Icma.az
close
up
RU
Ekspert: Tramp İrana zərbələr endirməklə İsrailin tələsinə düşüb

Ekspert: Tramp İrana zərbələr endirməklə İsrailin tələsinə düşüb

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp, İrana qarşı nüvə obyektlərinə zərbələr endirmək qərarı qəbul edərək, İsrailin tələsinə düşdü.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Silahların Nəzarətinə dair Assosiasiyanın rəhbəri Daryl Kimball Rusiya mətbuatına müsahibəsində bildirib.

"Biz aydın başa düşməliyik ki, Tramp niyə birdən-birə diplomatik həll yolundan çəkildi. İsrailin baş naziri Binyamin Netanyahunun Trampa məlumat verdiyi bildirilir ki, İsrail İrana zərbələr endirəcək, Birləşmiş Ştatlar bunu təsdiqləyib-ya yox, bundan asılı olmayaraq. Tramp, əvvəlki ABŞ prezidentlərinin etdiyi kimi, Netanyahuna "yox" demədi", – deyə ekspert qeyd edib.

Kimball diqqətə çatdırıb ki, İsrailin zərbələri 13 iyun tarixində başladıqdan sonra Tramp yanaşmasını dəyişdi və bu zərbələri İranı danışıqlara razı salmaq üçün təzyiq vasitəsi olaraq istifadə etməyə çalışdı. Kimballın sözlərinə görə, Netanyahu başa düşürdü ki, İran zərbələr altında danışıqlara getməyəcək. O, Trampı inandırdı ki, İsrailin ABŞ-a ehtiyacı var ki, Fordo obyektinə zərbə endirmək üçün onların texniki imkanları yoxdur. Bundan əlavə, ekspert qeyd edir ki, Tramp, "iki həftə ərzində İrana hücum qərarını verəcəyini" deyərək, hər kəsi çaşdırıb. Bu, prezidentin "ciddi olmadığı və İranla praktiki, dayanıqlı və yoxlanıla bilən razılaşmalar üçün danışıqlara kifayət qədər dözümsüz olduğu"nu göstərir, – deyə Kimball bildirib.

"Başqa sözlə, Netanyahunun İrana hücum etmə qərarı açıq-aşkar olaraq ABŞ-İran danışıqlarının pozulmasına yönəlmişdi. Görünür, bu danışıqlar İrandan nüvə potensialının məhdudlaşdırılması ilə bağlı razılaşmaya doğru irəliləyirdi və Tramp İsrailin tələsinə düşdü", – deyə ekspert yekunlaşdırıb.

İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bir gündən də az müddətdə İran cavab zərbələri həyata keçirib. Qarşılıqlı zərbələr davam edir. Hər iki tərəf hücumlar nəticəsində ölü və yaralıların olduğunu bildirir, bir sıra obyektlərin vurulduğunu etiraf edirlər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 İyun 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri