Icma.az
close
up
RU
Ekspert: Macarıstan getdikcə Türk dünyası ilə Qərb bazarları arasında strateji körpüyə çevrilir

Ekspert: Macarıstan getdikcə Türk dünyası ilə Qərb bazarları arasında strateji körpüyə çevrilir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Budapeşt, 25 may, AZƏRTAC

Xəbər verdiyimiz kimi, mayın 21-də Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Avropada ilk dəfə keçirilən qeyri-rəsmi Zirvə görüşü baş tutub. Bununla bağlı AZƏRTAC-a müsahibəsində Macarıstandakı Dunay İnstitutunun tədqiqatçısı İbrahim Məmmədov qeyd edib ki, bu Zirvə görüşü Türk dünyası bazarının formalaşdığını və onun Avropa İttifaqı (Aİ) ilə daha dərin əməkdaşlığa hazır olduğunu açıq şəkildə nümayiş etdirir. Hazırda yeni bazarlar axtarışında olan Aİ üçün bu çox önəmlidir. Sammitin Budapeştdə keçirilməsi xüsusilə əhəmiyyətlidir, çünki Macarıstan getdikcə Türk dünyası ilə Qərb bazarları arasında strateji körpüyə çevrilir.

TDT-nin artan əhəmiyyətinə toxunan İbrahim Məmmədov əlavə edib: “Getdikcə çoxqütblü və bölünmüş hala gələn beynəlxalq nizamda TDT artan geosiyasi əhəmiyyətə malik əsas regional blok kimi ortaya çıxır. Rusiya, Çin və Avropa İttifaqı kimi əsas qlobal aktorlar arasında yerləşməsi bu təşkilatın regional sabitliyin qorunması, iqtisadi əməkdaşlığın təşviqi və türk dövlətlərinin beynəlxalq arenada kollektiv səsinin gücləndirilməsi baxımından rolunu daha da artırır. Budapeşt Bəyannaməsi və TDT-nin Əfqanıstana dair Birgə Bəyanatının qəbul edilməsi bu blokun artan əhəmiyyətini bir daha sübut edir. Azərbaycan, Qazaxıstan və Özbəkistan coğrafi mövqeləri və İpək Yolu regionu boyunca malik olduqları iqtisadi və siyasi potensialları baxımından “açar dövlətlər” kimi dəyərləndirilirlər. Türkiyə – tanınmış orta güc kimi, Qırğızıstan – regional nəqli əlaqələrin möhkəmləndirilməsindəki rolu ilə və Macarıstan – Dunay hövzəsi regionunun açar dövləti olaraq müşahidəçi statusunda bu birliyin dayaq sütunlarını təşkil edirlər və təşkilatın kollektiv gündəmini formalaşdıran başlıca aktorlardır. Bu dövlətlərin qəbul etdiyi strateji qərarlar İpək Yolu regionunun sabitliyi və inkişafı baxımından getdikcə daha mühüm əhəmiyyət kəsb edir”.

Budapeştdəki qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətini vurğulayan İbrahim Məmmədov qeyd edib: “Budapeşt Bəyannaməsi TDT-yə üzv və müşahidəçi dövlətləri arasında əməkdaşlığın daha da institusional şəkildə dərinləşməsi üçün zəmin yaratdı. Bu, payızda Azərbaycanda keçiriləcək rəsmi Zirvə görüşü ərəfəsində mühüm addımdır. Həmin zirvə zamanı “Türk dövlətlərinin strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıq müqaviləsi”nin imzalanması gözlənilir. TDT-nin Budapeşt görüşündə üzv dövlətlər beynəlxalq platformalarda bir-birini dəstəkləmək öhdəliklərini bir daha təsdiqləyiblər və institusional əməkdaşlığı genişləndirərək, bu il Daşkənddə keçirilməsi planlaşdırılan TDT ölkələrinin İnvestisiya Təşviqi Agentliklərinin görüşünün təşkili üçün addımlar atıblar. Türk İnvestisiya Fondunun yaradılması və TDT Katibliyinin büdcəsinin artırılması isə birgə layihələr üçün maliyyə əməkdaşlığının möhkəmləndirilməsi baxımından ciddi irəliləyişdir. Bu hadisələr birlikdə Türk Dövlətləri Təşkilatının İpək Yolu regionu üzrə əsas əməkdaşlıq platformasına çevrilməsində mühüm təməl yaradır”.

Fikrini yekunlaşdıran İbrahim Məmmədov deyib: “Qeyd edilməlidir ki, TDT çərçivəsində qeyri-rəsmi sammit formatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Bu sammitlər İpək Yolu regionunda dəyişən geosiyasi dinamikanı əks etdirmək baxımından böyük əhəmiyyətə malikdir. Qeyri-rəsmi sammitlərin birincisi Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, şəhərin işğaldan azad edilməsindən qısa müddət sonra keçirilib. Həmin Zirvə görüşündə türk dövlətləri Azərbaycanın ərazi bütövlüyünün bərpasına birgə dəstəyini bir daha nümayiş etdiriblər. Qarabağın azad olunması regionda sabitliyin möhkəmlənməsi və davamlı sülhün və inkişafın təmin olunması baxımından dönüş nöqtəsi olub. Bu baxımdan, Macarıstanın Azərbaycana verdiyi dəstək xüsusilə diqqətəlayiqdir. Macarıstan Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləməklə yanaşı, həm də azad edilmiş ərazilərdə mina təmizlənməsi üçün 10.000 avro məbləğində maliyyə yardımı ayırıb və Qarabağda yerləşən Soltanlı kəndinin yenidən qurulmasında fəal şəkildə iştirak edir”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri