Icma.az
close
up
RU
İstehsalı artsa da, dəyəri düşməyən QARA KÜRÜ Kaspinin ŞƏRHİ

İstehsalı artsa da, dəyəri düşməyən QARA KÜRÜ Kaspinin ŞƏRHİ

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ölkəmizdə qara kürünün istehsalı da, xaricdən idxalı da artıb. Bununla belə, daxili bazarda bu məhsul ucuzlaşmır. Ekspertlər bunu istehsalın az olması və yalnız ixrac üçün nəzərdə tutulması ilə əlaqələndirirlər.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 617.1 kiloqram nərə balığı kürüsü istehsal edilib. Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, bu göstəricinin həcmi 2023-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 49 faiz və ya 203.1 kiloqram çoxdur. Belə ki, 2023-cü ilin ilk doqquz ayı ərzində Azərbaycanda 414 kiloqram nərə balığının kürüsü istehsal edilib. Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 553 min 780 ABŞ dolları dəyərində 480 kiloqram nərə balığının kürüsü ixrac edilib. Bu dövrdə qara kürünün bir kiloqramının orta ixrac qiyməti isə 1 961 manat təşkil edib. Bu ilin səkkiz ayında Azərbaycana Çindən 1 milyon 89.9 min ABŞ dolları dəyərində 3 630 kq qara kürü idxal edilib. Bu məhsulun bir kiloqramının orta idxal qiyməti isə 510 manat təşkil edib.

Bəs hazırda bu sahədə vəziyyət necədir? Qara kürü istehsalının artması daxili bazarda bu məhsulun qiymətlərinə necə təsir edəcək?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

"Ölkəmiz bu sırada çox geridədir"

"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Zaur Salmanlının sözlərinə görə, statistikada göstərilən məlumatlar bu sahədəki vəziyyəti tam əks etdirmir. Kürü istehsalında hazırkı vəziyyət statistikada əks olunan rəqəmlərdən bir neçə dəfə çoxdur. İdxal rəqəmləri də reallığı əks etdirmir.

Sədrin fikrincə, istehsalımız çox olsa da, hələ də dünya ölkələrindən xeyli geridəyik:

"Dünyada qara kürü istehsalı 2023-cü ildə 500-550 ton həcmində qiymətləndirilib. Bunun sadəcə 300-350 tonu Çində istehsal edilir. Azərbaycan bu sırada çox geridədir. Baxmayaraq ki, ölkəmizdə qara kürü istehsalı qədim ənənələrə malikdir. Amma istehsalımızı dünya standartları səviyyəsinə qaldıra bilməmişik. Bunun əsas səbəblərindən biri dövlət dəstəyinin olmamasıdır. İstehsalımız 1-2 ton həcmindədir və çox azdır. Yerli kürü əsasən ixracyönümlüdür".

"Çin kürüsü yerli istehsal adı ilə satılır"

Z.Salmanlı deyir ki, ölkəmizə idxal edilən kürünün keyfiyyətinə xüsusi nəzarət olmalıdır:

"Daxili bazarımızda Çin kürüsü satılır. Pərakəndə satış qiyməti 800-900 manatadır. Ehtimallarımıza görə, ölkəmizdə 10 ton kürü istehlakı var. Onun 80 faizindən çoxunu Çin kürüsü təşkil edir. Çin kürüsü müxtəlif adlar altında satılır. Hətta yerli istehsal adı ilə də satılma halları mümkündür. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Çindən gələn kürünün keyfiyyətinə daha diqqətlə yanaşmalıdır. Çin kürüsü nərə balıqlarının təmiz növlərindən deyil. Hibridlərdən istehsal olunur. Onların istehsalında konservantlardan istifadə edilir. İstehlakçılarımızı da qorumalıyıq".

Tək çarə dövlət dəstəyidir

Sədr qiymət məsələsinə də toxunub:

"Qiymətlər böyük görünə bilər. Lakin orta dünya qiymətlərinin altındadır. Azərbaycan bazarında bu məhsulun qiymətinin enməsinin yeganə yolu digər nərə cinsli balıq növlərinin ölkəmizə gətirilməsidir. Məsələn, çökə balığı gətirilib. Xəzər dənizinin Volqa hövzəsinə aid, kiçik nərə cinsli balıqdır. Kürüsü bir az daha kiçik olduğu üçün daha münasib qiymətə satılır".

Z.Salmanlının sözlərinə görə, yaxın illərdə istehsalın daha da artırılması gözləniləndir:

"İllik 15 ton istehsal reallaşa bilər. Artımın davamlı olmasının tək yolu bu sahəyə dövlət dəstəyinin göstərilməsidir. Bu, həm bizim mədəni irsimizdir, həmçinin böyük ixrac potensialına malik olan məhsuldur. İqtisadiyyatımız, həmçinin ölkəmizin tanıdılması cəhətdən özünəməxsus rolu var".

Qadağa müsbət təsir edib

İqtisadçı Akif Nəsirli isə düşünür ki, istehsaldakı artımda ovlanmanın qadağan edilməsinin rolu böyükdür:

"Azərbaycanda nərəkimilərin sayının artırılmasını müşahidə edirik. Çünki Xəzər dənizində nərəkimilərin ovlanılması qadağandır. Tək ölkəmizdə deyil, İrandan başqa digər Xəzəryanı ölkələrdə də nərəkimilərin ovlanması qadağan edilib. Qarşıdakı illərdə də bu balıqları süni şəkildə yetişdirən fermerlər təsərrüfatlarını genişləndirə bilsələr, ölkəmizdən qara kürü ixracı da genişlənər".

Fermerlər ixracda maraqlıdırlar

A.Nəsirlinin fikrincə, fermerlər xarici bazarda qoyduqları qiyməti daxili bazara tətbiq edə bilmədiklərindən bunda maraqlı deyillər. Belə olan halda qiymətlərdə enmələr də mümkün olmur:

"Azərbaycanda daxili bazarda qiyməti aşağı salacaq qədər istehsal mümkün deyil. Çünki dünya bazarında qiyməti olduqca yüksəkdir. Yerli kürünün daxili bazara çox az qismi çıxır. Əksəriyyəti isə dünya bazarlarına ixrac edilir. Bəzi hallarda qara kürünün bir kiloqramı 6-12 min dollar arası dəyişib. O səbəbdən artıq hissənin daxili bazara yönəldilməsi mümkün deyil. Belə olan halda daxili bazarda da qiymətin aşağı düşməsini gözləmək doğru olmaz. Fermerlər daha çox ixracda maraqlıdırlar. Dünya bazarında qiymət nə qədər azalsa da, 3-4 min dolların üzərində qalır. Bu səbəbdən daxili bazarımızda qiymətin aşağı düşməsi gözlənilmir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Dekabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri