Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ekspertlərdən gələn il üçün iqtisadi inkişaf proqnozları Kaspinin şərhi

Ekspertlərdən gələn il üçün iqtisadi inkişaf proqnozları Kaspinin şərhi

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ekspertlərin 2025-ci il üçün iqtisadi inkişaf proqnozları nikbindir. Gələn il yaşıl enerjiyə keçid sürətlənəcək, kənd təsərrüfatı inkişaf edəcək, manatın məzənnəsi sabit qalacaq, məşğulluq artacaq, əmlak bazarı canlanacaq.

2024-cü il Azərbaycan üçün mühüm hadisələr və yeniliklərlə yadda qalıb. İqtisadi artım tempinin yüksəlməsi, qeyri-neft sektorunun inkişafı, investisiya fəallığının artması və müxtəlif sahələrdə dinamika ölkənin ümumi iqtisadi vəziyyətinə təsir edib. Bəs qarşıdan gələn 2025-ci il ölkəmiz üçün nə vəd edir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

İqtisadçı Eyyub Kərimli 2025-ci ilin ölkəmiz üçün bol iqtisadi qazanclar ili olacağı qənaətindədir:

"2025-ci il üçün bizi həm dünya, həm də Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbin proqnozlar gözləyir. İstər xarici, istərsə də ölkədaxili maliyyə qurumlarının proqnozlarına görə, 2025-ci ildə iqtisadiyyatımızda 4-5 faiz artım gözlənilir. Orta əməkhaqqı və təqaüdlərin artımı da proqnozlaşdırılır. Manatın məzənnəsinin gələn il də sabit qalacağı ilə bağlı proqnozlar söyləyə bilərik. Çünki hazırda valyuta ehtiyatlarımız kifayət qədərdir. Gələcək dövr üçün bu ehtiyatlar daha da artacaq. Həmçinin təqaüd və əməkhaqlarının 11 faiz artımı onu deməyə əsas verir ki, ölkəmizdə makro-iqtisadi göstəricilər sabit olacaq. Bunun nəticəsində müəyyən sahələrdə artımlar müşahidə ediləcək".

Yaşıl enerjiyə keçid sürətlənəcək

E.Kərimlinin sözlərinə görə, gələn il üçün gözlənilən addımlardan biri iqtisadiyyatın transformasiyasıdır:

"Yaşıl enerjiyə keçidin daha da sürətlənməsi gözlənilir. 2025-ci ildə bu istiqamətdə yatırılan investisiyalar artacaq. Beləliklə, yeni iş yerləri yaradılacaq. Yaşıl enerjiyə keçidlə texnoloji yeniliklər gözlənilir. Yeni ixtisaslaşmış kadrlar üçün iş yerlərinin sayı artacaq. Ölkəmizdə yüksəkixtisaslı kadr ehtiyacı yaranacaq".

İqtisadçı düşünür ki, üzümüzə gələn il dünyada gedən siyasi proseslərin sabitləşməsi də baş verəcək:

"Rusiya və Ukrayna müharibəsi sakitləşə bilər. Beləliklə, ölkələr iqtisadi cəhətdən inkişaf edəcək. Dünya iqtisadiyyatında sabitləşmə və müsbət iqtisadi dinamika müşahidə ediləcək. Bu proseslər ölkəmiz üçün də iqtisadi baxımdan faydalı olacaq".

Əmlak bazarı canlanacaq

Daşınmaz əmlak bazarına gəldikdə isə, əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bu bazar gələn il xeyli canlanacaq:

"Son bir ildir daşınmaz əmlak sektorunda kəskin qiymət artımları dayanıb. 2025-ilin birinci yarısı üçün də bu tendensiya davam edəcək. Gələn ilin ikinci yarısında Bakıda tikinti şirkətlərinin aktivliyinin artacağı proqnozlaşdırlır. Bunun da səbəbi Bakının Baş planına əsasən, köhnə tikililərin sökülməsi, əvəzinə yeni çoxmənzilli binaların tikiləcək olmasıdır. Əmlak qiymətlərində bir az da stabilləşmə olacaq. Binalar tikildikcə, bazardakı mənzil qıtlığı da aradan qalxacaq. Qiymət artımlarında balans yaranacağı gözlənilir. Buna qədər qiymətlərdə təxminən 5-10 faiz bahalaşma müşahidə edilə bilər. İnşaat materiallarının qiymətində isə ciddi dəyişiklik gözlənilmir. Kirayə qiymətləri ilə bağlı isə hazırkı halda fikir söyləmək çox çətindir".

Qaz hasilatında artım, ixracında sabitlik gözlənilir

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, 2025-ci il üçün həm neft hasilatımız, həm də neft satışımızla bağlı pozitiv proqnozlar söyləmək çətindir:

"Növbəti ildə neft qiymətləri barel hesabı ilə 70-75 dollar dəhlizində dəyişəcək. Azərbaycana məxsus "Azeri Light" və "BTC Brent" markalı ixrac neftinin qiymətləri Liviya, Nigeriyaya məxsus yüngül neft markalarının, eləcə də ABŞ-yə məxsus WTI markalı neftin Aralıq dənizi enerji bazarlarına daxil olacaq ixrac həcmlərindən asılıdır. Növbəti ildə Azərbaycanda neft hasilatında təbii azalma müşahidə ediləcək".

Z.Vəliyevin fikrincə, 2025-ci ildə qlobal qaz bazarında baş verəcək dəyişikliklər, neft bazarlarından fərqli olacaq:

"Belə ki, Rusiya qazının Ukrayna üzərindən tranzitini nəzərdə tutan sazişin 2025-ci ilin yanvar ayının 1-dən etibarən başa çatması qlobal qaz balansına mənfi təsir göstərəcək. Bu, həm Avropa, həm də Asiya qaz bazarlarında qiymət artımına səbəb olacaq. Növbəti ildə Azərbaycanda qaz hasilatında artım, qaz ixracında sabitlik müşahidə ediləcək".

Qeyri-neft sektorunun ixrac payı artacaq

İqtisadçı Eyyub Kərimli kənd təsərrüfatında baş verəcək yeniliklərə də toxunub:

"Gələn il kənd təsərrüfatı məhsullarının idxal və ixrac əməliyyatlarında da artımlar gözlənilir. Xüsusən, qeyri-neft sektorunun ixracında artımlar olacağını söyləmək mümkündür. Çünki bu sahəyə diqqət ildən-ilə artır. Beləliklə, kənd təsərrüfatı sahəsi də inkişaf etmiş olacaq. Kənd təsərrüfatı sahəsində məşğulluğun səviyyəsi də artacaq. Bu da regionların inkişafına öz töhfəsini verəcək. Ölkəmizin nəqliyyat-logistika imkanları genişlənir. Bu, əlavə valyuta ehtiyatlarının yaradılmasına öz müsbət təsirlərini göstərəcək".

E.Kərimli bildirib ki, gələn il üçün iqtisadiyyatımızın əsas inkişafı işğaldan azad edilmiş ərazilərlə bağlı olacaq: "Hazırda Qarabağ iqtisadi regionunda məskunlaşma işləri həyata keçirilir. Bu proses gələn il də davam edəcək. Bu da, sözsüz ki, ölkə iqtisadiyyatına güclü təsir göstərəcək. İqtisadiyyatımıza yeni nəfəs gələcək. Çünki həmin bölgələrdə yeni iş yerlərinin açılması, həm də yeni biznes mühitinin formalaşması ölkə iqtisadiyyatını aktivləşdirəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Dekabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri