Icma.az
close
up
RU
UFC 321: Tom Aspinall və gücün yeni dövrü Abu Dabidə hakimiyyət dəyişir

UFC 321: Tom Aspinall və gücün yeni dövrü Abu Dabidə hakimiyyət dəyişir

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Oktyabrın 25-i Abu-Dabi, növbəti dəfə döyüş sənətlərinin qlobal səhnəsinə çevriləcək. UFC 321 - sadəcə bir turnir deyil, həm də yeni nəsil döyüşçülərin öz adlarını tarixə həkk etdiyi mərhələdir.

Gecənin mərkəzində - Tom Aspinall. O, İngiltərənin Vigan şəhərində doğulub (11 aprel 1993). Şəhər - köhnə sənaye ruhuna və işçi sinfinin inadkar xarakterinə görə tanınır. Aspinall da məhz bu torpağın məhsuludur: sakit, sistemli, amma içində partlayıcı enerjini daşıyan döyüşçü.

Uşaqlıqdan MMA və jiu-jitsu ilə məşğul olub, atasının idman zalında formalaşan döyüş tərzi onu həm texniki, həm də intellektual səviyyədə fərqləndirdi. İngiltərənin bu gənc oğlunun UFC zirvəsinə qalxması - sürətli, lakin düşünülmüş bir yol idi.

O, UFC-nin ağır çəki müvəqqəti çempionu olduqdan sonra bütün diqqət bir suala yönəldi: "Bəs indi Tom Con Cons-la döyüşəcəkmi?"

Con Cons - döyüş tarixinin ən mürəkkəb və eyni zamanda dahiyanə simalarından biri. Lakin o, iki il ağır çəki divizionunu ləngitdi və nəhayət, səhnədən çəkildi. Bu qərardan sonra Tom Aspinall artıq müvəqqəti yox, rəsmi, tək və qeyri-mübahisəli UFC ağır çəki çempionu oldu.

İndi isə onun qarşısında Siril Geyn dayanır - Parisin texniki zərifliyini, hərəkət çevikliyini və bədən estetikliyini təmsil edən fransız. Bu döyüş sadəcə kəmər uğrunda mübarizə deyil; bu, Britaniya soyuqqanlılığı ilə Fransız zərifliyinin qarşılaşmasıdır. Aspinall üçün bu, öz hakimiyyətini sübut etmək gecəsidir.

Gecənin ikinci böyük hadisəsi qadınlar arasında baş tutacaq - Makkenzi Dern və Virna Yandiroba minimal çəkidə kəmər üzrə döyüşəcəklər. İkisi də Braziliya jiu-jitsu məktəbinin ustalarıdır, lakin xarakter baxımından tam fərqlidirlər. Dern - emosional və yaradıcı, Yandiroba isə sakit və hesablayan. Onların qarşılaşması texniki incəliklə psixoloji dayanıqlığın birləşməsi olacaq.

Gözlənilən qayıdış - Umar Nurmaqomedov yenidən oktagona dönür. Onun rəqibi, fiziki dayanıqlığı və temp döyüşlərində sabitliyi ilə tanınan Mario Bautista olacaq. Döyüş bantamweight (61kg) çəkisində baş tutacaq. Nurmaqomedovlar ailəsinin şərəfi yenə sınaqdadır.

Daha sonra ağır çəkidə Aleksandr Volkov və Jailton Almeida. İki nəhəng, iki fərqli sistem: Volkov - məsafə ustası, soyuq riyaziyyatçı; Almeida - partlayıcı qrappler, təzyiq döyüşçüsü. Bu qarşılaşmada hər saniyə hesablanacaq.

Azamat Murzakanov və Aleksandar Rakic döyüşü isə potensial "gecənin sirli döyüşü" ola bilər. Hər iki idmançı səssiz, amma aqressiv enerji ilə döyüşür. Bir səhv addım, bir zəif hərəkət - və karyera istiqamət dəyişə bilər. Onlar lightheavyweight ( yüngul ağır çəki, 93kg) divizionunda döyüşəcəklər.

Prelim hissəsi də diqqətdən kənarda deyil. Ikram Aliskerov bu dəfə Jun Yong Parkla qarşılaşacaq. Koreyalı döyüşçü - təzyiq və inadkarlıqla tanınır, lakin Aliskerovun texniki zənginliyi və partlayıcı finiş bacarığı onu bu döyüşdə favorit edir.

Digər maraqlı qarşılaşma - Nataniel Vud və Xose Delgado. İngilis dəqiqliyi və Meksika döyüş ruhu - bu duel sürətli düşünənlər üçün olacaq.

UFC 321 bir daha sübut edir ki, döyüş sənəti sadəcə fiziki qarşıdurma deyil. Bu, mədəniyyətlərin, ruhların və həyat fəlsəfələrinin toqquşmasıdır.

Abu-Dabi bu dəfə yalnız qələbələrin deyil, yeni bir dövrün başlanğıcına şahidlik edəcək - Tom Aspinall dövrünün.

Bünyad Qaraxanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Oktyabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri