Icma.az
close
up
RU
Slovakiyanın Baş prokuroru Azərbaycana gəlib FOTOLAR

Slovakiyanın Baş prokuroru Azərbaycana gəlib FOTOLAR

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Slovakiyanın Baş prokuroru Maroş Jilinkinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

"Cebheinfo.az" xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Bakıda yerləşən Zəfər parkını ziyarət edərək Zəfər abidəsi önünə gül dəstələri qoyub, daha sonra Zəfər Muzeyi ilə tanış olublar.

Muzeydə nümayəndə heyətinə Azərbaycanın tarixi, Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, tarixi Qələbə, eləcə də ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası barədə məlumat verilib.

Daha sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev Slovakiyanın Baş prokuroru Maroş Jilinkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Kamran Əliyev Azərbaycan və Slovakiya arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və müxtəlif istiqamətlər üzrə inkişaf etdiyini bildirib.

2024-cü ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin dekabrında Slovakiyaya, Slovakiya Prezidenti Peter Pelleqrininin isə 2026-cı ilin iyulunda Azərbaycana rəsmi səfərlərinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığı qeyd olunub.

Kamran Əliyev iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın da ardıcıl olaraq genişləndiyini vurğulayıb. O, Maroş Jilinkanın 2025-ci ilin sentyabrında Azərbaycana səfəri zamanı imzalanmış Anlaşma Memorandumunun institusional əlaqələrin inkişafındakı əhəmiyyətini diqqətə çatdırıb.

Həmçinin cari ilin 22-23 iyun tarixlərində Azərbaycan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Bratislavaya rəsmi səfərinin qarşılıqlı əlaqələrin gücləndirilməsinə və praktiki əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verdiyi bildirilib.

Maroş Jilinka göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, Azərbaycan Baş Prokurorluğunun beynəlxalq əməkdaşlığın inkişafına, hüquqi təcrübənin bölüşdürülməsinə və prokurorluq orqanları arasında peşəkar dialoqun təşviqinə verdiyi töhfələri yüksək qiymətləndirib.

Görüşdə cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, hüquqi dialoqun inkişafı, eləcə də prokurorluq orqanları arasında təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin, birgə təşəbbüslərin həyata keçirilməsinin və peşəkar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüş çərçivəsində Azərbaycan və Slovakiya baş prokurorluqları arasında 2027-ci il üçün Əməkdaşlıq Proqramı imzalanıb. Sənədin ikitərəfli əməkdaşlığın inkişafına, institusional əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyi bildirilib.

Bundan başqa, Maroş Jilinka iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafına və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunub.

Sonda tərəflər Azərbaycan və Slovakiya prokurorluq orqanları arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə ediblər.

Nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Noyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see461

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see395

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see370

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see367

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see325

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see324

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see321

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see317

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see304

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see293

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see288

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see278

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see276

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see267

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see265

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see261

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see260

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri