Icma.az
close
up
RU
Ekspert: Odla zarafat edilməməlidir ki, bayramlar bədbəxt hadisələrlə nəticələnməsin

Ekspert: Odla zarafat edilməməlidir ki, bayramlar bədbəxt hadisələrlə nəticələnməsin

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fövqəladə Hallar Nazirliyi Od çərşənbəsi ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

Nazirlik əhalini Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

Belə ki:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!


Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, Novruz bayramı və çərşənbələr zamanı tonqalın yandırılmasında təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməlidir: 


“Tonqalın yandırılma yerinin təyin olunması zamanı elə təyin olunmalıdır ki, ətrafa, insanlara, əmlaka, mülkə zərər dəyməsin. Yəni yanğının ətraf mühitə zərəri olmasın. Bu yer əsasən ağaclardan, binalardan və nəqliyyat vasitələrindən uzaq olmalıdır. Tonqal təşkil olunarkən hündürlüyünün çox olmamasına diqqət yetirilməlidir. Maksimum bir metr, bir metr yarım hündürlükdə tonqalların yandırılması yol veriləndir. Tonqallar təşkil olunarkən yaxınlığında hər hansısa bir hadisələrin baş verməsinin qarşısının alınması üçün hazır su saxlanılmalıdır. Azyaşlılar hündür vəziyyətdəki tonqaldan tullanmamalıdırlar.  Onların yalnız söndükdən sonra və yaxud tam yanğın aşağı düşdükdən sonra tonqalın üzərindən tullanması məqsədəuyğun hesab edilir. Çünki bəzi hallarda Novruz bayramı və çərşənbələr ərəfəsində yanıq travmaları ilə xəstəxanalara müraciətlərin sayı çox olur. Bu da birmənalı olaraq tonqalın üzərindən tullama nəticəsində qeydə alınır. Tonqalın ətrafında uşaqların, azyaşlıların və insanların  bir-biri ilə zarafat etməsi də bəzən bədbəxt hadisələrə gətirib çıxara bilir. Ona görə də bu məsələlərə xüsusi diqqət yetirilməli, odla zarafat edilməməlidir ki, bayramlar bədbəxt hadisələrlə nəticələnməsin”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Mart 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri