Icma.az
close
up
RU
Ekspertdən yeni ixtisaslarla bağlı proqnoz: rəqabət yüksək olacaq

Ekspertdən yeni ixtisaslarla bağlı proqnoz: rəqabət yüksək olacaq

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bu gündən etibarən bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimi mərhələsi başlayıb.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə bir neçə ixtisas ilk dəfə olaraq tədris olunacaq. Bunlara “Data Analitika”, “Heyvandarlıq”, “Kənd təsərrüfatı texnologiyaları”, “Xüsusi pedoqogika”, “İnformatika və rəqəmsal bacarıqlar müəllimliyi” kimi ixtisaslar daxildir.

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Modern.az-a açıqlamasında bildirib ki, burada məsələni iki əsas istiqamətdə dəyərləndirmək olar:

“Elə ixtisaslar var ki, onlar doğrudan da bu il ilk dəfə olaraq tədris olunacaq. Məsələn, “Data Analitika” və “Kənd təsərrüfatı texnologiyaları” kimi sahələr indiyədək tədris olunmayıb və bu baxımdan tamamilə yeni ixtisaslardır. Düşünürəm ki, yeni yaranan bu ixtisasllar həm məzmun, həm də məqsəd baxımından təhsil sistemimizə yeni nəfəs gətirəcək.

Amma elə ixtisaslar da var ki, yalnız adları dəyişdirilib, məzmun isə əvvəlki kimi qala bilər.

Məsələn, uzun müddət III ixtisas qrupunda, DT alt qrupunda "Korrekasiyaedici təlim" kimi tanınan ixtisas bu ildən etibarən "Xüsusi pedoqogika" adı ilə təqdim olunacaq. Məncə, bu çox uğurlu və yerində bir ad dəyişikliyidir. Həmçinin "İnformatika müəllimliyi" də artıq "İnformatika və rəqəmsal bacarıqlar müəllimliyi" kimi tanınacaq ki, bu da müsbət addımdır”.

Təhsil eksperti əlavə edib ki, burada vacib bir məqam var:

“Əgər dəyişiklik yalnız ad səviyyəsində qalırsa, yəni məzmun dəyişməyibsə, bu zaman ad dəyişikliyi əslində heç bir əhəmiyyət daşımır. Zənnimcə, bəzi hallarda bu dəyişiklikləri sadəcə “kosmetik xarakterli” ad dəyişimi olaraq səciyyələndirmək olar.

Ümid edirəm ki, adları dəyişdirilmiş ixtisaslar məsələn, “Xüsusi pedoqogika”, “İnformatika və rəqəmsal bacarıqlar müəllimliyi” - həqiqətən yeni məzmun, yeni metodika və güclü kadrlarla tədris olunacaq. Elə məhz bu səbəbdən abituriyentlərə tövsiyə edərdim ki, bu ixtisaslara ciddi yanaşsınlar, maraq göstərsinlər və laqeyd qalmasınlar”.

E.Nurinin sözlərinə görə, istər yenidən adlandırılmış, istərsə də ilk dəfə tədris olunan ixtisaslar xüsusi proqramlarla və praktiki əsaslarla tədris olunmalıdır:

“Elə bu məqamda bir sual meydana çıxır. Sözügedən ixtisasların tədrisi üçün ölkədə kifayət qədər kadr varmı? Məsələn, Data Analitika çox perspektivli və mühüm sahədir. Ancaq etiraf etməliyik ki, bu sahəni keyfiyyətli şəkildə tədris edə biləcək ixtisaslı kadrlar çox azdır. Şəxsi təcrübəmdən də deyə bilərəm ki, bu sahədə uzun müddət çalışmış mütəxəssisləri tapmaq çox çətindir. Ya bu insanlar artıq çox məşğul olurlar, təklifləri çoxdur, ya da ümumiyyətlə tapılmırlar”.

Ekspert həmçinin qeyd edib ki, bəzən bir kurs keçib özünü təlimçi kimi təqdim edən “mütəxəssislər”ə rast gəlirik:

“Əvvəllər sosial media sahəsində belə hallar geniş yayılmışdı – hamı bir kurs keçib "mütəxəssis" adlanırdı, amma sonra məlum olurdu ki, bu şəxslərin əksəriyyəti yalnız səthi məlumatlara malikdir. İndi isə Data Analitika sahəsində bu cür yanlış yanaşmanın təkrarlanmasından ciddi şəkildə çəkinmək lazımdır”.

Onun fikrincə, universitetlər bu sahənin aqibətini düzgün formalaşdırmalıdırlar:

“Əgər bu sahə üzrə yerli kadrlar çatışmırsa, xaricdən ixtisaslı mütəxəssislər dəvət olunmalıdır. Əks halda, bu istiqamət üzrə potensiallı kadrların yetişməsində müəyyən boşluqlar yarana bilər”.

Təhsil eksperti abituriyentlərə müraciət edərək bildirib ki, əgər bu sahəyə maraqları varsa, “Data Analitika”, “Xüsusi pedoqogika”, “İnformatika və rəqəmsal bacarıqlar müəllimliyi” kimi ixtisasları seçimlərinizdə üst sıralarda qeyd etsinlər.

Ekspert onu da əlavə edib ki, adları qeyd edilən bu ixtisaslar üzrə tələbatın və rəqabətin yüksək olacağı ehtimal edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Avqust 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri