Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Həmin qadağanı bir il daha uzatdılar

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Ermənistanın yekun sülh sazişindən yayınmaq üçün heç bir şansı qalmayıb Ekspert rəyi

Ermənistanın yekun sülh sazişindən yayınmaq üçün heç bir şansı qalmayıb Ekspert rəyi

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtonda keçirilən görüşləri zamanı əldə edilən nəticələrə, o cümlədən sülh sazişinin paraflamasına, Prezident Donald Trampın iştirakı ilə Birgə Bəyannamənin imzalanmasına verilən reaksiyalar onu göstərir ki, “ABŞ platforması”nı həzm edə bilməyən güc mərkəzləri mövcuddur. Bu mərkəzlər xüsusi olaraq “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” adı altında “Zəngəzur dəhlizi” nin açılmasına qərşıdırlar.

Onlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsini, kommunikasiyaların bərpasını, nəqliyyat dəhlizlərinin açılmasını özlərinin Cənubi Qafqazda təsir rıçaqlarının itirilməsi kimi dəyərləndirirlər.

Həm dolayısı ilə, həm də birbaşa mesajlar verərək təhdid edirlər, kommunikasiya xətləri üzrə razılaşmanın əleyhinə çıxırlar. Bu cür açıqlamalar məxsusi olaraq İranın və Rusiyanın fərqli strukturları tərəfindən son iki gün ərzində daha intensiv şəkildə verilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O deyib: “2020-ci ildə və ondan sonra baş verən hadisələr sübut etdi ki, Azərbaycanı heç bir təhdidlə yolundan döndərmək, geri çəkilməyə məcbur etmək mümkün deyil. Azərbaycan özünün bacarıqlı diplomatiyası, praqmatik xarici siyasət kursu və güclü ordusu ilə istənilən təhdidləri dəf etmək iqtidarındadır. Milli maraqlarını qorumaq üçün yetərli potensiala malikdir. Amma biz eyni ifadələri Ermənistan barədə işlədə bilmirik. Müşahidə olunan hal budur ki, Ermənistanın hər hansı bir təhdiddən qorunmaq taktikası “bir güc mərkəzindən ayrılıb digər güc mərkəzinə sığınmaq” metoduna əsaslanır. Ölkənin xarici siyasət kursu “himayəçi dövlətin” siyasi konyukturasına görə dəyişir. Bu baxımdan Ermənistanın indiki təhdidlər qarşısında nə qədər dözə biləcəyi, razılaşmalara nə dərəcədə sadiq qalacağı həssaslıqla izlənilir.

“Ermənistanın mövcud hakimiyyəti üçün digər bir təhdid diaspor qurumlarından və daxili müxalifətdən qaynaqlanır. Onlar Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbinin sülh sazişinin şərti kimi gündəmə gətirilməsindən narazıdırlar. Vaşinqton Bəyannaməsi yekun sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb etməyə zəmin yaradır. Bəyannamədə qeyd edilir ki, “biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğunu qəbul edirik”. Bu bənd Konstitusiyanı dəyişmək üçün Ermənistanın üzərinə öhdəliklər qoyur. Daxili müxalifət və diaspor qurumları isə bu fakta istinad edərək hərəkətlənirlər, Nikol Paşinyan hakimiyyətini təhdid edirlər.

Ermənistan hakimiyyəti mövcud təhdidlər qarşısında boyun əyib yekun sülh sazişini imzalamaqdan yayınacaqmı? Yoxsa, özündə güc tapıb prosesi davam etdirəcəkmi? Təhlillər göstərir ki, prosesi yubatmaq, yekun sülh sazişinin imzalanmasını gecikdirmək, yaxud Vaşinqtonda üzərinə götürdüyü öhdəliklərdən yayınmaq Ermənistan hakimiyyəti üçün daha ağır perspektivlər vəd edir. Azərbaycanla uzunmüddətli münaqişə vəziyyətində olması Ermənistanı bütün beynəlxalq layihələrdən təcrid edib, iqtisadiyyatını tükəndirib, hərbi potensialını məhv edib. Əhali sayı son 30 il müddətində 20 faizə qədər azalmış Ermənistanın indən sonra da münaqişə vəziyyətində qalması onun insan resurslarının tamamilə tükənməsinə yol aça bilər. Əlavə olaraq, bu ölkənin sülh sazişindən yayınması ABŞ-a və şəxsən Prezident Trampa qarşı hörmətsizlik olar ki, bu da ağır nəticələr doğura bilər. Bütün bunlar deməyə əsas yaradır ki, Ermənistan yekun sülh sazişini imzalamaq üçün nə qədər tez addımlar atsa, bir o qədər xeyrinə olacaq”, - deyə M.Ələsgərli əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Avqust 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see273

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see264

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see245

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see233

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see212

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see200

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see177

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see174

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see158

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see154

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see149

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see137

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see136

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see136

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see134

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see133

Həmin qadağanı bir il daha uzatdılar

26 Dekabr 2025 02:14see129

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri