“Mançester Yunayted”də zədə böhranı dərinləşib
Icma.az, Idman.biz saytına istinadən bildirir.
İngiltərənin “Mançester Yunayted” futbol komandasında zədəli oyunçuların sayı artıb.
İdman.Biz xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin beşinci turunda Portuqaliyanın “Sportinq” komandası ilə keçirilən qarşılaşmada Amad Diallo da zədələnib.
Diallo “Sportinq”lə görüşün ikinci hissəsində zədələnərək əvəzlənib. Onun noyabrın 29-da “Brentford”la keçiriləcək qarşılaşmada iştirak edib-etməyəcəyi məlum deyil.
Markus Reşford isə oktyabrda Madrid “Atletiko”su ilə qarşılaşmada omba nahiyəsindən zədə alıb. Artıq trenajor zalında məşqlərə başlayıb. Dekabrda meydana qayıdacağı gözlənilir.
Karlos Baleba əvvəlcə topuq, daha sonra isə “Roma” ilə qarşılaşmada budun arxa əzələsindən zədə alıb. Futbolçunun dekabrda sıraya dönəcəyi ehtimal olunur.
Benyamin Şeşko may ayında sıradan çıxıb. Daha sonra bərpa olunsa da, baldır nahiyəsindəki problemlərdən əziyyət çəkən oyunçu sentyabrda
“Brayton”la keçirilən görüşdən sonra meydana çıxmayıb. Hücumçunun 2027-ci ilin yanvarında qayıdacağı gözlənilir.
Manuel Uqarte isə dünya çempionatından sonra yaşıl meydanlara dönməyib. O, dizinin ön çarpaz bağının qopması səbəbindən əməliyyat olunub. Onun ən yaxşı ehtimalla 2027-ci ilin mayında sıraya dönəcəyi gözlənilir.
Qeyd edək ki, komandanın baş məşqçisi Maurisio Poçettino yeni vəzifəsində ilk qələbəsini hələ də qazana bilməyib.
Xatırladaq ki, “Sportinq”lə “Mançester Yunayted” arasında Lissabonda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Baxış sayı:83
Bu xəbər 26 Noyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















