Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Sərmayəçılərin əlində qalan əmlak bazarı: Bahalaşmanın qarşısını necə alaq?

Sərmayəçılərin əlində qalan əmlak bazarı: Bahalaşmanın qarşısını necə alaq?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Mərkəzi Bankın yeni hesablamasına görə, Bakıda maaşla mənzil almaq üçün 18 ildən çox işləmək lazımdır. Xatırladaq ki, Gürcüstanda bu göstərici orta hesabla 13 il, Ermənistanda isə 10 ildir. Bəs niyə qonşu ölkələrdə bu göstərici bizdəkindən daha azdır?

Əmlak eksperti Anar Nəsirovun sözlərinə görə, Azərbaycanda əmlaka tələbat daha çoxdur: "Nə Ermənistana, nə Gürcüstana Azərbaycana olan qədər maraq mövcud deyil. Azərbaycanda yaşamaq istəyən əcnəbilərin də sayı daha çoxdur. Rusiyadan gələn vətəndaşlarımız əvvəlki dövrlərdə Bakıdan ev almağa maraqlı olmasalar da, son illərdə baş verən proseslərə görə, vəziyyət dəyişib. Nəinki MDB ölkələrində, hətta ən inkişaf etmiş ölkələrdə belə Azərbaycan əmlak bazarı kimi etibarlı əmlak bazarı tapmaq çox çətindir. Çünki evə qoyulan pullar qatlanaraq geri qayıdır. O səbəbdən Azərbaycanın əmlak bazarına daha çox investisiya yatırmağa maraq göstərirlər. Ya mənzilə investisiya qoyurlar, kirayə verirlər, ya aldıqları evə köçüb yaşayırlar. Əvvəllər investorlar, iş adamları əmlaka bu qədər pul yatırmırdılar. İndi isə illər keçdikcə əmlaka edilən yatırımlar artır. İstər yerli, istər xarici investorlar Bakıda mənzil almağa, təmir edib satmağa, yaxud kirayə verməyə daha çox maraq göstərirlər. Bu da kirayə qiymətlərinin yüksək olması ilə əlaqədardır. Əgər qiymətlər bir il ensə, ondan sonra hər il aşağı düşəcək. Çünki bu zaman insanlar əmlaka pul qoymağa ehtiyat edəcəklər. Lakin hazırda bunun baş verməsi gözlənilmir”. 

Ekspertin fikrincə, satışda olan mənzillər azaldıqca, qiymətlər yüksəlir: "Gürcüstanda bizim qədər yeni tikilən binalar yoxdur. Keçmiş sovet respublikalarından əmlak sahəsi üzrə xeyli qabaqdayıq. Qonşu ölkələrdən heç birində hər il qiymətlər bu qədər yüksəlmir. Bunun da əsas səbəbi tələbin çox olmasıdır. Əmlakın qiymətini də tənzimləyən bazardır. Əmlak bazarını tənzimləyən alıcı və satıcı arasında olan fərqdir. Satan çox, alan az olarsa, o zaman qiymət enməsi müşahidə olunar. Amma hazırda bizdə tərsinədir, tələb təklifi üstələyir. Bakı Moskva, Nyu-York, İstanbul kimi böyük şəhər deyil ki, gündə minlərlə ev satılsın. Satışa çıxan evlərin sayı azaldıqca qiymət də yüksəlir”.  

A.Nəsirov bildirdi ki, Bakıda mənzillərin baha olmasının bir səbəbi də tikinti normativlərinin tez-tez dəyişməsidir: "Əvvəl torpağın yüzdə 40, yüzdə 50 hissəsində ev tikməyə icazə verilirdisə, indi bu, yüzdə 30 faizə qədər endirilib. Məsələn, 100 sot torpağın maksimum 30 sotunda yeni bina tikə bilərsiniz. Qalan 70 faizi həyət və digər qeyri-yaşayış sahələri üçün ayrılmalıdır. Həmçinin əvvəl 18-20 mərtəbəli bina tikmək olurdusa, hazırda mərtəbələrin sayını azaldıblar. Bu da tikən şirkətin xərclərini daha da artırır. Çünki şirkət bina tikərkən əsasən köhnə tikililəri söküb yerində tikir. Sökdüyü evlərdən çıxarılan insanlara da ya mənzil, ya da kompensasiya verməlidir. Mənzil verəcəyi şəxsləri də kirayə pulu ilə təmin etməlidir. Mənzil verdiyi vətəndaşa əlavə kvadrat da verməlidir. Yəni tikinti şirkəti sadəcə binanı tikmir. Həyət yaradır, qaraj tikir, bütün infrastrukturu təmin edir. Bunların da hər biri mənzilin qiymətinə təsir edir. Həmçinin əvvəlki illərdə daha çox söküntülər olurdu və pilot layihələr həyata keçirilirdi. Amma son dövrlərdə pilot layihələrin sayı azalıb. Yeni qaydalara əsasən, yeni tikilən binalarda istismar müddəti minimum 100 il olmalıdır. Bunun üçün də xüsusi standartlar olmalıdır. Yəni artıq tikinti ləvazimatları daha keyfiyyətli olacaq. Bu da istər-istəməz əmlak qiymətlərinə təsir göstərəcək”. 

Ekspert həmçinin bahalaşmanın qarşısının alınması üçün atılmalı olan addımlardan da bəhs etdi: "Şirkətlərə tikintiyə uyğun torpaqlar ayrılmalıdır. Onlara torpaq güzəştli şəkildə təklif olunmalıdır ki, daha ucuz başa gələn evlər tiksinlər. Bu, həm bazarı tənzimləyəcək, həm də vətəndaşlara kömək olacaq”. 

İqtisadçı Eyyub Kərimli isə düşünür ki, qonşu ölkələrdə əmlakın qiymət artımı bizdəki qədər kəskin deyil: "Bu da həmin ölkələrdə mənzillərin investisiya aləti kimi istifadə olunmamasından irəli gəlir. Azərbaycanda mənzil qiymətlərinin artımı süni xarakter daşıyır. Bunu tələb və təkliflə əsaslandırmaq düzgün deyil. Çünki bəzi insanlar mənzili yaşamaq üçün yox, investisiya aləti olaraq dəyərləndirirlər. Digər investisiya alətlərindənsə, mənzilə güvənirlər. Bu da tələbi süni olaraq şişirdir. Digər faktor orta aylıq əməkhaqqıdır. Hansı ki, digər iki ölkədə də orta aylıq əməkhaqqı bizim ölkəmizdəkindən yüksəkdir. İnsanların da düşüncəsində "hər kəsin evi olmalıdır” prinsipi hökm sürür. Xaricdə olduğu kimi kirayə qalmaq istəmirlər”. 

İqtisadçının fikrincə, ölkəmizdə mənzil qiymətlərinin aşağı enməsi gözlənilmir: "Azərbaycanda ev almaq üçün 18 il işləmək lazım olduğu fikri ilə razılaşmıram. Çünki əməkhaqları fərqlidir. Orta əməkhaqqı alan bir şəxsin 18 ilə toplayacağı məbləğ xeyli böyük puldur. Mənzil bazarında daha ucuz mənzillər də əldə etmək olur. Bütün dünyada mənzil qiymətləri yüksəlir. Bu da əhali artımı ilə əlaqədardır. Düşünürəm ki, ölkəmizdə mənzil qiymətləri artmaqda davam edəcək”. 

Mənbə: "Kaspi" qəzeti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Oktyabr 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri