perspektivli əməkdaşlıq istiqamətlərindən biridir. Buraya elektron ticarət platformalarının inkişafı, rəqəmsal ticarət prosedurlarının sadələşdirilməsi, ağıllı gömrük sistemlərinin yaradılması və blokçeyn texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq imkanları daxildir.

- ECO ölkələri arasında əməkdaşlıq kontekstində TransXəzər marşrutunun (Orta Dəhliz) rolu nədən ibarətdir və Pakistan ilə Azərbaycan bu marşrutun potensialından birgə necə istifadə edə bilər?

- Orta Dəhliz Cənubi Asiyanı Mərkəzi Asiya, Qafqaz və daha sonra Avropa ilə birləşdirən strateji körpü rolunu oynayır. Pakistan və Azərbaycan üçün bu marşrut birgə logistik investisiyalar, təchizat zəncirlərinin inteqrasiyası və ticarət axınlarının diversifikasiyası baxımından mühüm imkanlar açan vacib əlaqə halqasına çevrilə bilər. Azərbaycan Pakistanın ixrac məhsullarının Avropa və Qara dəniz bazarlarına çıxışı üçün təbii “qapı” funksiyasını yerinə yetirir, Pakistan isə öz növbəsində Azərbaycanın ticarəti üçün Ərəb dənizinə çıxış imkanı təmin edir.

- Sizcə, ECO çərçivəsində Pakistan və Azərbaycanın təşəbbüskar qismində çıxış edə biləcəyi birgə investisiya platformalarının və ya fondlarının yaradılması mümkündürmü?

- Bəli, bu, təkcə mümkün deyil, həm də son dərəcə arzuolunandır. Pakistan və Azərbaycan ECO-nun fəal üzvləri olaraq birgə logistika, enerji və rəqəmsal infrastruktur sahələrinə yönəlmiş ECO İnfrastruktur və Əlaqəlilik Fondunun yaradılması təşəbbüsü ilə çıxış edə bilərlər. Perspektivli istiqamətlərdən biri də beynəlxalq inkişaf banklarının birgə maliyyələşdirə biləcəyi "Yaşıl Enerji Fondu" ola bilər.

Bundan əlavə, startapların, İT layihələrinin və aqrosənaye təşəbbüslərinin dəstəklənməsinə yönəlmiş Kiçik və Orta Sahibkarlıq (KOB) və İnnovasiya Fondunun yaradılması da ECO ölkələrində davamlı iqtisadi inkişafa təkan verə bilər. Bu kimi maliyyə alətləri dövlətlərarası investisiyaları fəallaşdırmağa, texnologiyaların transferi üçün yeni əsas yaratmağa və regional iqtisadi qarşılıqlı asılılığı gücləndirməyə imkan verəcək. Uzunmüddətli perspektivdə isə bu təşəbbüslər ECO-nun regional iqtisadi platforma kimi institusional potensialını daha da möhkəmləndirəcək.

- Sizin fikrinizcə, bu gün İqtisadi Əməkdaşlıq Təşkilatı regional platforma kimi hansı əsas çağırışlarla üzləşir və iştirakçı ölkələr, o cümlədən Azərbaycan və Pakistan, bu maneələri necə aradan qaldıra bilər?

- ECO platforması regional əməkdaşlıq üçün böyük potensiala malikdir, lakin bəzi çağırışlar bu potensialın tam reallaşmasına mane olur. Əsas məsələ ECO ölkələri arasında aşağı səviyyəli daxili ticarət, zəif inkişaf etmiş nəqliyyat infrastrukturu və inkişaf etmiş infrastruktur çatışmazlığının ticarət axınlarına təsiridir. Bunların aradan qaldırılması üçün normativ hüquqi aktların və gömrük prosedurlarının uyğunlaşdırılması ticarət xərclərinin azaldılması məqsədilə mühüm əhəmiyyət daşıyır. Həmçinin sərhədlərarası infrastruktur layihələrinin icrası və özəl sektorun fəallığının artırılması (birgə ticarət-sənaye palatalarının, biznes forumlarının və elektron ticarət üçün rəqəmsal platformaların yaradılması) vacib addımlar sırasındadır.

- Yeni geoiqtisadi reallıqlar fonunda Pakistan və Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrin perspektivlərini necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, hansı sahələr daha perspektivlidir?

- Qlobal tədarük zəncirlərinin yenidən qurulması və Avrasiya məkanının artan strateji əhəmiyyəti kontekstində Pakistan və Azərbaycan arasında ikitərəfli iqtisadi əməkdaşlığın perspektivləri olduqca ümidverici görünür. Hər iki ölkə bir-birini tamamlayan iqtisadiyyatlara malikdir və bu, energetika, kənd təsərrüfatı və aqrar emal, tekstil və dəri sənayesi, turizm, mədəniyyət, informasiya-kommunikasiya texnologiyaları (İKT) və maliyyə texnologiyaları (fintex) kimi sahələrdə dayanıqlı tərəfdaşlıq üçün möhkəm zəmin yaradır. Bu sahələrdə birgə layihələrin həyata keçirilməsi yalnız ikitərəfli əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı, həm də regional sabitliyə və iqtisadi inteqrasiyaya töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see295

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see285

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see212

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see204

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see202

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see190

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see180

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see151

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see150

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see148

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see147

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see141

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see140

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see138

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see131

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see131

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see131

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see129

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see127

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri