Icma.az
close
up
RU
Ekspertlər açıqladı: Qəzaların gizli səbəbi ortaya çıxdı

Ekspertlər açıqladı: Qəzaların gizli səbəbi ortaya çıxdı

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin ilk doqquz ayında piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri respublika üzrə baş verən bütün qəzaların 39,1 faizini, Bakı şəhərində isə 59,6 faizini təşkil edib. Bu göstəricilər onu deməyə əsas verir ki, yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi piyadaların yolu düzgün keçməməsi ilə bağlıdır.

Bəs piyadalar qəzaların qarşısını almaq üçün hansı qaydalara əməl etməlidirlər?

Bu barədə News24.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki,sürücülərdən fərqli olaraq piyadalara yol keçmə qaydalarını öyrədən hər hansı bir tədris sistemi mövcud deyil:

“Yaxşı olardı ki, orta məktəblərdə yol hərəkəti qaydalarını izah edən ayrıca fənn tədris olunsun. Beləliklə, uşaqlar böyüdükdə necə hərəkət etməli olduqlarını bilərlər. Ümumiyyətlə, piyadalar küçəyə çıxarkən onların hərəkətinin "Yol hərəkəti haqqında" qanunla tənzimləndiyini bilməlidirlər. Yol keçməyin əsas şərtləri var və bunlar elementar qaydalardır. Yolu mütləq piyada keçidi olan yerlərdən keçmək lazımdır”.

Ekspertin fikrincə, məsələ yalnız maarifləndirmə ilə məhdudlaşmamalı, qanunvericilikdə də dəyişikliklər edilməlidir:

“Riskli hərəkətlər edən, avtomobillərin hərəkətinə maneə yaradan piyadalara qarşı daha sərt cərimələr tətbiq olunmalıdır. Bununla yanaşı, şəhərdə piyadaların rahat hərəkətini təmin etmək üçün çox iş görülməlidir. Səkilər təmir edilməli, piyadaların təhlükəsiz və rahat hərəkəti təmin olunmalıdır”.

Digər nəqliyyat eksperti Fərhad Eyyubov isə bildirib ki, bəzi piyada keçidlərinin yaxınlığında yerləşən tikililər, ağaclar və digər maneələr piyadaların uzaqdan gələn avtomobilləri görməsinə əngəl yaradır:

“Piyada keçidləri həm təhlükəsiz, həm də cəlbedici olmalıdır. İnsan yolu rahat keçə bilməlidir. Çünki bir çox piyadalar, xüsusilə yaşlılar və uşaqlılar yeraltı keçidlərdə pilləkənlərə görə çətinlik çəkirlər. Bu baxımdan piyada keçidlərinin layihələndirilməsində rahatlıq nəzərə alınmalıdır”.

Ekspert əlavə edib ki, piyadalar hər zaman diqqətli olmalı və təhlükəsizlik qaydalarına riayət etməlidirlər:

“Bəzən sürücü piyadanı görməyə bilər. Piyada keçidləri müəyyən standartlara uyğun qurulmalıdır. Əgər keçid uzaqdadırsa, piyada təbii olraq daha yaxın yerdən keçmək istəyəcək. Bəzi ölkələrdə yol polisi piyadalara necə və haradan keçmək lazım olduğunu izah edir. Fikrimcə, yolu düzgün keçməyən piyadalar üçün də müəyyən inzibati cəzalar nəzərdə tutulmalıdır”.

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri