Icma.az
close
up
RU
İşdə məhəbbət macərasının Lyudmilası: Tamaşaçı enerjisindən ayrıla bilmirəm Kaspinin şərhi

İşdə məhəbbət macərasının Lyudmilası: Tamaşaçı enerjisindən ayrıla bilmirəm Kaspinin şərhi

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İşdə məhəbbət macərası"nın "Lyudmila"sı Alisa Freyndlix 90 yaşını qeyd edir. Aktrisanın 70 ildir davam edən əmək fəaliyyətinə 50-dən çox film və serial daxil olub.

Kino həvəskarları onu "İşdə məhəbbət macərası" filmindən yaxşı tanıyırlar. Eldar Ryazanovun bu məşhur filmi sovet dövründən bayramları, televiziya efirlərini bəzəyir. Bir vaxtlar bizi "təbiətdə pis hava yoxdur", - deyə inandıran ən saf sopranonu kim sevmir? Lakin Alisa Freyndlix nəinki "İşdə məhəbbət macərası"nda oxudu, o, filmdə sovet kinosunun bütün tarixində ən təsirli təsvirlərdən birini yaratdı. Onun ixtiyarında yalnız kinorejissor Vladimir Naxabtsevin kamerası və vaxtaşırı aldığı fransız "Lancome"dan kompakt-pudrası vardı. Amma bu, Alisanın çəkildiyi kadrların mütləq xoşbəxtlik və solmayan gözəlliklə parlaması üçün kifayət idi.

Daha sonra aktrisa müsahibələrində izah etdi ki, ümumiyyətlə, o, çox qeyri-fotogenikdir, bütün operatorlar onunla çox əziyyət çəkirlər. Belə çıxır ki, kinoda Freyndlixin "sehrli nöqtəsi" var, sadəcə onu tapmağı bacarmaq lazımdır.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

90 yaşında aktyorluq

Alisa Freyndlix bu günlərdə 90 yaşını qeyd edir. Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə aktrisa 1-ci dərəcəli "Vətənə Xidmət" ordeni ilə təltif edilib. "90 yaşında aktyorluqla məşğul olmaq uyğunsuzdur, amma səhnə ilə vidalaşmaq da inanılmaz dərəcədə çətindir", - deyə aktrisa münasibət bildirib.

Böyük aktrisa nadir hallarda müsahibə verir. Amma 90 illiyi ilə bağlı eksklüziv müsahibəyə razılıq verib. Şəxsi həyatı haqqında danışmağı sevmir. Bununla belə onun ilk əri - aktyor və dramaturq Vladimir Karasyovla cəmi üç il birlikdə yaşadığını hamı bilir. İkinci əri - "Lensovet" Teatrının bədii rəhbəri İqor Vladimirovla evliliyi səs-küylü boşanma ilə başa çatıb. Aktrisanın üçüncü seçimi - aktyor və rəssam Yuri Solovey 14 illik evliliyi dövründə heç vaxt "sadəcə ulduzun əri" roluna alışa bilməyib.

Aclıq, qorxu və arzularla dolu illər

"Həyatımın ilk illəri işıq, hərarət və sevinclə dolu olub. Sonra müharibə başladı. Leninqradın mühasirəsinin dəhşətli dövründə anam və nənəm Şarlotta Fridrixovna mənim yanımda qaldılar. Mənim üçün ən böyük sevinc yuxudan duranda idi - kiçik boşqabda həmişə günəbaxan jmıxı olurdu. Çörək kiçik hissələrlə və saata uyğun olaraq verilirdi. Saata baxıb, əqrəblərin nə vaxt məlum rəqəmin üstündə dayanacağını səbirsizliklə gözləyirdim. Yuyunmaq üçün xizəkdə qar gətirirdik. Nənəm tərəfindən qurulan ciddi nizam mənim sağ qalmağıma kömək etdi. O günlərin çətin, qorxulu, uşaqlıq təəssüratı yaddaşımda qaldı. Biz blokadadan sağ çıxanların təbəssümə xüsusi ehtiyacı var idi..." - deyə aktrisa xatırlayır.

Mühasirə illərində Alisanın öz arzusunun reallaşacağına inamı sönüb. Amma ailəsi istəməsə belə, ilk cəhdində Leninqrad Teatr İnstitutuna daxil olub. Əvvəlcə müəllimlər, sonra tamaşaçılar ona inanıb. "Lensovet" Teatrının əfsanəvi "Balaca və Karlson" tamaşası həm uşaqların, həm də böyüklərin ürəyini fəth edib. Alisa Freyndlixi "Kid", Anatoli Ravikoviçi isə "Karlson" rolunda görmək üçün başqa şəhərlərdən Leninqrada gəlirdilər…

O vaxtdan aktrisanın 70 ildən artıq davam edən səhnə və kino həyatı başlayıb. Ümumilikdə, Alisa 50-dən çox film və serialda rol alıb. Aktrisa hələ də Tovstonoqov adına Rusiya Böyük Dram Teatrının tamaşalarında iştirak edir. Oleq Basilaşvili ilə birlikdə "Bir yay" tamaşasında səhnəyə çıxır. Alisa etiraf edib: "Artıq beş ildir ki, özümə "dur!" deyirəm. Səhnədə peşəyə və həyatın cəlbediciliyinə, tamaşaçılarla ünsiyyətə, onların enerjisi ilə qidalanmaya aşiq olmamaq inanılmaz dərəcədə çətindir, bu, nəfəsalma kimi lazımdır. Amma başa düşürəm ki, 90 yaşında aktyorluqla məşğul olmaq da düzgün deyil. Mən bunun fərqindəyəm, ancaq bu enerjidən də ayrıla bilmərəm. Düşünürəm ki, tamaşaçılar mənimlə yaxşıca ayrılacaq və bunu başa düşəcəklər".

Kənddəki sakit həyat

Alisa Freyndlixlə şəhərdə də rastlaşmaq olar, baxmayaraq ki, onu tanımaq çətindir, çox dəyişib. Aktrisa sadə geyinir və diqqəti cəlb etməməyə çalışır. Qonşular isə onu evinin yaxınlığındakı supermarketdə tez-tez görürlər. İnsanların onunla selfi çəkdirməyi xahiş etməsinə nifrət edir. Bu səbəbdən şəhərdə az görünməyə çalışır.

Aktrisa vaxtının çox hissəsini Komarovodakı bağ evində keçirir. Bu, bütün sovet elitasının - şairlərin, yazıçıların, akademiklərin, hərbçilərin yaşadığı unikal bağ kəndidir. Freyndlix bir neçə il əvvəl Sankt-Peterburqun fəxri sakini olanda meşə yaxınlığında torpaq sahəsi alıb və orada Skandinaviya üslubunda sadə bir ev tikib. Kənd kiçikdir, hamı bir-birini tanıyır, amma qonşular aktrisanı narahat etməməyə çalışırlar. Freyndlix sakit, demək olar ki, təkbaşına yaşayır. Hətta belə gözəl bir tarixə - 90 illiyinə - Vaqanova adına Rus Balet Akademiyasının rektoru Nikolay Siskaridzeyə yalnız bir müsahibə verməyə razılaşıb. "Komarovo əvvəllər mehriban kənd olub: hamı bir-birini ziyarət etməyə gedir, böyük dəstələrlə öz bağlarına toplaşırdılar. İndi bu ənənə sıradan çıxır…" - deyə gileylənib.

Amma bu yaxınlarda kənd sakinləri üçün möcüzə baş verib: aktrisa yerli Kellomyaki-Komarovo muzeyində görünərək qonşularını təəccübləndirib. Burada kəndin tanınmış sakinlərinin əşyaları toplanır. Alisa Freyndlix şəxsi əşyaları və fotoşəkillərini də gətirib, pərəstişkarları ilə görüş keçirib. Sərgiyə bir neçə əşya da bağışlayıb.

Sülh arzusu

Alisanın qızı Varvara bəzən filmlərdə rol alır və anası ilə eyni tamaşada oynayır. Aktrisanın iki nəvəsi və üç nəticəsi var. Nəvəsi Nikita məşhur prodüserdir. "Həyatda hər şeyiniz var. Başqa nə istəyirsiniz?" sualına Alisa Freyndlix - "Sülh. Mənə elə gəlir ki, hazırda çox gərgin həyat sürürəm…" - deyə cavab verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Dekabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see179

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see179

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see131

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see125

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see124

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see124

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri