Icma.az
close
up
RU
Ekspert: Məktəb qarşılarında təkcə sürət nişanları kifayət deyil

Ekspert: Məktəb qarşılarında təkcə sürət nişanları kifayət deyil

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məktəb yollarında qəza riskini azaltmaq üçün “Berlin yastıqları” tətbiq oluna bilər

Yeni tədris ilinin başlanmasına cəmi 3 gün qalıb. Məktəblərin açılması ilə paytaxt küçələrində nəqliyyat və piyada sıxlığının artacağı gözlənilir. Xüsusilə səhər və günorta saatlarında təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə hərəkətin intensivləşməsi yol-nəqliyyat hadisələri riskini də artırır. Bu səbəbdən yeni dərs ilinin başlanmasına hazırlıq çərçivəsində Bakının küçə və prospektlərində, eləcə də məktəb və digər təhsil müəssisələrinin ətrafında yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, tədris ilinin başlaması ilə məktəblərin ətrafında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağı nəzərə alınaraq, Dövlət Yol Polisi (DYP) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları təhsil müəssisələrinin ətrafındakı yol şəraitinə nəzarəti gücləndirir.

Məktəblərin yerləşdiyi ərazilərdə yol hərəkətinin təşkili vəziyyəti diqqətlə araşdırılır, mövcud yol nişanları və nişanlanma xətləri nəzərdən keçirilir, aşkarlanan çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq addımlar atılır.

Eyni zamanda, məktəblərin qarşısında piyada keçidlərinin, yol nişanlarının və digər texniki vasitələrin vəziyyətinə xüsusi diqqət yetirilir. Məqsəd şagirdlərin məktəbə gediş-gəlişi zamanı onların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsidir.

Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Sherg.az-a bildirib ki, məktəb, bağça, poliklinika və xəstəxanaların qarşısında yalnız sürət məhdudiyyəti nişanlarının qoyulması kifayət deyil. Mütəxəssis hesab edir ki, bu ərazilərdə sürətin real olaraq azaldılması üçün fiziki trafik sakitləşdirici həllərdən – Berlin yastıqlarından (Berlin cushions) istifadə edilməsinə ehtiyac var:

"Sürət həddinin nişanla bildirilməsi ilə avtomobili fiziki olaraq yavaşlamağa məcbur edən infrastruktur eyni nəticəni vermir. Sürətin azaldılması mümkün qəzanın baş vermə ehtimalına və baş verdiyi halda nəticələrinin ağırlığına birbaşa təsir edir. Yeni tədris ilinin başlamasına bir neçə gün qalıb. Məktəblərin qarşısında təhlükəsizliyi təmin edən fiziki infrastrukturun təkmilləşdirilməsi artıq prioritet olmalıdır. Məqsəd sadəcə sürət həddini göstərmək deyil, sürücünün həmin sürətə əməl etməsini yol infrastrukturu ilə təmin etməkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Sentyabr 2026 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri