Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ekspert: Ermənistanın 20 minlik ehtiyat ordusu müharibə üçün yetərsizdir

Ekspert: Ermənistanın 20 minlik ehtiyat ordusu müharibə üçün yetərsizdir

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Papikyanın təlimləri siyasət üçündür, hərb üçün yox

“Paşinyan hakimiyyəti qarşıdan gələn seçkilərlə əlaqədar olaraq hərbi sahədə aktivlik görüntüsü yaratmağa çalışır”

Ermənistan Müdafiə Nazirliyi son aylarda orduda islahatların dərinləşdirilməsi və yeni hərbi konsepsiyanın formalaşdırılması istiqamətində ardıcıl addımlar atır. Bu çərçivədə müdafiə naziri Suren Papikyanın son açıqlaması Ermənistan Silahlı Qüvvələrinin fəaliyyət fəlsəfəsində prioritetlərin dəyişdiyini göstərir. Onun sözlərinə görə, ölkənin hərbi strategiyası artıq təkcə sərhəd xəttində növbətçiliklə deyil, ordunun ümumi müdafiə potensialının yüksəldilməsi və ehtiyat qüvvələrin döyüşə hazır vəziyyətə gətirilməsi ilə müəyyən edilməlidir: “Ermənistan Silahlı Qüvvələrinin əsas missiyası döyüş deyil, müdafiədir. Silahlı Qüvvələrin əsas missiyası müdafiə qabiliyyətini artırmaqdır, döyüş növbətçiliyi deyil. İllər ərzində döyüş növbətçiliyinə fokuslanmışdıq, bu da vacibdir, amma əsas hissənin növbətçiliklə məşğul olmaq əvəzinə döyüş hazırlığı ilə məşğul olması və öz bacarıqlarını artırması da önəmlidir”.

Nazirin sözlərinə görə, təlim toplanışlarının məqsədi budur ki, ehtiyat qüvvə lazım olduqda toplansın, problemi qiymətləndirə bilsin və ordunun vacib bir hissəsinə çevrilsin: “Reallıqdan qaçmamalıyıq və xatırlamalıyıq ki, 44 günlük müharibə zamanı əsas problemlərdən biri ehtiyat qüvvəsinin düzgün toplanmaması, döyüş qabiliyyətinin yetərli olmaması və digər məsələlər idi”.

Papikyan qeyd edib ki, bir ölkə üçün müharibə zamanı əsas dayağı əsgərlər deyil, ehtiyat qüvvəsidir. Müdafiə naziri əlavə edib ki, 2025-ci il üçün 16 min ehtiyat qüvvə olub, 2026-cı il üçün isə bu rəqəm 20 mindir: “Yəni təlimlərə 20 min ehtiyatda olan hərbçi cəlb edilməlidir”.

Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a açıqlamasında bildirib ki, ehtiyat qüvvələrin strukturu hər bir ölkənin müdafiə sistemində mühüm yer tutur və əsasən ordudan təxris olunan şəxslərdən formalaşır:

“Bu, dünyanın bütün müasir ordularında tətbiq olunan standart bir praktikadır. Lakin Ermənistan nümunəsində problem ondadır ki, ehtiyat qüvvənin ümumi sayı ölkənin təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün kifayət deyil. 2026-cı ilə qədər ehtiyatda olan hərbçilərin sayının 20 minə çatdırılması belə, Ermənistan ordusunun potensial döyüş tələbatına adekvat deyil və regiondakı hərbi balans fonunda zəif göstərici olaraq qalır”.

Ekspertin sözlərinə görə, Suren Papikyanın ehtiyat qüvvələrin təlimlərə cəlb edilməsi barədə deklarativ açıqlamaları praktik baxımdan hərbi hazırlıqdan çox, siyasi məqsədlərə xidmət edir:

“Paşinyan hakimiyyəti qarşıdan gələn seçkilərlə əlaqədar olaraq hərbi sahədə aktivlik görüntüsü yaratmağa çalışır. Mövcud resurs çatışmazlığı, Ermənistan ordusunun texniki imkanlarının məhdudluğu və geosiyasi təzyiqlər fonunda bu təlimlərin real müharibə hazırlığı kimi təqdim olunması həm strateji, həm də məntiqi baxımdan inandırıcı görünmür. Ordunu müharibəyə hazırlamaq təkcə şəxsi heyəti toplanışlara çağırmaqla mümkün deyil. Bunun üçün genişmiqyaslı və koordinasiyalı tədbirlər lazımdır: müasir silah sistemlərinin alınması, hərbi texnikanın yenilənməsi, logistika infrastrukturunun gücləndirilməsi, dövlət idarəetmə orqanlarının vahid komanda-idarəetmə mərkəzi altında birləşdirilməsi və cəmiyyətin səfərbərlik potensialının artırılması əsas şərtlərdir. Bu komponentlər olmadan keçirilən təlimlər yalnız formal xarakter daşıyır və real hərbi hazırlığı təmin etmir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Noyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see882

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see493

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see348

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see313

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see292

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see287

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see274

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see262

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see262

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see254

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see249

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see246

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see244

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see233

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see227

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see226

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see226

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see201

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see191

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri