Icma.az
close
up
RU
Ekspertlər Trampın ikinci müddətdə Yaxın Şərq üçün nələr edə biləcəyini müzakirə ediblər

Ekspertlər Trampın ikinci müddətdə Yaxın Şərq üçün nələr edə biləcəyini müzakirə ediblər

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp yanvarda and içməyə hazırlaşarkən, ekspertlər İsrailin Qəzza və Livana hücumlarının davam etdiyi Yaxın Şərq üçün Trampın ikinci müddətinin mənasını müzakirə edirlər.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Vaşinqtondakı “Beynəlxalq Siyasət Mərkəzi”nin vitse-prezidenti Matt Duss və Corc Meyson Universitetinin professoru Mark Katz Trampın Yaxın Şərqə mövqeyi ilə bağlı açıqlama veriblər.

ABŞ senatoru Bernie Sandersin də keçmiş xarici siyasət müşaviri olan Duss, Trampın ilk səlahiyyət müddətində İsrail-Fələstin münaqişəsinin həlli üçün vasitəçi olmaq niyyətini ifadə etdiyini, lakin daha sonra əsas donorların dəstəyini qazanmaq üçün İsrailin tərəfinə keçdiyini söylədi. Əsas seçicilərin, xüsusilə Evangelist Xristian Sionistlərə yaxın olduğuna diqqət çəkib.

Duss, bu vəziyyətin "Amerika istədiyini edir və buna görə də Amerikanın dostları istədiklərini edir" yanaşmasına uyğun olduğunu və bir növ "mob zehniyyəti"nə çox bənzədiyini ifadə edib: “Tramp sadəcə bu məsələnin manşetlərdən çıxarılmasını istəyir”, - deyib.

Söz mövzusu yanaşma “Müttəfiqlərimizin təhlükəsizliyi təmin etmək müqabilində alınan xərac kimi xüsusi imtiyazları var. Onlar istədiklərini edə bilərlər və əgər İsrail işğal etdiyi əraziləri, İsrailin işğal etdiyi, lakin Suriyaya aid olan Qolan Təpələrini və ya başqa hər şeyi almaq istəsə, biz bunu dəstəkləyəcəyik”, deyən Duss: “Bunlar ABŞ-ın rəhbərlik etdiyi dəstənin bir növ oyuncağı olmağın üstünlükləridir”, - deyə qeyd edib.

"Bu, bu ssenaridən əziyyət çəkəcək fələstinlilər üçün dəhşətli bir vəziyyətdir. Ancaq burada bir problem də var ki, İsrailin Baş naziri Benyamin Netanyahu oyunun sonunu gətirə bilməz. Onun hələ də nə edəcəyi ilə bağlı planı yoxdur. İsraillilərin ümumiyyətlə bu müharibəni bitirdikdə nə edəcəkləri ilə bağlı heç bir planı yoxdur", - deyə Duss bildirib.

Ekspertlər Trampın yeni prezidentliyi dövründə ABŞ qoşunlarının Suriyadan çıxarılması ehtimalına müsbət yanaşırlar.

ABŞ-ın Corc Meyson Universitetinin professoru Mark Katz deyib ki, Tramp "niyə əhəmiyyət verməliyik?", düşüncəsi ilə hərəkət etdiyinə diqqət çəkərək, ABŞ-ın ilk dövründə Suriyadan qoşunlarını çıxarmamasına “təəccübləndiyini” dilə gətirib.

Trampın "İŞİD yenidən güclənsə belə, yaxın bölgədəki insanlar bununla məşğul olsun. ABŞ niyə maraqlı olmalıdır?” mövqeyində olduğunu ifadə edən Katz, Trampın fikrinin dəyişmədiyinə əmin olduğunu dilə gətirib.

Duss isə Trampın ilk dövründə qarşılaşdığı müqavimətdən "açıqca məyus olduğunu" ifadə edib. "O vaxt ABŞ əsgərlərinin iştirakı ilə daha aktiv münaqişə vəziyyəti var idi, ona görə də bu məsələ insanların gündəmində idi və Tramp buna diqqət yetirməli idi", - deyib.

Bu məsələnin yenidən müzakirə olunacağı təqdirdə Trampın daha diqqətli olacağını ifadə edən Duss: "Yəqin ki, ABŞ əsgərlərini oradan çəkmək istəyəcək. Ancaq görünən odur ki, hazırda bu məsələ gündəmdə deyil", - deyə bildirib.

2018-ci ilin dekabrında o zamankı ABŞ prezidenti Tramp Türkiyənin PKK/YPG terror təşkilatının hədəflərinə qarşı sərhədyanı əməliyyata başlamaq əzmi ilə Suriyadakı 2000-ə yaxın Amerika əsgərini dərhal geri çəkmək qərarını açıqlamışdı. Daha sonra o, qərarını yüngülləşdirdi və zaman keçdikcə bu rəqəmin tədricən azaldılmasına göstəriş verdi.

2019-cu ilin oktyabrında Tramp ABŞ-ın Suriyada olması lazım olduğundan daha çox qaldığını və ABŞ əsgərlərinin orada daha çox qalmasını istəmədiyini bildirib. Donald Trampın qoşunların çıxarılması planları, xüsusilə ABŞ Mərkəzi Komandanlığı və 2018-ci ilin sonuna qədər İŞİD-lə Mübarizə üzrə Xüsusi Nümayəndəlik etmiş Brett Makqurk kimi fiqurlar tərəfindən açıq etirazla qarşılanmışdı.

Makqurk səlahiyyət müddətinin bitməsinə 2 ay qalmış, Tramp administrasiyasının 19 dekabr 2018-ci ildə Suriyadan çəkilmə qərarından dərhal sonra istefa verib. 2020-ci il seçkilərində ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Makqurku ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika koordinatoru təyin etdi və bununla da ABŞ-ın PKK/YPG-yə dəstək verdiyi Suriya siyasəti gücləndi.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Noyabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri