Icma.az
close
up
RU
Ekspertdən “Qarabağ” “Dinamo” qarşılaşması ilə bağlı PROQNOZ

Ekspertdən “Qarabağ” “Dinamo” qarşılaşması ilə bağlı PROQNOZ

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ" "Dinamo" (Kiyev) ilə üz-üzə gələcək. İlk oyunlar avqustun 6-da, cavab görüşləri isə 13-də keçiriləcək.

Redaktor.az-a danışan idman jurnalisti Natiq Muxtarlı qeyd etdi ki, “Qarabağ” üçün ilkin hədəf üçüncü təsnifat mərhələsində “Dinamo"nu məğlub etməkdir:

"“Qarabağ” da asan rəqib deyil. Yəni “Qarabağ” 12 il davamlı Avrokubokların qrup mərhələsində oynamış, Avropada artıq hörmət edilən bir rəqibdir. Bu amilin özü “Qarabağ”ın əleyhinə işləyir. Çünki komandalar “Qarabağ”a qarşı ikiqat əzmlə mübarizə aparırlar. Bunu biz Bolqarıstan komandası ilə oyunda da gördük. Onlar necə mübarizə aparırdılar və sonda necə sevinirdilər bu qələbəyə.

Təsadüfi deyil ki, Bolqarıstan komandasına keçən “ÇSKA Sofiya”nın baş məşqçisi oyundan sonra deyirdi ki, Bolqarıstanda görəsən bilirlərmi, biz necə bir güclü komandaya qalib gəlmişik? Əslində, onu nəinki Bolqarıstanda, heç Azərbaycanda da bilmirlər ki, “Qarabağ” necə bir güclü komandadır və Avropada necə qəbul edilir. “Qarabağ”ı Avropada daha güclü komanda kimi qəbul edirlər, nəinki Azərbaycanda. Bizdə hələ də o qorxu var. Bu da ümumi Azərbaycan futbolunun problemidir".

Həmsöhbətimiz vurğuladı ki, “Qarabağ” gedir, qələbə qazanır, ardından milli komandamız gedir, biabır olur və yaxud “Neftçi” gedir, hansısa bir yarımhəvəskar komandaya uduzur. 

""Qarabağ" əvvəlcə “Dinamo”nu keçməlidir və pley-off mərhələsində isə rəqibin hansı komanda olmasının “Qarabağ” üçün heç bir əhəmiyyəti yoxdur. “Qarabağ” böyük təcrübəyə malikdir və mən güman edirəm ki, “Dinamo"nu keçsə, “Qarabağ”ın oyun intizamı və keyfiyyəti bir az da yüksələcək.

Pley-off mərhələsində hansı komandanın bizim üçün rəqib olmasının elə bir əhəmiyyəti olmayacaq. “Dinamo" səddini keçərsə, “Qarabağ” böyük ehtimalla Konfrans Liqasının qrupunda oynayacaq. O vaxta qədər yeni gələnlər də komandaya adaptasiya olacaqlar, xətlərarası əlaqələr inkişaf edəcək, “Qarabağ”ın oyun keyfiyyəti yüksələcək və bundan sonra artıq pley-off mərhələsində hansı rəqib olur-olsun, “Qarabağ” onu keçəcək".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Avqust 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri