Icma.az
close
up
RU
Ekspert: Universitetlərin beynəlxalq arenada tanınması vacib məsələdir

Ekspert: Universitetlərin beynəlxalq arenada tanınması vacib məsələdir

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Bu xarici tələbələrin ölkəyə cəlb edilməsinə yol açır


İlk dəfə 28 Azərbaycan universiteti “Times Higher Education Impact 2025” reytinqində təmsil olunub.

Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu reytinq universitetlərin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) əsasən 17 istiqamət və ümumi reytinq olmaqla 18 reytinq cədvəli üzrə qiymətləndirir.

"Bu il sözügedən reytinqdə təmsil olunan Azərbaycan universitetlərinin sayı 18-dən 28-ə yüksəlib. Bu, ötən illə müqayisədə 1.5 dəfə artım deməkdir. Sözügedən 28 universitetdən 25-i ümumi reytinq cədvəlində yer alır.

Reytinqə daxil olan universitetlərin sayı ölkə üzrə fəaliyyət göstərən ali təhsil müəssisələrinin təxminən 60 %-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu göstərici Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə orta hesabla 5–35 % arasında dəyişir. Bu baxımdan Azərbaycanın nəticəsi həm regional, həm də beynəlxalq kontekstdə diqqətəlayiqdir.

Bakı Dövlət Universiteti və Xəzər Universiteti ümumi reytinqdə ölkə üzrə ən yüksək nəticə göstərərək 401–600 aralığında qərarlaşıb. Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbi isə ümumi reytinqdə ölkə üzrə 2-ci sırada (801-1000 diapazonu) yer alır.

Ümumilikdə isə Azərbaycan bu reytinqdə 5 DİM üzrə regional lider mövqeyini qoruyur. Xüsusilə DİM 1 – Yoxsulluğa son və DİM 10 – Bərabərsizliyin azaldılması istiqamətləri üzrə Azərbaycan universitetləri dünya üzrə TOP 60-lıqda yer alıb", - məlumatda qeyd olunub.



Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) agentliyi tərəfindən “THE Impact 2025” reytinqinin nəticələri açıqlanıb:


“Bu reytinq universitetlərin fəaliyyətini əsasən 17 istiqamət və ümumi reytinq olmaqla 18 reytinq cədvəli üzrə qiymətləndirir.

Bu il sözügedən reytinqdə  Azərbaycan universitetlərinin sayı 18-dən 28-ə yüksəlib. Bu, ötən illə müqayisədə 1.5 dəfə artım deməkdir və ölkə üzrə fəaliyyət göstərən ali təhsil müəssisələrinin təxminən 60 %-ni təşkil edir.

Bakı Dövlət Universiteti və Xəzər Universiteti ümumi reytinqdə ölkə üzrə ən yüksək nəticə göstərərək 401–600 aralığında qərarlaşıb. Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbi isə ümumi reytinqdə ölkə üzrə 2-ci sırada (801-1000 diapazonu) yer alır. 

Universitetlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə aşagıdakı əsas sahələrdəki fəaliyyətlərinə görə qiymətləndirilir:

1. Keyfiyyətli təhsil (SDG 4)

2. Gender bərabərliyi

3. Ədalətli əmək və iqtisadi artım

4. İqlimə qarşı tədbirlər

5. İnnovasiya və infrastruktur

6. Cəmiyyətlə əməkdaşlıq və sosial təsir 

Ümumilikdə, Azərbaycan bu reytinqdə 5 DİM üzrə regional lider mövqeyini qoruyur. Xüsusilə, Yoxsulluğa son və Bərabərsizliyin azaldılması istiqamətləri üzrə Azərbaycan universitetləri dünya üzrə TOP 60-lıqda yer alıb”.


Ekspertin sözlərinə görə Azərbaycan universitetlərinin “Times Higher Education Impact Rankings 2025” siyahısına daxil olması ali təhsil üçün müəyyən əhəmiyyətə malikdir:

“Belə ki, universitetlərin  beynəlxalq arenada tanınması xarici tələbələrin ölkəyə cəlb edilməsinə yol açır. Yüksək reytinqli xarici universitetlərlə birgə layihələr həyata keçirməyə sövq edir. Eləcə də ən əsası daxili inkişafa motivasiya yaradır. Universitet rəhbərlikləri daha məqsədli islahatlar keçirib beynəlxalq standartlara uyğunlaşırlar. 

Gələcəkdə daha çox universitetin reytinqə düşməsi üçün aşğıdakı işlər görülməlidir:

1.Universitetin hesabatlılıq sistemi şəffaf olmalı 

2.Tədqiqat fəaliyyəti və nəticələrin ölçülməsi beynəlxalq standartlara uyğun olmalı

3. Yerli təhsil icmaları ilə əməkdaşlıq genişləndirilməli

4. Davamlı inkişaf sahəsində uzunmüddətli strategiyalar hazırlanmalı

5. İngilis dilində fəaliyyət və resurslarartırılmalıdır

6.Tədqiqatlar üçün daha çox maddi vəsait ayrılmalı  və akademik göstəriciləri yaxşı olan müəllim və tələbələrin mükafatlandırılması olmalıdır

Ən sonda reytinq sadəcə akademik göstəricilər yox, universitetlərin cəmiyyətə verdiyi təsirə görə qiymətləndirmə apardığından, Azərbaycanda təhsilin daha çox sosial yönümlü və dayanıqlı inkişaf strategiyasına keçməsinə çalışılmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:306
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyun 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri