Icma.az
close
up
RU
Ekspert: Qızılın dünya bazarında qiymətinin artması Azərbaycana indiki məqamda ancaq müsbət təsir edəcək

Ekspert: Qızılın dünya bazarında qiymətinin artması Azərbaycana indiki məqamda ancaq müsbət təsir edəcək

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 22 aprel, AZƏRTAC

Qızıl qiymətlərinin bahalaşması dünya iqtisadiyyatında, siyasi və hərbi-strateji məkanında baş verən qeyri-müəyyənliklərlə əlaqədardır. Ümumiyyətlə, ilin əvvəlində qızılın bu il 3500 dollara qədər bahalaşacağı ehtimalları mövcud idi. Həmçinin bu ehtimalları 3700 dollara qədər yüksəldən beynəlxalq təşkilatlar da var. Hesab olunur ki, qızıl qiymətlərində artım davam edəcək.

Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib.

“Burada əsas səbəb ondan ibarətdir ki, xüsusilə 2025-ci ildə qızıl qiymətini artıran əsas amil – Amerikanın dünyaya, xüsusilə də Çinə qarşı apardığı ticarət müharibəsidir. Bu iki nəhəng ölkə arasında baş verən ticarət müharibəsi bütün dünyada ciddi qeyri-müəyyənliklər yaradır. Qeyri-müəyyənliklər dövründə qızıl investorların sevimli investisiya alətinə çevrilir. Qızılın uzun illər sonra son bir neçə ayda bahalaşması da məhz bu qeyri-müəyyənliklərlə bağlı kəskin yüksəlişi idi. Çünki Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya ilə Qərb arasında qarşıdurma, ölkələrin bir-birinə sanksiyalar tətbiq etməsi və eyni zamanda, dünyanın təbəqələşməsi kimi məsələlər qızılın qiymətini artırırdı.

Bundan başqa, pandemiyadan sonra müşahidə olunan inflyasiyanın aşağı düşməsi də qızıl qiymətlərinə artırıcı təsir göstərirdi. 2025-ci ildə bu amillər qüvvədə qalır. Proqnozlara əsasən, Amerikanın tarif siyasəti dünyada qeyri-müəyyənlikləri artıracaq və bu müharibə ciddi şəkildə dönərli valyutalar üçün problem yarada bilər. Eyni zamanda, bu ziyanverici prosesdə baş verə biləcək ssenarilərin proqnozlaşdırılması çətin olduğuna görə investorlar təbii olaraq qızıla yatırım edirlər.

Burada, təbii ki, dolların ucuzlaşması da rol oynayır. Dollar əmtəələrin ölçü vahididir. Dolların son bir neçə ayda dəyərini itirməsi qızılın qiymətlərinə artırıcı təsir göstərir. Bu artımda inflyasiya göstəricilərinin kifayət qədər aşağı olması da rol oynayır”, - deyə ekspert qeyd edib.

Qızılın bahalaşmasının Azərbaycana təsirlərini təhlil edən iqtisadçı ekspert deyib: “Təbii ki, bunun Azərbaycana necə təsir edə biləcəyi böyük maraq doğurur. Qızıl yığım valyutasıdır. Azərbaycan üçün indiki məqamda biz ancaq bunun müsbət təsirlərini qeyd edə bilərik. Çünki ölkəmizin, yəni Azərbaycan Respublikası Dövlət Neft Fondunun ehtiyatlarının 22 faizi qızıldadır və 2023-cü ilin hesabatına nəzər saldıqda görürük ki, burada Fond əhəmiyyətli alışlar həyata keçirib. 2024-cü ildə Fond 44,8 ton qızıl alıb və öz ehtiyatını 11-12 faizdən 21,6 faizə qədər qızıla keçirib. Bu prosesin bu ildə də davam edəcəyi elan olunub. Belə ki, Dövlət Neft Fondu ehtiyatlarının 25 faizə qədərini qızılda saxlayacaq və bu göstərici 29 faizə qədər arta bilər. Azərbaycan Dövlət Neft Fondunun son ehtiyat strategiyasında bu rəqəmlər qeyd olunub.

Bundan başqa, Azərbaycanda qızıl çıxaran şirkətlər – “Azərgold”, “Anglo Asian Mining PLC” mövcuddur ki, bu şirkətlərin də qızıl qiymətinin artması nəticəsində satışdan gəlirləri artacaq. Mənfi tərəfi isə qızılı zinyət əşyası kimi əldə edən və ya hədiyyəlik kimi alan vətəndaşlar üçün olacaq. Yəni bazarda qızıl almağa məcbur olan vətəndaşlar zinyət əşyalarını daha baha qiymətə almaq məcburiyyətində qalacaqlar,” – deyə Xalid Kərimli bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri