Icma.az
close
up
RU
Ekspertlərdən təklif: “Pediatriya fakültəsi bərpa edilsin, məktəblərdə “ağıllı həkim kabinetləri” yaradılsın”

Ekspertlərdən təklif: “Pediatriya fakültəsi bərpa edilsin, məktəblərdə “ağıllı həkim kabinetləri” yaradılsın”

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün “Azərbaycan Pediatrlar Assosiasiyasının 42-ci Milli Qurultayı” öz işinə başlayıb. Tədbir çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Uşaqların sağlamlığı: məktəbin və cəmiyyətin prioriteti” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Bakı Baş Səhiyyə İdarəsi, Azərbaycanın Tibb Universiteti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili aparatı, Elm və Təhsil Nazirliyi, universitetlərdən kafedra müdrləri, ümumtəhsil məktəblərindən direktorlar, səhiyyə mərkəzlərindən həkimlər və ictimai təşkilatlardan nümayəndələr iştirak ediblər.

Açılış nitqində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Səbinə Babazadə bildirib ki, uşaqların sağlamlığı yalnız tibbi xidmətlərlə təmin olunmamalıdır. Məktəb mühiti, ailə təhsili və maarifləndirmə ilə birgə bu sahədə uğurlar əldə olunur. O, bu cür tədbirlərin peşəkar biliklərin paylaşılması və innovativ yanaşmaların müzakirəsi baxımından misilsiz əhəmiyyət daşıdığını vurğulayıb.

Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova çıxışında uşaqların və yeniyetmələrin sağlamlığının qorunmasının dövlət siyasətində prioritet istiqamət olduğunu bildirib. Müasir tibbi yanaşmalar sayəsində ana və uşaq ölümünün əhəmiyyətli dərəcədə azaldığını diqqətə çatdırıb və profilaktik tədbirlərin geniş tətbiqinin vacibliyini vurğulayıb.

Tədbir uşaqların sağlamlığının qorunması, müasir profilaktik tədbirlərin tətbiqi və tibbi xidmətlərin keyfiyyətinin artırılması sahəsində əhəmiyyətli platforma kimi qiymətləndirilib.

Dəyirmi masada İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova ümumtəhsil müəssisələrində tibb otaqlarının fəaliyyətinin araşdırılması üzrə hesabat təqdim edib. O, tibb otaqlarının effektiv işləməsi, tələb olunan standartlara uyğunluğu və metodik tövsiyələrin tətbiqi məsələlərini ətraflı təhlil edib.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim-resurs şöbəsinin Simulyasiya bölməsinin müdiri Aysel Məmmədzadə Azərbaycanda uşaqların tibbi müayinədən keçməsi və dispanserizasiyanın əhatə dairəsi barədə məlumat verərək uşaqların sağlamlıq göstəricilərindəki yenilikləri diqqətə çatdırıb.

Sonra Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə “Azərbaycan Pediatrlar Assosiasiyası: 95 il uşaq sağlamlığının keşiyində” mövzusunda təqdimatla çıxış edib.

Alim bildirib ki, ötən 95 il ərzində Assosiasiyanın fəaliyyəti boyunca uşaqların sağlamlığı sahəsində bir çox respublika və beynəlxalq layihələr icra edilib, elmi və praktik əməkdaşlıqlar qurulub. Təşkilata rəhbərlik etmiş görkəmli alimlərin fədakar fəaliyyəti, pediatriya elminin inkişafına verdikləri töhfələr Azərbaycan səhiyyə tarixində silinməz iz qoyub.

O, çıxışında qeyd edib ki, Assosiasiyanın xidmətləri təkcə bir təşkilatın deyil, bütövlükdə Azərbaycan səhiyyə sisteminin inkişaf salnaməsinin mühüm səhifəsidir.

Ana və uşaq sağlamlığının qorunmasının dövlət siyasətinin strateji istiqamətlərindən biri olduğunu deyən Assosiasiyanın sədri bildirib ki, bu sahədə dövlət qurumları ilə səhiyyə müəssisələrinin birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Assosiasiyanın təşəbbüsü ilə həyata keçirilən maarifləndirmə və təbliğat kampaniyaları nəticəsində son illər bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə olunub.

Təranə Tağı-zadə Azərbaycan Pediatrlar Assosiasiyasının alimlərinin və sahə mütəxəssislərinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən təqdim olunan “Sağlam Uşaq” portalı və mobil tətbiqi üçün innovativ maarifləndirici resursların hazırlanmasında fəal iştirak etdiyini vurğulayıb. Bu təşəbbüsləri gələcək nəsillərin sağlamlığının təmininə, uşaqların tibbi savadlılığının artırılmasına və cəmiyyətin ümumi rifahına yönəlmiş strateji addım kimi qiymətləndirib.

Tədbirdə Azərbaycan Tibb Universitetinin Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri Şəhla Balayeva uşaq sağlamlığına dair aktual problemləri, xəstəliklərin erkən aşkarlanması və müasir müalicə metodlarını iştirakçılara təqdim edib.

Daha sonra İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova miopiyanın profilaktikası üzrə sorğu-anket nəticələrini təhlil edərək gənc nəsildə görmə problemlərinin erkən qarşısının alınmasının önəmini vurğulayıb.

Bundan əlavə, İctimai Səhiyyə və İslahatlar Mərkəzindən həkim Pərvin Quliyeva kariesin profilaktikası üzrə sorğu anketinin təhlili ilə bağlı hesabatı, Lalə Məmmədova isə analar arasında profilaktik immunizasiya səvviyyəsinə məmnunluğun öyrənilməsi üçün araşdırmanın hesabatını təqdim ediblər.

Dəyirmi masada Bakı Baş Səhiyyə İdarəsinin Ana və uşağın sağlamlığının təşkili şöbəsinin müdiri Esmira Hacıyeva, 20 saylı Uşaq Poliklinikasının baş həkimi Qabil Yusifoğlu, 177 nömrəli tam orta məktəbin direktoru Arzu Süleymanova və digər iştirakçılar təcrübə və tövsiyələrini paylaşaraq, uşaqların sağlamlığı sahəsində effektiv yanaşmaların tətbiqi üçün konkret addımların vacibliyini diqqətə çatdırıblar.

Müzakirələr zamanı diqqət pediatrların sayında müşahidə olunan azalmaya da yönəldib. Xüsusilə regionlarda bu çatışmazlığın daha qabarıq göründüyü və vəziyyətin gələcəkdə uşaq xəstəliklərinin artmasına gətirib çıxara biləcəyi ciddi narahatlıqla vurğulanıb. Bu baxımdan Azərbaycan Tibb Universitetində pediatriya fakültəsinin bərpasının zəruriliyi önə çəkilib.

Bundan əlavə, gələcək üçün bir sıra innovativ təkliflər də irəli sürülüb. Ekspertlər məktəblərdə “ağıllı həkim kabinetləri”nin yaradılmasını, uşaqların sağlamlıq kartı ilə təmin olunmasını, dispanserizasiyanın və profilaktik baxışların sistemli şəkildə təşkilini, eləcə də “sağlamlıq dərsləri” vasitəsilə həm uşaqların, həm də valideynlərin tibbi maarifləndirilməsini vacib hesab ediblər. Həmçinin məktəblərdə “sağlamlıq günü”nün keçirilməsinin, şagirdlərin çanta yükünə nəzarətin gücləndirilməsinin və bu sahədə mədəni davranış vərdişlərinin formalaşdırılmasının vacibliyi qeyd olunub.

Dəyirmi masanın yekununda çıxışçılar qeyd ediblər ki, bu cür tədbirlər yalnız uşaqların sağlamlığının qorunmasına deyil, həm də müasir tibb praktikası və dövlət strategiyalarının inkişafına əhəmiyyətli töhfə verir. Seminarın nəticələri uşaqların sağlamlığının qorunması sahəsində gələcək addımlar üçün əsas istiqamətləri müəyyən edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Oktyabr 2025 07:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see209

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see202

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see195

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see162

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see148

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri