Icma.az
close
up
RU
İlham Əliyev və Canni İnfantino Bakıda dünya futbolu tarixində ilkə start verdilər!

İlham Əliyev və Canni İnfantino Bakıda dünya futbolu tarixində ilkə start verdilər!

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyiblər.

Əvvəlcə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri FIFA prezidenti Canni İnfantino və digər qonaqlar ilə görüşdülər.

Canni İnfantino dövlətimizin başçısına xatirə hədiyyələri təqdim etdi.

Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Sonra FIFA U-15 dünya çempionatına və festivalına həsr edilən videoçarx nümayiş etdirildi.

Tədbirdə çıxış edən Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının açılış mərasiminə qatılan qonaqları salamladı və Azərbaycanın 189 ölkənin milli komandasını bir araya gətirən bu böyük turnirə ev sahibliyi etdiyini bildirdi. Azərbaycanın bu turnirin təşkilində FIFA ilə tərəfdaşlıq etdiyini vurğulayan Samir Şərifov ölkəmizə etimad göstərdiyi üçün ali futbol qurumuna təşəkkürünü bildirdi. O, tarixdə ilk dəfə təşkil olunan 15 yaşadək oğlanlar arasında futbol üzrə dünya çempionatının ən qısa müddətdə və yüksək standartlar əsasında keçirilməsini təmin etdiyinə, bu konsepsiyanın reallığa çevrilməsi üçün göstərdiyi liderliyə və qətiyyətli dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

FIFA prezidenti Canni İnfantino çıxışında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatının və festivalının dünyanı birləşdirdiyini vurğuladı, Bakıda üç mindən çox futbolçunun və rəsmi nümayəndənin turnirdə iştirak etdiyini diqqətə çatdırdı. O, turnirdə iştirak edən 189 komanda ilə yanaşı, könüllülərin və işçilərin yarışın işinə töhfə verəcəklərini dedi. Futbolçulara səslənən FIFA prezidenti onları turnirdən zövq almağa, ədalətli mübarizə aparmağa, rəqiblərinə hörmət göstərməyə və oyun qaydalarına əməl etməyə çağırdı. Canni İnfantino növbəti yeddi gün ərzində dünyanı bir araya gətirdiklərinə görə Prezident İlham Əliyevə və təşkilat komitəsinə təşəkkürünü bildirdi, Azərbaycanla bir yerdə möhtəşəm tarix yazacaqlarını qeyd etdi.

Sonra FIFA U-15 dünya çempionatı və festivalı açıq elan edildi.

Daha sonra müxtəlif ölkələri təmsil edən komandaların üzvlərinin təəssüratlarının da yer aldığı videoçarx nümayiş olundu.

Tədbir bədii proqramla davam etdirildi.

X X X

Dövlətimizin başçısı, birinci xanım, ailə üzvləri və FIFA prezidenti, həmçinin Azərbaycan-Timor-Leste yığmalarının oyununu izlədilər.

Matç Azərbaycan milli komandasının 6:0 hesablı qələbəsi ilə başa çatdı.

X X X

Oyundan sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Azərbaycan komandasının futbolçuları ilə görüşdülər.

Prezident İlham Əliyev dedi: Bir daha təbrik edirəm. Gözəl oyun nümayiş etdirdiniz. Bütün qollar da çox gözəl, hamısı bir-birindən gözəl idi. Görünür ki, böyük məharət və peşəkarlıq tələb edən kombinasiyalar qurulmuşdu. Ona görə hamını sevindirmisiniz.

Əlbəttə ki, ölkəmizdə belə mötəbər yarışın keçirilməsi də böyük hadisədir. Bu, tarixdə qalacaq, çünki ilk çempionatdır. Bu günə qədər futbol üzrə bu miqyasda çempionatlar keçirilməmişdir. Bu açılış oyununda Azərbaycan komandasının inamlı qələbəsi – bu, artıq tarixdə əbədi qalacaq. Ona görə sizi bir daha təbrik edirəm. Bütün xalqımızı sevindirmisiniz. Sizə yeni uğurlar arzulayıram. Sağ olun.

Futbolçular: Sağ olun.

***

19:34

Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino tədbirdə iştirak ediblər.

Hazırda isə dövlətimizin başçısı, birinci xanım, ailə üzvləri və FIFA prezidenti Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyirlər.

***

19:17

Oktyabr 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Oktyabr 2026 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see363

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see335

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see311

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see306

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see304

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see292

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see286

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see281

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see279

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see257

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see235

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see226

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see225

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see225

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see208

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see207

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see205

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

22 Noyabr 2026 00:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri