Icma.az
close
up
RU
Ekspert: COP29 da qəbul olunan qərarlar dürüst şəkildə həyata keçirilsə, iqlim fəaliyyəti sürətlənəcək

Ekspert: COP29 da qəbul olunan qərarlar dürüst şəkildə həyata keçirilsə, iqlim fəaliyyəti sürətlənəcək

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 noyabr, Günel Türksoy, AZƏRTAC

Leeds Universitetinin doktorant tədqiqatçısı, iqlim hüququ üzrə ekspert Susan Ann Samuel AZƏRTAC-a müsahibə verib. O, müsahibəsində Azərbaycanda keçirilən COP29 konfransının iqlim dəyişikliyi ilə qlobal mübarizəyə töhfələrini dəyərləndirib. Susan Ann, həmçinin Azərbaycanın bu istiqamətdəki səyləri və COP30-dan gözləntilərlə bağlı sualları cavablandırıb.

- COP29-da qəbul edilən qərarların iqlim dəyişikliyi ilə mübarizədə faydalılığını necə qiymətləndirirsiniz?

- COP29-da Azərbaycanın həmrəyliyə çağırışı, doğrudan da, xüsusi əhəmiyyətə malik idi. Mənim üçün Bakıda keçirilən COP29 konfransında iştirak etmək, danışıqlara şahid olmaq və oradakı nümayəndələrlə birbaşa təmas yaratmaq böyük şərəf idi. Konfransdan sonra mənim üçün üç əsas nəticə ortaya çıxdı.

Birinci mühüm nəticə, iqlim maliyyəsi ilə bağlıdır. Uzun müddətdir müzakirə olunan Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) dövlətlər arasında ən həssas məsələlərdən biri idi və bu istiqamətdə razılaşmanın əldə olunması istiqamətində mühüm addım atıldı. Tərəflər 2035-ci ilədək inkişaf etməkdə olan ölkələr üçün ildə ən azı 300 milyard ABŞ dolları və daha geniş mənada ildə 1,3 trilyon ABŞ dolları məbləğində vəsaitin müxtəlif - dövlət və özəl, ikitərəfli və çoxtərəfli, o cümlədən alternativ mənbələrdən səfərbər edilməsi üçün razılıq əldə etdilər. Bu mexanizm hələ mübahisəli olsa da, daha çox şəffaflıq və planlaşdırma üçün yeni imkanlar açır. Azərbaycanın iqlim diplomatiyasında göstərdiyi liderliyi və qlobal səviyyədə birliyi qoruyaraq prosesi davam etdirmək səylərini yüksək qiymətləndirirəm. Bugünkü mürəkkəb beynəlxalq şəraitdə belə bir çoxtərəfli yanaşma iqlim fəaliyyətini irəliyə aparmaq üçün ən vacib vasitədir.

İkinci mühüm nəticə, Paris Sazişinin 6-cı maddəsi (karbon bazarları haqqında) ilə bağlıdır. COP29 bu maddənin 6.2 və 6.4 bəndlərinin tətbiqinə dair qaydaları daha da aydınlaşdırdı. Bu, dövlətlər və investorlar üçün qarşılıqlı əməkdaşlıq və karbon ticarətində daha güclü qaydalar çərçivəsində hərəkət etməyə imkan verir. Qeyri-hökumət təşkilatlarının müəyyən boşluqlar və tələsik kompromislər barədə narahatlığı əsaslıdır, lakin bu sahədə irəliləyiş danılmazdır. Burada ən vacib olan məsələ tətbiqin dürüstlüyüdür.

Üçüncü mühüm nailiyyət isə, “Bakı Adaptasiya Yol Xəritəsi”nin qəbul edilməsi idi. Tabe orqanlara onun həyata keçirilməsi mexanizmlərinin hazırlanması tapşırıldı. Bu istiqamətdə irəliləyiş hələ ki mərhələlidir, lakin bu qərar gələcəkdə daha məqsədyönlü və ölçüləbilən fəaliyyətlər üçün zəmin yaradır.

Ümumilikdə COP29 iqlim maliyyəsinin və bazar mexanizmlərinin formalaşdırılmasında mühüm rol oynayıb. Əgər qəbul olunan qərarlar dürüst şəkildə həyata keçirilərsə, bu, kapitalın səfərbər edilməsinə və iqlim fəaliyyətinin sürətlənməsinə təkan verəcək. Əsl sınaq isə indi başlayır. Bu vəsaitin real axını, keyfiyyətli karbon kreditlərinin tətbiqi və uyğun daxili siyasət islahatlarıdır.

- Hazırda iqlim dəyişiklikləri ayrı-ayrı sahələrə necə təsir göstərir?

- 2024-cü il rəsmi olaraq iqlim müşahidə tarixində ən isti il kimi təsdiqlənib. Sənayeöncəsi dövrlə (1850–1900) müqayisədə orta temperatur təxminən 1,55°C yüksək olub. 2023–2025 illər tarixdəki ən isti dövr kimi qeydə alınıb. Okean istiliyi, buzlaqların əriməsi və dəniz səviyyəsinin qalxması rekord həddə çatıb. Bunlar həyat, rifah və biomüxtəliflik üçün real təhdidlər yaradır. İstixana qazlarının konsentrasiyası rekord səviyyələrə çatıb və bu da istiləşmə təzyiqini artırır. Qlobal iqlim idarəçiliyi isə, müəyyən irəliləyişlərə baxmayaraq, hələ də zəifdir, xüsusilə, ABŞ-ın Paris Sazişindən çıxması bu prosesdə ciddi boşluq yaradıb. Dünya istiləşməsini 1,5°C həddində saxlamaq üçün imkan pəncərəsi sürətlə daralır. Fosil yanacaqların daha sürətli azaldılması və iqlim maliyyəsinin genişləndirilməsi olmadan həddən artıq istiləşmə riski çox realdır. Bu proses artıq əsas insan hüquqlarının həyata keçirilməsinə mənfi təsir göstərir. Belə ki, iqlim səbəbindən miqrasiyalar, təbii fəlakətlər və sosial-iqtisadi bərabərsizliklər artır.

- Bəs, bu istiqamətdə COP30-dan gözləntiləriniz nələrdir?

- COP30-dan altı əsas gözləntim var. Bunlar aşağıdakılardır:

- Yeni Milli Töhfələr (“NDC 3.0”) – 2025-ci ildə ölkələrdən 1,5°C hədəfinə uyğunlaşdırılmış, bütün sektor və qazları əhatə edən daha iddialı milli planlar təqdim etmələri gözlənilir.

- Adaptasiyada irəliləyişin ölçülməsi – Qlobal Adaptasiya Məqsədi üzrə göstəricilər çərçivəsinin hazırlanması və prosessual yanaşmadan nəticəyönümlü mexanizmə keçid vacibdir.

- İqlim maliyyəsinin tətbiqi – Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) konkret mexanizmlərə çevrilməsi, borc yüngülləşdirmə alətləri və maliyyə mənbələri Belemdə əsas müzakirə mövzularındandır.

- Karbon bazarlarının şəffaflığı və dürüstlüyü – Paris Sazişinin 6-cı maddəsi üzrə qeydiyyat, icazələr və “müvafiq düzəlişlər” kimi mexanizmlərin tətbiqi zamanı dürüstlük təmin edilməlidir.

- Meşələrin qorunması və yerli xalqların hüquqları – COP30-un ev sahibi kimi Braziliya bu məsələləri ön plana çıxaracaq. Bunun konkret tədbirlərə çevrilməsi əsas sualdır.

- İqlim ədaləti və beynəlxalq hüquq – Hüquqşünas kimi, mən xüsusilə, Beynəlxalq Ədalət Məhkəməsi, Dəniz Hüququ Tribunalı və Amerika İnsan Hüquqları Məhkəməsinin son məsləhət rəyinin COP-30 qərarlarına necə təsir göstərəcəyini maraqla izləyirəm. Bu rəy və qərarlar dövlətlərin iqlim ədaləti sahəsində məsuliyyətini gücləndirir.

- Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə verə biləcəyi töhfələr barədə nə deyə bilərsiniz...

- COP29-da Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə həmrəyliyə çağırışı onun ən mühüm töhfələrindən biri oldu. Mən Azərbaycanın iqlim diplomatiyasının gələcəkdə bu həmrəyliyi daha yüksək səviyyəyə qaldıracağına inanıram. Rəsmi Bakı göstərdi ki, fikir ayrılıqları olsa belə, dövlətlər ortaq məxrəcə gələ və prosesi irəli apara bilərlər. Neft-qaz ölkəsi kimi Azərbaycanın milli maraqları ilə qlobal öhdəlikləri tarazlaşdırmaq səyləri xüsusilə diqqətəlayiqdir. Bu, həm məsuliyyətli enerji siyasətinin, həm də iqlim liderliyinin mümkünlüyünü nümayiş etdirir. Bir gənc hüquqşünas və tədqiqatçı kimi mən bu gün Belemdə, Cənub Qlobalının bir nümayəndəsi olaraq, dövlətlərdən şəffaf, empatik və gənclərin səsini eşidən bir liderlik gözləyirəm. Biz həmişə həmrəyliyə inanmışıq və bu gün hər zamankından daha çox birliyə ehtiyacımız var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri