Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Şəhər dövlətlər: müasir dünyanın 5 unikal ölkəsi“ “В Фокусе“

“Şəhər dövlətlər: müasir dünyanın 5 unikal ölkəsi“ “В Фокусе“

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bir şəhər - bir dövlət: qədim konsepsiyanın XXI əsrdəki varisləri..."

"Şəhər-dövlət" anlayışı müasir dünyada çox nadir hallarda rast gəlinir, amma bu modelə maksimum yaxın olan bir neçə ölkə var. Onlar faktiki olaraq bir şəhərdən (bəzən də onun yaxın ətrafından) ibarət olan müstəqil dövlətlərdir.

Moderator.az xəbər verir ki, bu barədə "vfokuse.mail.ru" nəşri yazıb.

Nəşr bu unikal quruluşu təcəssüm etdirən beş müasir ölkəni təqdim edir.

Sinqapur

Sinqapur müasir şəhər-dövlətlərin ən parlaq və mütləq lider nümunəsidir. O, eyni zamanda həm paytaxt, həm də bütöv bir ölkə olan nəhəng metropol sahəsidir.

Dövlət bir neçə kiçik ada və əlavə əraziyə malik olsa da, bütövlükdə vahid şəhər aqlomerasiyası kimi fəaliyyət göstərir. Sinqapur Asiyanın ən iri maliyyə və ticarət mərkəzlərindən biridir, "Asiya pələngləri"nin öncül üzvüdür. Səmərəli idarəçiliyi, sərt qanunları və yüksək həyat səviyyəsi ilə məşhurdur.

Sahəsi 733,1 kv.km-dir və bu rəqəm daim artır, çünki ölkə yeni torpaq sahələri qazanmaq üçün dənizdən ərazi "nəqli" texnologiyasından istifadə edir. Əhalisi təxminən 5,7 milyon nəfərdir.

Monako

Monako Avropada şəhər-dövlət anlayışının klassik nümunəsidir. Faktiki olaraq, bütün ölkə bir şəhərdir və bir neçə tarixi məhəllədən - Monte-Karlo, La-Kondamin və digərlərindən ibarətdir. Monako şəhəri ilə Monako dövləti arasında inzibati sərhəd yoxdur.

Cəmi 2,02 kv.km ərazisi olan Monako, Vatikanı çıxmaqla, dünyanın ən kiçik ölkəsidir. Burada təxminən 39 min nəfər yaşayır.

Monako dünyanın məşhur turizm və əyləncə mərkəzlərindən biridir - kazino, yaxtalar, "Formula-1" Qran-prisi və vergi cənnəti statusu ilə tanınır.

Vatikan

Vatikan planetin ən kiçik və tam suveren dövləti, həm də yeganə tam teokratik monarxiyadır. Roma şəhərinin içində yerləşən bu dövlət bütövlükdə bir şəhər ərazisini əhatə edir.

Vatikan Papalığın iqamətgahıdır və bütün Katolik dünyasının mənəvi mərkəzidir. Onun iqtisadiyyatı unikal xarakter daşıyır: əsas gəlirlər ianələr, turizm və suvenir satışından formalaşır.

Ərazisi cəmi 0,49 kv.km, əhalisi isə təxminən 800 nəfərdir, bunlar əsasən ruhanilər və İsveçrə qvardiyasının əsgərləridir.

San-Marino

Dünyanın ən qədim respublikalarından biri olan San-Marino da bir növ şəhər-dövlət sayılır. Rəsmi olaraq ölkə doqquz bələdiyyədən ibarətdir, amma onun tarixi və mədəni mərkəzi eyni adlı San-Marino şəhəridir.

Ərazi kiçik, sıx məskunlaşmış və çox urbanizasiya olunmuşdur, bu da ölkəni faktiki şəhər-dövlət səviyyəsinə yaxınlaşdırır.

San-Marino İtaliya ərazisində yerləşən dağlıq bir anklavdır. Burada təxminən 34 min nəfər yaşayır, ümumi sahə 61 kv.km-dir. Əsas gəlir mənbələri - turizm, bank sektoru və kolleksiya markaları ilə xatirə sikkələrinin satışıdır.

Bəhreyn

Bəhreyn Fars körfəzində yerləşən kiçik bir ada ölkəsidir. Əhalinin və iqtisadi fəaliyyətin böyük hissəsi paytaxt Manama və onun ətrafında cəmlənib. Ölkənin qalan hissəsi azsakinli və ya paytaxtın yataqxana rayonlarından ibarətdir.

Bu səbəbdən Bəhreyn də çox vaxt şəhər-dövlətlər sırasında qeyd olunur. Ölkə yüksək dərəcədə urbanizasiya olunub, paytaxt bütün iqtisadi, siyasi və mədəni həyatı idarə edir. Bəhreynin sahəsi 778 kv.km, əhalisi isə təxminən 1,5 milyon nəfərdir.

Qismən müstəqil analoqlar - Honqkonq və Makao

Bu iki ərazi Çin Xalq Respublikasının Xüsusi İnzibati Bölgələridir, tam müstəqil olmasalar da, öz qanunvericilikləri, valyutaları, idarəçilik sistemi və sərhəd nəzarətləri var. Honqkonq və Makao həm quruluş, həm də ruh baxımından şəhər-dövlətlərə çox yaxındır və hər ikisi dünya maliyyə sistemində mühüm rol oynayır.

Müasir dünyada tam suveren şəhər-dövlətlərin "klassik üçlüyü" - Sinqapur, Monako və Vatikan sayılır. Onlara San-Marino və Bəhreyn də qoşulur. Bu beş ölkə qədim konsepsiyanın fərqli formalarını yaşadaraq göstərir ki, bəzən bir şəhərin enerjisi bütöv bir dövlətin təməli ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:301
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Oktyabr 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see303

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see300

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see278

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see275

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see254

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see251

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see242

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see234

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see230

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see227

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see217

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see208

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see204

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see203

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see190

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see187

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see182

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see182

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri