Icma.az
close
up
RU
Laçında nadir quş göründü FOTOLAR

Laçında nadir quş göründü FOTOLAR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zəngin flora və faunası ilə diqqət çəkən Laçın dağlarında nadir hallarda rast gəlinən Saqqallı kərkəs görünüb.

Modern.az xəbər verir ki, bu yırtıcı quş Azərbaycanda əsasən dağlıq ərazilərdə yaşayır.

Zoologiya İnstitutunun Quru Onurğalıları laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Tahir Kərimov AZƏRTAC-a deyib ki, Saqqallı kərkəs Azərbaycan ərazisində Böyük Qafqazda və Kiçik Qafqazda yayılıb və yuvalayır: “Bu quşu 500 metrdən aşağıda nadir hallarda görmək olur. Saqqallı kərkəs heyvan leşi ilə yemlənir. Həmin ərazilərdə soyuq iqlimdə ölmüş heyvan leşləri uzun müddət qalır. Əsasən sümüyün ilik hissəsini yeyir. Buna görə də ölmüş heyvanların sümüyünü qaldıraraq yüksəklikdən atır yerə. Sümük parçalandıqdan sonra onun ilik hissəsini yeyir və sümüklərini udur. Bu quşların mədəsi sümüyü həzm etmək, ölmüş heyvanın leşini həzm etmək qabiliyyətinə malikdir”.

Qeyd edək ki, uzunluğu 95-125 santimetr arasında dəyişən quşun qanadları açılan zaman 3 metrə qədər çata bilir. Çəkisi isə 4,5-7,5 kiloqram arasında dəyişir. Sıldırım qayalarda yuva qurur, yumurtlama dövrü qışın əvvəlində olur. Özünəməxsusluğuna görə Azərbaycanın ən qiymətli yırtıcı quşlarından biri sayılır, ovlanması qadağandır. Zaqatala və İlisu Dövlət Təbiət Qoruqlarında, Şahdağ, Zəngəzur və Göygöl Milli parklarında nəzarət altında saxlanılır. Azərbaycan Respublikasının və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib.

Toğlugötürən adı ilə də tanınan Saqqallı kərkəsin şəkli 1994-cü ildə Azərbaycanda buraxılan poçt markasının üzərində yer alıb.(Mənbə AzərTac)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Dekabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see471

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see457

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see382

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see228

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see224

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see215

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see208

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see207

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see190

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see188

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see182

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see182

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see181

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see179

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see174

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see173

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see172

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see168

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri